SEPAH vurur, Pezeşkian ÜZR İSTƏYİR: İran vəziyyəti necə dəyişəcək?

SEPAH vurur, Pezeşkian ÜZR İSTƏYİR: İran vəziyyəti necə dəyişəcək?
10.03.2026 15:45

Martın 9-da İran Türkiyəyə daha bir ballistik raket atıb.

Raket Türkiyə hava məkanına daxil olub və NATO hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib.


Hadisənin ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. 

İran prezidenti Məsud Pezeşkian Ərdoğana İrandan Türkiyəyə raket zərbələri endirilməsi ilə bağlı iddiaları araşdırmaq üçün birgə araşdırma qrupu yaratmağı təklif edib. 

Göründüyü kimi, İran Prezidenti qonşu ölkələrdən üzr istəməklə İran İnqilab keşikçiləri Ordusu (SEPAH) generallarının təxribatlarını örtməyə çalışsa da, hər dəfə Məsud Pezeşkianın səylərinin üstündən xətt çəkilir.   

Maraqlıdır, SEPAH-la Pezeşkian arasındakı ziddiyət nə qədər davam edəcək?  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Prezident Məsud Pezeşkian arasında yaranan gərginliyin yeni olmadığını bildirib:


“Bu münasibət İranın siyasi sisteminin daxili xüsusiyyətlərindən qaynaqlanır. SEPAH ölkənin ən güclü hərbi-siyasi strukturlarından biri, bəlkə də birincisidir. Xatırlayaq ki, Pezeşkian qonşu dövlətlərə edilən mənfur hücuma görə üzr istədi, dolayısı ilə bu məsuliyyəti SEPAH-ın üzərinə yüklədi, onların özbaşınalığına işarə etdi”.

İRANIN İKİLİ HAKİMİYYƏT MODELİ

SEPAH-Pezeşkian ziddiyyətindən bəhs edən ekspert bu ziddiyyətin əsas səbəbinin İranın ikili hakimiyyət model olduğunu deyib:   

“İranda kimin prezident seçilməsindəm asılı olmayaraq, o, Ali Dini Liderin "qılıncı" altından keçməlidir. Pezeşkian indiyə qədərki dövrdə İran xalqı tərəfindən sevilərək seçilmiş prezident kimi qonşularla yumşaq əlaqələrə daha çox üstünlük verən bir şəxsiyyət kimi tanınır. Unutmayaq ki, Pezeşkian milliyyətcə “Azərbaycan türkü” ifadəsini qorxmadan deyən, gündəmə gətirən, bunu köksünü gərə-gərə deyən siyasi liderdir. Son aylarda da qonşu dövlətlərlə münasibətləri sabitləşdirmək və gərginliyi azaltmaq istiqamətində addımlar atmağa çalışır. Məsələn, onun Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışıqları zamanı regionda baş verən hadisələrə görə başsağlığı və təəssüf hissini bildirməsi də bu diplomatik xəttin göstəricisi kimi qiymətləndirilə bilər”.

BİR TƏRƏFDƏ DİPLOMATİYA, DİGƏR TƏRƏFDƏ HƏRBİ GÜC…

T.Qulaminin sözlərinə görə, bu gün İranda bir tərəfdə diplomatiyaya, regional sabitliyə və qonşularla münasibətlərin yumşaldılmasına çalışan mülki hökumət və prezident institutu, digər tərəfdə isə ideoloji və hərbi gücə sahib olan SEPAH strukturu dayanır. SEPAH regionda təsir dairəsini genişləndirməyi və özünəməxsus təhlükəsizlik siyasətini daha sərt xətt üzrə aparmağı özünə prioritet hesab edir və bu gündəlik, adətən, prezidentin siyasi kursu ilə ziddiyyət təşkil edir.

Analitik əlavə edib ki, SEPAH-ın regionda dron və raket fəaliyyətləri, xüsusilə qonşu ölkələr istiqamətində baş verən insidentlər bir çox hallarda mülki hökumətin diplomatik səylərini çətin vəziyyətə salır:


“Bu da bir daha göstərir ki, legitim bir prezidentin real siyasi manevr imkanları kifayət qədər məhduddur. Fikrimcə, bu ziddiyyət yaxın dövrə qədər də aradan qalxmayacaq. Ən real ssenari isə budur ki, Məsud Pezeşkian SEPAH tərəfindən sui-qəsdə uğradılmasa, sağ qalsa, diplomatik balans siyasətini davam etdirməyə çalışacaq, SEPAH isə bütün bunlara baxmayaraq, yenə də regiondakı strateji fəaliyyətlərini davam etdirəcək. Bu da o deməkdir ki, prezidentin siyasi mesajları ilə təhlükəsizlik strukturlarının əməli addımları arasında uyğunsuzluq yenə müşahidə olunacaq. Çünki SEPAH-la Prezident Administrasiyası arasındakı ziddiyyət İranın siyasi sisteminin struktur xüsusiyyətlərindən doğur və bu qarşıdurma yalnız bir şəxsin iradəsi ilə deyil, sistem daxilində güc balansının dəyişməsi ilə həll oluna bilər. Mövcud şərtlərdə isə bu ziddiyyətin uzun müddət davam etməsi ehtimalı daha yüksək görünür”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər