Tərəflər Cenevrə görüşünü qəbul etmədi: Yeni meydan hara olacaq? - TƏHLİL

Tərəflər Cenevrə görüşünü qəbul etmədi: Yeni meydan hara olacaq? - TƏHLİL
20.08.2025 17:38

ABŞ Prezidenti Donald Trampın əvvəlcə Rusiya lideri Vladimir Putin, ardınca isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşlərdən sonra iki liderin (Putin və Zelenski – red.) birbaşa danışıqlar masasına əyləşməsi ehtimalı gündəmə gəlib. Hərçənd ki, tərəflər arasında gərgin münasibətlər hələ də davam edir, bu cür yüksək səviyyəli görüşün keçirilməsi iddialı, lakin Qərb tərəfindən istisna edilməyən bir ssenari kimi qiymətləndirilir.

Hətta Fransa Prezidenti Emmanuel Makron mümkün görüş üçün Cenevrəni neytral və diplomatik cəhətdən əlverişli məkan kimi təklif edib.

TodayPress TV hər iki ölkənin siyasi ekspertləri ilə əlaqə saxlayaraq, Rusiya və Ukrayna liderlərinin mümkün görüşü barədə mövqelərini öyrənib.

Saytımıza danışan ukraynalı politoloq Valeri Dımov bildirib ki, bu gün sülh uğrunda mübarizə gedir:

"Hamı sülh istəyir, amma bu “sülh”ün nəticələrinə görə heç kim məsuliyyət daşımaq istəmir. Anlamaq lazımdır ki, Ukrayna ilə Rusiya arasında sadəcə “gərginlik və barışmaz mövqe” yoxdur, biz müharibə və aqressiya ilə üz-üzəyik. Bizim Qərb müttəfiqlərimizin də hələlik hazır cavabları yoxdur. Trampın hakimiyyətə gəlməsi ilə belə bu suallara hələ cavab tapılmayıb.

Rusiya bugün də maksimalist tələblərindən geri çəkilmir. Trampın uğur qazandığı bütün münaqişələr indi Rusiyanın aqressiyası ilə müqayisədə qeyri-müvafiqdir. Çünki orada millətlər tanınır, sərhədlər müəyyənləşdirilir, danışıqlar mümkündür. Amma bugün Rusiyanın aqressiyası ilə bağlı belə bir sülh əldə etmək mümkün deyil. Çünki Rusiya rəhbərliyi, xüsusilə də Prezident Vladimir Putin, Ukraynanın millət kimi mövcudluğunu, suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə inkar edir. Bu, “sıfır cəmi müharibə” kimi dəyərləndirilməlidir: ya yaşayırsan, ya da səni öldürürlər. Belə bir şəraitdə ortaq masa arxasında görüş və dialoq mümkün deyil".


Ekspertin sözlərinə görə, Qərb də Rusiyanın məğlubiyyətindən sonra yaranacaq vəziyyətə hazır deyil:

"Misal üçün, Müəmmar Qəddafisiz Liviya, Səddam Hüseynsiz İraq necə xaotik idisə, eyni sual Rusiyaya da aiddir. Qərb 2014-dən bəri Rusiya məğlubiyyətinin yaratdığı risklərdən Ukraynanın uduzmasından daha çox qorxurdu. Çünki nüvə silahına sahib bir ölkədə xaosun nəticələri daha təhlükəlidir. 

Biz Rusiya ilə “ortaq nöqtədə” görüşə bilmərik. Zelenski 2019-cu ildən sonra bunu sınadı, lakin 2022-ci ildə genişmiqyaslı işğal hər kəsi bir daha ayıltdı ki, bu, mümkün deyil. Tramp administrasiyası bizə qələbə qazandırmadı, sonra da dedilər ki, uduzmusan, “kozır”ların yoxdur. Sən “atəşkəs planına” razılaşmalısan. Biz razılaşdıq, amma Trampın fikrincə, bu, Rusiya üçün qələbə kimi qiymətləndirilməlidir. Ona görə Putinlə danışıqlar aparılmalıdır.

Tramp münaqişələri “dondurmağı” sevir. O, həmişə nəticəni öz adına yazır. Amma əslində, Ukraynanın müqaviməti sayəsində Rusiya Cənubi Qafqazdan sıxışdırıldı, zəiflədi. İndi sülh “isti daş” kimidir, hamı onu əlində fırladır, amma məsuliyyəti heç kim öz üzərinə götürmək istəmir. Tramp da belədir – öz uğuru kimi təqdim edir, amma məsuliyyətdən qaçır".

V.Dımov Zelenski ilə Putin arasında konstruktiv və real nəticə verə biləcək bir görüşün mümkünlüyünə inanmadığını bildirib. Onun fikrincə, hazırkı mərhələdə Rusiya maksimalist tələblərindən geri çəkilmir və bu da dialoqu mümkünsüz edir:

"Tramp Alyaska görüşündən əvvəl dedi ki, əsas şərt münaqişənin dondurulmasıdır. Putin isə bunun əksinə, öz tələblərini irəli sürdü və Tramp da faktiki olaraq bu tələbləri qəbul etdi. İndi Rusiyanın maksimalist şərtləri gündəmdədir. Belə bir vəziyyətdə Zelenski ilə Putinin hansısa konstruktiv görüş keçirəcəyinə inanmıram. Çünki Rusiya ilə ortaq məxrəcə gəlmək mümkün deyil. Finlandiya Prezidenti Aleksandr Stubb da deyib ki, Putinin məqsədi Ukraynanı suverenlikdən məhrum etməkdir. Suverenliklə ticarət etmək olmaz. Putin Qərbi parçalamağa çalışır. Əvvəllər buna nail olurdu, amma indi Ukrayna ilk dəfədir ki, Qərblə birlikdə Rusiyaya qarşı dayanır. Buna görə də biz bilirik ki, Putin sülh yox, Ukraynanı məhv etmək istəyir".

Rusiyalı politoloq Anton Bredixin isə bu görüşün ümumiyyətlə Avropada baş tutmayacağını düşünür:

"Mənim fikrimcə, Cenevrədə heç bir görüş olmayacaq, ümumiyyətlə, Avropanın heç bir paytaxtında görüş baş tutmayacaq. Çünki bir tərəfdən liderimizlə (Vladimir Putin – red.) bağlı təhlükəsizlik zəmanəti məsələsi aktual olaraq qalır, digər tərəfdən isə Rusiya ümumiyyətlə avropalılara inanmır. Trampın da dediyi kimi, son illərdə bir çox Avropa lideri Moskva ilə ünsiyyətdən imtina edib. Belə olan halda hansısa birbaşa diplomatiyadan və ya yüksək səviyyəli etimaddan danışmaq sadəcə düzgün deyil".


Ekspert Putinlə Zelenskinin mümkün görüşü üçün alternativ olaraq neytral məkan kimi Belarus, Qazaxıstan, Türkiyə və ya Səudiyyə Ərəbistanını nümunə göstərib. Çünki bu ölkələr öz siyasi neytrallıqlarını sübut etmiş dövlətlərdir. Məhz onların vasitəsilə bu münaqişə həll oluna bilər.

“Qərbdə hansısa platforma axtarmaq isə sadəcə manipulyasiya mövzusudur. Bu yanaşma danışıqların ümumiyyətlə baş tutmamasına gətirib çıxara bilər”, - deyə A.Bredixin nitqini yekunlaşdırıb. 

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUN 2026
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 Bütün Xəbərlər