Zelenskidən CƏSARƏTLİ MANEVR: Bu çağırış Rusiyanı ALT-ÜST edəcək!

Zelenskidən CƏSARƏTLİ MANEVR: Bu çağırış Rusiyanı ALT-ÜST edəcək!
10.12.2025 16:37

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Avropanı ölkədə keçiriləcək seçkilərin təhlükəsizliyini təmin etməyə çağırıb. O bildirib ki, beynəlxalq dəstək olarsa, Ukrayna 60–90 gün ərzində seçkilərə hazır olacaq.

Maraqlıdır, Avropa və ABŞ Ukraynada seçkilərin təhlükəsizliyini real olaraq təmin edə biləcəkmi? Onların buna imkanları varmı?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Zelenskinin bu addımı Rusiyanın seçki təzyiqini qabaqlayan ağıllı gedişdir:


“Prezident Volodimir Zelenskinin Avropa və ABŞ-ni Ukraynada seçkilərin təhlükəsizliyini təmin etməyə çağırması olduqca dəqiq və düşünülmüş manevrdir. Normal hallarda fors-major situasiyalarda, o cümlədən müharibə şəraitində seçkilərin keçirilməsi mümkün sayılmır. Ancaq son vaxtlar xüsusilə Kreml Ukraynaya kapitulyasiya sənədi imzalatmaq məqsədilə prezident və parlament seçkilərinin keçirilməsini tələb edir. Məqsəd isə Rusiyaya daha loyallıq göstərən bir hökumətin formalaşdırılmasıdır. 

Analitikin fikrincə, əsas məqsəd “Tramp planı”na imza atacaq yeni hökumət formalaşdırmaqdır:

ABŞ-də Zelenskinin qətiyyətli mövqeyi narahatlıq doğurur. Çünki Zelenski hökuməti Kremldə hazırlanmış ‘Tramp planı’nı qəbul etmir.  Ona görə də Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması və həmin plana imza atacaq yeni bir hökumətin formalaşdırılması gündəmə gətirilir. Bu tələbi həm ABŞ, həm Rusiya, həm də Böyük Britaniya açıq şəkildə irəli sürür”.

Ekspert vurğulayıb ki, indi əsas sual ABŞ və Aİ-nin Zelenskinin çağırışına hansı cavabı verəcəyidir:

“Zelenski açıq şəkildə bəyan etdi ki, əgər Ukraynada seçkilərin təhlükəsizliyinə zəmanət verilərsə, o zaman ölkə 60–90 gün ərzində seçkilər keçirməyə hazırdır. İndi maraq doğuran əsas məsələ ABŞ və Avropa Birliyinin bu çağırışa verəcəyi cavabdır”.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 Bütün Xəbərlər