“Sizin “himayədarlarınız” azad olunmuş əraziləri ziyarət edirlər” – Ramiz Yunus AÇIQLADI

“Sizin “himayədarlarınız” azad olunmuş əraziləri ziyarət edirlər” – Ramiz Yunus AÇIQLADI
23.06.2025 10:49

“Azərbaycanın öz strateji xətti var və o, bu xətti taktiki cəhətdən ağıllı və qətiyyətli şəkildə həyata keçirir”. 

TodayPress TV xəbər verir ki, bu sözləri politoloq Ramiz Yunus öz "Facebook" hesabında yazıb.

O, Fransanın Azərbaycandakı səfirinin Qarabağ bölgəsinə səfərini belə şərh edib:

“Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon ilk dəfə olaraq Laçın, Şuşa, Xankəndi və Ağdam şəhərləri də daxil olmaqla, Azərbaycanın Qarabağ bölgəsinə səfər edib. Uzun illərdən sonra eməni işğalından azad olunmuş bu şəhərlərə edilən səfər, şübhəsiz ki, həm Ermənistanda, həm də Fransada böyük emosional reaksiya doğurdu. Nə gözləyirdiniz, cənablar? Biz sizə dəfələrlə efirdə bildirirdik ki, Azərbaycanın qələbəsi, liderliyi və Cənubi Qafqaz regionunda yaranmış yeni status-kvo ilə bütün dünya hesablaşmaq məcburiyyətində qalacaq. Siz isə bizə Fransa, ABŞ və Avropa İttifaqı ilə hədə-qorxu gəlirdiniz. İndi nə görürük? Sizin “himayədar” adlandırdıqlarınız necə məmnunluqla azad olunmuş əraziləri ziyarət edirlər. Artıq hamınız anlamalısınız ki, Azərbaycanın öz strateji xətti var və o, bu xətti taktiki cəhətdən ağıllı və qətiyyətli şəkildə həyata keçirir. Gördüyünüz kimi, hamı bu reallıqla hesablaşmaq məcburiyyətində qalır”.

Politoloq sonda Uinston Çörçillin “Yolboyu hürən hər itə daş atmaq üçün dayansanız, heç vaxt təyinat nöqtəsinə çata bilməzsiniz” sözlərini misal çəkib.

Qeyd edək ki,  iyunun 21-də Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Şuşaya səfər ediblər. Səfər edənlər arasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko və Fransanın Azərbaycandakı səfiri Ann Buayon da olub. 

Qiymət Mahir

XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu start götürdü 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Bütün Xəbərlər