Tehran-Bakı münasibətlərində dönüş nöqtəsi: SƏFİRLİYƏ HÜCUMUN HÜQUQİ YEKUNU

Tehran-Bakı münasibətlərində dönüş nöqtəsi: SƏFİRLİYƏ HÜCUMUN HÜQUQİ YEKUNU
21.05.2025 17:59

“İran İslam Respublikasında Azərbaycanın Tehrandakı səfirliyinə 2023-cü ilin yanvarında silahlı hücum təşkil etmiş Yasin Hüseynzadənin edam olunması, terror aktına dair hüquqi prosesin son mərhələsi olmaqla yanaşı, Bakı-Tehran münasibətlərinin sonrakı inkişaf dinamikasına da təsir göstərən mühüm hadisələrdən biri kimi qiymətləndirilə bilər”. 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, hökm İranın ali məhkəmə instansiyaları tərəfindən təsdiqləndikdən sonra icra olunub.

“Bu hücum, heç şübhəsiz ki, İran daxilindəki anti-Azərbaycan dairələrin varlığını üzə çıxarıb və hər iki ölkədə bu qüvvələrə qarşı daha ciddi mövqe formalaşmasına səbəb olub. Hadisə nə qədər faciəli olsa da, diplomatik münasibətlərdə aydınlaşdırıcı bir mərhələ rolunu oynadı. İranın mərhum Prezidenti İbrahim Rəisinin hadisədən sonra İlham Əliyevə başsağlığı verməsi, məsələ ilə bağlı şəffaf araşdırma aparılacağına dair verdiyi vədlər, eləcə də İran Xarici İşlər Nazirliyinin səfirliyin yaralı əməkdaşını ziyarəti rəsmi Tehranın məsuliyyət hissindən xəbər verirdi”.

Analitik 2024-cü ilin iyulunda səfirliyin yeni ünvanda fəaliyyətini bərpa etməsi və diplomatik heyətin Tehrana qayıdışını iki ölkə arasında gərginliyin azaldılmasına işarə etdiyini bildirib. Buna baxmayaraq Azərbaycan tərəfi davamlı olaraq, qatillə yanaşı, onu maliyələşdirənlərin də cəza çəkməsini, hüquqi proseslərin tam formada yerinə yetirilməsini tələb edib. 

“İran prezidenti Məsud Pezeşkianın Bakıya baş tutmuş səfəri, onun mətbuat qarşısında səsləndirdiyi isti mesajlar, xüsusilə “özümü Təbrizdə, Ərdəbildəki kimi hiss edirəm” deməsi bu münasibətlərin səmimiliyini və gələcəyə olan nikbin baxışı ifadə edir. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Tehran Dialoq-2025” Forumunda iştirakı və oradakı ikitərəfli görüşlər, eləcə də “Araz-2025” hərbi təlimləri hər iki ölkənin qarşılıqlı etimadı bərpa etməyə və münasibətləri strateji tərəfdaşlıq müstəvisinə keçirməyə maraqlı olduğunu göstərir”. 

Mərkəz rəhbərinin fikrincə, səfirliyə edilmiş terror aktı ilə bağlı hökmün icrası bir tərəfdən ədalətin bərpası, digər tərəfdən isə İranın öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsi kimi qiymətləndirilə bilər. Bu, həm də Azərbaycan dövlətinin, ölkə başçısının qətiyyət və prinsipiallıqla vətəndaşının hüquqlarını müdafiə etdiyini bir daha nümayiş etdirdi.

“Ən əsası isə odur ki, bu hadisədən doğan sınaq iki ölkənin münasibətlərini tamamilə qoparmaq əvəzinə, onları daha sağlam və şəffaf əsaslar üzərində yenidən inşa etməyə təkan verir. Bütün bunlar göstərir ki, Bakı ilə Tehran arasında düşmənçilik toxumu səpməyə çalışan qüvvələrin planı iflasa uğrayıb”.

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq xidmət rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Terror hadisəsi baş verəndən dərhal sonra Prezident İlham Əliyev səfirliyin fəaliyyətinin dayandırılması, diplomatların geri çağırılması ilə bağlı tapşırıq vermişdi.

Məsələ ilə əlaqədar Azərbaycanın prinsipial mövqeyini açıqlamışdı. Rəsmi Bakı cinayətkarın həbs olunması və cəzalandırılmasını tələb etmişdi. May ayının 21-də isə Yasin Hüseynzadə edam olunub.

Onun edamının icra prosesini Azərbaycan səfirliyinin iki əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib.       

Töhfə Səməd

FOTOLAR

Tehran-Bakı münasibətlərində dönüş nöqtəsi: SƏFİRLİYƏ HÜCUMUN HÜQUQİ YEKUNU — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
“Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 Bütün Xəbərlər