Satqınlar Paşinyana "satqın" deyir - Ermənistanda hava qarışıb

Satqınlar Paşinyana "satqın" deyir - Ermənistanda hava qarışıb
20.05.2026 16:40

Ermənistan növbəti parlament seçkilərinə hazırlaşır. Seçkilər proporsional sistemlə keçiriləcək, yəni bütün ölkə vahid dairə sayılır və partiyalar siyahıları ilə yarışacaq.

Partiyalar üçün minimum dörd faiz, iki və ya üç partiyalı bloklar üçün isə səkkiz faiz baryer müəyyənləşib. Əgər heç bir qüvvə sabit çoxluq qazana bilməsə, ikinci tur keçirilə bilər və qalibə əlavə mandatlar verilir. Parlamentdə minimum üç siyasi qüvvə təmsil olunmalıdır. Bu dəfə yarışa on doqquz siyasi qüvvə qatılıb. Hakim Vətəndaş Müqaviləsi partiyasının başında Baş nazir Nikol Paşinyan dayanır.

Əsas müxalifət qüvvələri arasında rusiyalı iş adamı Samvel Karapetyanın dəstəklədiyi Güclü Ermənistan, keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi Ermənistan alyansı və oliqarx Qaqik Sarukyanın Çiçəklənən Ermənistan partiyası ön plana çıxır. Digər namizədlər arasında keçmiş ombudsman Arman Tatoyan, Hayk Marutyan və Edmon Marukyan kimi simalar da var.Son sorğulara görə Paşinyanın partiyası hələ də öndədir, lakin dəstəyi 26-33 faiz intervalında dəyişir.

Qərar verməmiş seçicilərin sayı xeyli çoxdur – 20-30 faizə qədər. Güclü Ermənistan ikinci yerdə 9-18 faizlə gedir, digər müxalifət qüvvələri isə daha aşağı nəticə göstərir. Paşinyan favorit hesab olunur, amma təkbaşına böyük çoxluq əldə etmək onun üçün asan olmayacaq. Əgər qərar verməmiş seçicilər onun tərəfinə keçsə və iştirak faizi yüksək olsa, Paşinyan yenidən hökuməti saxlaya bilər. Müxalifət birləşsə və ya daha çox səs toplasa, vəziyyət dəyişə bilər, lakin indiki parçalanma buna mane olur. Paşinyana qarşı tənqid dalğası güclüdür. 

Erməni mediası  açıq hücumları gücləndirib. Daha çox müxalifətyönlü televiziyalar, saytlar və sosial şəbəkələr Paşinyanı demək olar ki, hər gün “satqın”, “torpaq verən” və “xalqı satmış” siyasətçi kimi təqdim edir. Bir çox erməni mediası və ictimaiyyət onu 2023-cü ildə Qarabağ hadisələrindən, yüz minlərlə qaçqının gəlişindən, Azərbaycanla sülh danışıqlarından və Rusiyadan uzaqlaşma siyasətindən günahlandırır. Bəziləri bunu “xalqa xəyanət” kimi qiymətləndirir.

İqtisadi çətinliklər, korrupsiya iddiaları və müxalifətçilərə qarşı təzyiqlər də tənqidləri artırıb. Kilsə və xaricdəki erməni icmaları da Paşinyana qarşı sərt mövqedədir. Bir çox ekspertlər Rusiyanın Ermənistanda medianı seçki prosesi ərəfəsində ələ keçirdiyini deyir.

Hakimiyyətyönlü media isə bu tənqidləri qərbyönlü siyasətin nəticəsi kimi müdafiə etməyə çalışır.  Seçkiyə çox az - 18 gün qalıb. Gerisayım başlayıb. Getdikcə vəziyyət daha da gərginləşir. Hazırkı sorğular Paşinyanın iqtidarda qalma ehtimalını yüksək göstərsə də, qərar verməmiş seçicilərin davranışı və son həftələrdəki hadisələr nəticəni hələ də dəyişə bilər.

Jalə Rövşən

XƏBƏR LENTİ
03 AVQUST 2026
Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Bütün Xəbərlər