Rusiya mediasında Azərbaycana qarşı kampaniyanın arxasında KİMLƏR DAYANIR? Deputat açıqladı

Rusiya mediasında Azərbaycana qarşı kampaniyanın arxasında KİMLƏR DAYANIR? Deputat açıqladı
18.08.2026 14:00

Azərbaycan Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib. Bəyanatda bu kimi halların sivil jurnalistika prinsiplərinə, etik normalara və ikitərəfli dostluq münasibətlərinin ruhuna tamamilə zidd olduğu, hətta Rusiya Federasiyasının dövlət siyasəti səviyyəsində dəstəklənməsi təəssüratı yaratdığı vurğulanıb.

Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayev Rusiya mediasında Azərbaycan əleyhinə aparılan qərəzli kampaniyanı kəskin pisləyib və bunun arxasında müəyyən dairələrin məkrli maraqlarının dayandığını bildirib.


O, Rusiya informasiya vasitələrinin Azərbaycan haqqında reallığı əks etdirməyən məlumatlar yaymasının artıq xroniki xarakter aldığını vurğulayıb:

"Rusiya informasiya vasitələrinin Azərbaycan haqqında reallıqları əks etdirməyən məlumatları daimi xarakter daşıyır və çox təəssüf ki, bu, iki ölkə arasındakı münasibətlərin bilavasitə pisləşməsinə xidmət edir. Zatulin kimi, Solovyov kimi millətçi jurnalistlərin qeyri-obyektiv çıxışları, eləcə də Rusiya Dumasında olan bəzi deputatların səsləndirdikləri fikirlər heç də dövlətlərin mənafeyinə hesablanmayıb. Əksinə, bunlar münasibətlərə kölgə salır, faktlar şişirdilir, bayağı ifadələr işlədilir və bu, xalqlar arasında müəyyən anlaşılmazlıqlara səbəb olur. Sözsüz ki, bunun da mayasında bir məkrilik var, xoş niyyət yoxdur və bu, müəyyən dairələrin təhriki, onların tapşırıqları sayəsində həyata keçirilir"

Deputat rəsmi Bakının bütün təxribatlara və tarixi bəd əməllərə baxmayaraq, həmişə təmkinli və konstruktiv mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb:

"Azərbaycan dövləti, Azərbaycan Prezidenti daim Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına səy göstərib. Ortada soyuqluqların olmasına, Rusiyanın qərəzli mövqeyinə baxmayaraq, Azərbaycan orada – Rusiyada yaşayan soydaşlarımızın həyatı və yaşayışı mövqeyindən çıxış edərək Rusiya ilə əlaqələri möhkəmləndirmək niyyətindədir və bu məqsədlə də lazım olan vəzifələr yerinə yetirilir. AZAL-ın təyyarəsinin Rusiya səmasında vurulması, soydaşlarımıza qarşı orada çox çirkin, məkrli niyyətlərin həyata keçirilməsi, onların incidilməsi və digər xoşagəlməz hallar zəminində belə, bu gün də Azərbaycan Rusiya ilə əlaqələri möhkəmləndirmək istiqamətində işlər aparır".

Millət vəkili Rusiya informasiya şəbəkələrinin atdığı bu addımların beynəlxalq hüquq normalarına sığmadığını və sifarişli xarakter daşıdığını qeyd edib.

"Ancaq çox təəssüf ki, Rusiyanın bir çox informasiya şəbəkələri yenə də özlərinin çirkin niyyətlərini həyata keçirmək üçün ən xoşagəlməz əməllərə əl atırlar, şoular yaradırlar, əsası olmayan fikirlər səsləndirirlər, bilavasitə millətlər arasında ziddiyyətlərin yaranmasına, qarşıdurmalara səbəb olmağa çalışırlar. Əlbəttə ki, bu, qəbuledilməzdir. Bu, dövlətlərin müstəqilliyinə, suverenliyinə ziddir, beynəlxalq hüquq normalarına uyğun deyil və bilavasitə xalqlara hörmətsizlikdir. Azərbaycan tərəfi bundan narahatdır. Narahatlığını ifadə etsə də, ortada real fakt, əsas yoxdursa, bu, Azərbaycan dövlətinin imicinə heç bir ziyan vura bilməz. Çünki bu adamlar öyrədilib, bu adamlar pulla ələ alınıb, bu adamların məqsədi özlərini bilavasitə reklam etmək, kiməsə yarınmaqdır və bu da jurnalistikada bir ləkədir", - deyə Tahir Rzayev fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Rusiya mediasında Azərbaycana qarşı kampaniyanın arxasında KİMLƏR DAYANIR? Deputat açıqladı — 1
XƏBƏR LENTİ
18 AVQUST 2026
Finlandiyada Rusiya sərhədinə yaxın məsafədə partlayış baş verdi 14:42 Fernandeş maaş artımını bəyənmədi: “Mançester Yunayted”in təklifi rədd edildi 15:17 NBC: Rusiya Xəzər vasitəsilə İrana sursat göndərir 15:16 Qətərdən İran və Omana çağırış: "Hörmüz boğazı açılmalıdır" 14:36 Valideynlərin cibini yandıracaq məktəb xərcləri: "Hamısı toplandıqda..." 14:26 “Qalatasaray”da Batrakov həyəcanı: prezident transferdə israr edib 14:44 Zədələrə fasilə: Alkaras və Rune birlikdə məşq edərək güc topladılar 14:35 Süni intellektin hazırladığı qanun qəbul oluna bilər? Vaşinqtonda gözlənilməz təhlükə 14:26 AFFA-da səs-küylü dəyişiklik: iki departament rəhbəri işdən çıxarıldı 14:14 “Golden Boy-2026” uğrunda mübarizədə Pau Kubarsi hamını qabaqladı 14:01 Rusiya mediasında Azərbaycana qarşı kampaniyanın arxasında KİMLƏR DAYANIR? Deputat açıqladı 13:55 ABŞ-də müharibə təşvişi: Trampın reytinqi ən aşağı səviyyəyə gerilədi 13:49 Antonellinin böyük arzusu: “Ferrari” sükanı arxasına keçəcək 13:36 Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı 13:27 Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqlayıb 13:08 Tramp Omanı hədələdi – Konqres hərəkətə keçdi 12:33 Vembanyama milli forma üçün motivasiyasını belə ifadə etdi 12:40 Sabah 37 dərəcə isti olacaq 12:38 Bruno Fernandeşin “Mançester Yunayted”də gələcəyi ilə bağlı qərar verildi 12:29 Məhkəmə İmran Xan barəsində qərar verdi 12:22 Dünya çempionatında bir idmançımız yoluna davam edir 12:14 İki avarçəkənimiz Amsterdamda Azərbaycan bayrağını zirvəyə daşımağa çalışacaq 11:56 Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib - BƏYANAT 11:45 Qalibaf İraqa gedir 11:07 Məşhur yükdaşıma xidməti işçinin pulunu kəsdi 11:26 Bütün Xəbərlər