Ukraynada seçki XAOSU: Yeni prezident kim olacaq?

Ukraynada seçki XAOSU: Yeni prezident kim olacaq?
11.12.2025 17:36

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Avropaya müraciət edərək ölkədə keçiriləcək seçkilərin təhlükəsizliyinin təmin edilməsinə kömək göstərməyi xahiş edib. O bildirib ki, beynəlxalq dəstək olacağı təqdirdə Ukrayna 60–90 gün ərzində seçkilərə hazır ola bilər. Zelenski seçkilərin keçirilməsinə siyasi iradəsinin olduğunu da vurğulayıb. Bəs mövcud şəraitdə, seçkilər keçirilə bilərmi və Ukraynanın növbəti prezidenti kim ola bilər?  


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elxan Şahinoğlu bildirib ki, müharibə şəraitində Ukraynada seçki keçirmək nə real, nə də təhlükəsiz sayılır:


"Rusiya Prezidenti Vladimir Putin Zelenskini qeyri-legitim elan etdikdə bu, Ukrayna liderini ciddi narahat etmirdi. Çünki Zelenskinin müddəti formal olaraq bitsə də, ölkə müharibə şəraitindədir və işğalçı dövlətin təzyiqi altında seçki keçirmək real görünmür. Üstəlik, genişmiqyaslı müharibə gedən bir ölkədə seçki təşkil etməyin özü böyük problemlər yaradır".

Onun sözlərinə görə, indi oxşar mövqeni ABŞ prezidenti Donald Tramp da səsləndirməyə hazırlaşır. O da Putinə bənzər şəkildə Zelenskinin legitimliyinə işarə edir və Ukraynada seçki keçirilməsinin zəruriliyini bildirir.

Ekspert qeyd edib ki, Zelenski açıq seçim azadlığına malik deyil:


"Təhlükəsizlik baxımından Zelenski üçün vəziyyət çətindir. ABŞ Ukraynaya dəstəyini davam etdirsə də, ağır texnika göndərmir; bunun əvəzində Avropa ölkələri həmin texnikanı ABŞ-dən alaraq Kiyevə ötürürlər. ABŞ-nin qlobal gücü və təsiri fonunda Zelenskinin Vaşinqtonun çağırışlarına açıq şəkildə "yox" deməsi mümkün deyil. Ona görə də seçkilərin keçirilməsi ilə bağlı müzakirələrin aktivləşməsi Zelenskini çətin qərar qarşısında qoyur". 

E.Şahinoğlu vurğulayıb ki, atəşkəs olmadan seçki Zelenski üçün böyük riskdir:

"O, həmçinin çalışır ki, Trampın “Zelenski qeyri-legitimdir” arqumentini neytrallaşdırsın. Lakin müharibə davam etdiyi müddətdə seçki keçirmək həm texniki, həm də siyasi baxımdan risklidir. Yalnız o halda real addım mümkündür ki, Rusiya qısa müddətli atəşkəsə razılaşsın. Əks halda, şəhərlər bombalanarkən seçki təşkil etmək Zelenski üçün əlavə problemlər yaradacaq".

Analitik burada başqa bir dilemmanın da ortaya çıxdığını diqqətə çatdırıb: 

"Zelenski seçkiyə özü qatılacaqmı, yoxsa geri çəkilib başqa namizədə “yaşıl işıq” yandıracaq? Əgər seçkidən imtina etsə, bu, onun dövründə ərazi itkilərinə görə siyasi məsuliyyətdən qaçması kimi təqdim oluna bilər. Buna görə də ehtimal var ki, Zelenski seçkiyə qatılaraq həm içəridə mövqeyini möhkəmləndirmək, həm də Amerika və Rusiyaya siyasi mesaj vermək niyyətində olsun".

Politoloq sonda əlavə edib ki, seçki prosesinin özü də Ukraynanı başqa təhlükə ilə üz-üzə qoya bilər. Seçki kampaniyası dövründə Zelenski və rəqibləri arasında kəskin siyasi mübarizə və qarşılıqlı ittihamlar səslənə bilər. Bu isə müharibə aparan cəmiyyətdə fikir ayrılıqlarını dərinləşdirə, daxili birliyi zəiflədə bilər.   

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bütün Xəbərlər