Rusiya öldü - Almaniyadan dedilər
Militarizmi sevmirəm, amma ruslara tarixin hər dövründə ən böyük zərbəni Azərbaycanın haqlı olaraq vurduğunu da sevgi ilə qeyd etməliyəm.
Çar qoşunlarının ölkəni işğal edib, qan çanağında boğduğu 1806-cı ildə Sisianovun Bakıda öldürülməsi kimi...

1918-ci ildə rusların Bakıda qurmaq isədiyi Baksoveti cəhənnəmə vasil edib, Leninin Azərbaycanı işğalını iki il gecikdirdikləri kimi...
Qarabağda başlayan müharibənin SSRİ-ni dağıtdığı kimi...
Vətən savaşında rus silahlarını məğlub edib Bakıda onlardan ibarət "Qənimətlər Parkı"ında kolleksiya açıb, dünyada biabır etmələr kimi.
Və.... dünən daha bir mühüm hadisə baş verdi.
Müasir Rusiyaya kemiş SRRİ respublikalarından ilk dəfə Azərbaycan qiymət verə bildi.
Azərbaycan Prezidenti İlham Əliyev: Rusiyanın enerji infrastrukturu məhv edilir və sıradan çıxır. Rusiya artıq bütün ənənəvi tərəfdaşlarına kifayət qədər qaz və neft tədarük edə bilmir. Yaşıl gündəmdən imtina etməməliyik, eyni zamanda Avropa bankları neft və qaz infrastruktur layihələrinin yenidən investisiya ala bilməsi üçün qərarlarını yenidən qiymətləndirməlidirlər. Əgər bu baş verərsə, Azərbaycan Almaniya da daxil olmaqla, Avropaya təbii qaz və neft ixracını əhəmiyyətli dərəcədə artıra biləcək.

Almaniyada deyilən bu fikir Rusiya ictimai rəyində və mediasında 22 iyun gecəsi Hitlerin Sovetlərə hücüm xəbəri qədər sərt təsir etdi deyə bilərik. Burda güclərin müqayisəsini əsla aparmırıq, amma ortada rusların eşitmək istəmədiyi bir söz, özü də birinci şəxsin ağzıdan çıxdı:
Sizin dövrünüz qapanır!
Rus mediası sadəcə belə münasibət bildirdi: O həddə çatmışıq ki, artıq əlaqələrimizi yaxşılaşdırmaq yox, Azərbaycanın bizə düşmən olmamasına çalışırıq.
Özümüzü Şuşa forumunda Orta Güc elan etməyimiz və olmağımız, Berlinin, Vaşinqtonun, Romanını, Pekinin, lap elə Parisin saraylarında strateji müttəfiq kimi qəbul edilməyimiz Sisianovun nəvələrinə çox pis təsir edib.
Amma həqiqətən İmperiya yıxılıb yox, uzanıb, həm də çox pis.
Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı