“Tayvana hücum olarsa…” — Yaponiyadan Çinə SƏRT MESAJ

“Tayvana hücum olarsa…” — Yaponiyadan Çinə SƏRT MESAJ
17.11.2025 17:20

Yaponiya Baş naziri Sanae Takaiçi Çinin Tayvana müdaxilə etdiyi halda, Yaponiyanın özünü müdafiə üçün tədbirlər görməli olacağını bildirib.


Bu bəyanat Tokionun regional təhlükəsizlik xəttində yeni mərhələyə keçdiyini göstərir. Açıqlamadan bir neçə saat sonra Çin Sahil Mühafizəsinin dörd silahlı gəmisinin Senkaku (Çində Diaoyu) adaları yaxınlığında Yaponiyanın ərazi sularına daxil olması isə iki ölkə arasında artan gərginliyin real təhlükəsizlik hadisələri fonunda sürətlə dərinləşdiyini ortaya qoyur. "Bloomberg"in məlumatına görə, Tokio bununla bağlı etiraz edərkən, Pekin əməliyyatı “hüquqların qorunması patrulu” adlandıraraq qanuni saydığını bildirib.

Mövzunu TodayPress TV-yə şərh edən siyasi məsələlər üzrə ekspert Kamran Sultanlı bildirib ki, Çin Xarici İşlər Nazirliyinin Yaponiyaya yönəlik son sərt açıqlamaları regionda gərginliyin yeni mərhələyə keçdiyini göstərir. 


Onun sözlərinə görə, Pekinin həm XİN səviyyəsində, həm də diplomatlar vasitəsilə Tokionu hədəf alan kəskin ritorikası iki ölkə arasında münasibətlərin Soyuq Müharibə 2.0 formatına uyğun şəkildə kəskinləşdiyini nümayiş etdirir:

“Çin sözçüsünün "odla oynayan onunla birlikdə məhv olacaq" ifadəsi, eləcə də Osakadakı baş konsulun paylaşdığı sərt təhdidlər Pekin–Tokio xəttində tonun əvvəlki illərlə müqayisədə ciddi şəkildə sərtləşdiyini göstərir. Bu, təkcə diplomatik xəbərdarlıq deyil, həm də psixoloji təzyiq elementidir”.


Ekspert bildirib ki, Pekinin Yaponiya səfirini XİN-ə çağırması və vətəndaşlarını Yaponiyaya səfərlərdən çəkindirməsi bu siyasi qarşıdurmanın artıq institusional mərhələyə keçdiyini göstərir:

“Yaponiyada hakimiyyətə yeni gələn administrasiya qatı millətçi xəttə malikdir və anti-Çin mövqeyi ilə seçilir. Digər tərəfdən, Tayvanın inkişafında Yaponiyanın tarixi rolu, Senkaku adaları üzərində iddia rəqabəti, Cənubi Çin dənizində təchizat marşrutları uğrunda mübarizə iki ölkəni təbii rəqiblərə çevirir”.

K.Sultanlının sözlərinə görə, Çin Yaponiyanın ABŞ-nin Hind–Sakit Okean strategiyası ilə daha sıx inteqrasiya olunmasını öz “əsas maraqlarına” müdaxilə kimi qiymətləndirir və məhz buna görə Tokioya yönəlik təzyiq alətlərini genişləndirir:

“Yaponiya bu gün ABŞ-nin bölgədəki əsas güc proyeksiyası nöqtəsinə çevrilib. Amerika üçün Tayvanın müdafiəsi ssenarisində Yaponiyanın siyasi və lojistik rolu əvəzolunmazdır. Bu da Pekinin narahatlığını artırır və onu həm Yaponiyanı, həm də ABŞ–Yaponiya ittifaqını test etməyə sövq edir”.


Ekspertin fikrincə, Çin həm də Yaponiyanın remilitarizasiya prosesini özünə birbaşa təhlükə hesab edir və sərt ritorika ilə Tokionun daxilində fikir ayrılığı yaratmağa çalışır:

“Çin Yaponiyanın hərbi gücünün artmasını qəbul etmir və bunu strateji risk kimi qiymətləndirir. Yaxın perspektivdə birbaşa hərbi toqquşma az ehtimal olunsa da, hibrid müdaxilələr, informasiya əməliyyatları və psixoloji təzyiqlər mütləq artacaq”.

Kamran Sultanlı qeyd edib ki, Tayvan uğrunda geosiyasi yarışda Çin ABŞ-nin logistikasını zəiflətməyə və Vaşinqtonun Çindən iqtisadi asılılığından yararlanmağa çalışır. Pekinin əsas hədəfi ABŞ müttəfiqlərini, o cümlədən Yaponiyanı həm qorxutmaq, həm də neytrallaşdırmaqdır:

“Pekin üçün ən vacib məsələ ABŞ liderliyi altında formalaşan əməkdaşlıq formatlarını zəiflətməkdir. Bunun üçün ya Yaponiyada daxili siyasi parçalanma yaratmağa çalışır, ya da iştirak xərclərini artırır. Rusiya da burada Çin üçün mühüm oyunçudur – Moskva Avropada ABŞ-ni məşğul etməklə Pekinə strateji nəfəslik açır”.

Ekspert sonda bildirib ki, Çin Rusiyanın zəifləməsini və müharibənin tez başa çatmasını istəmir:

“Pekin üçün Rusiya hazırkı geosiyasi konfiqurasiyada əvəzsiz tərəfdaşdır. Moskvanın çökməsi Çinin qlobal balansdakı mövqeyini zəiflədər. Buna görə Pekin proseslərin uzanmasında maraqlıdır”.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUN 2026
Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Bütün Xəbərlər