Prezidentin mesajı aydındır: Məmur ya xalqa xidmət etməlidir, ya da...

Prezidentin mesajı aydındır: Məmur ya xalqa xidmət etməlidir, ya da...
13.11.2025 17:27

Prezident İlham Əliyev noyabrın 13-də Naxçıvana təyin etdiyi səlahiyyətli nümayəndə və yeni təyin olunan icra başçıları ilə görüşündə məmurlardan xalqa xidmət etməyi, təvazökar olmağı və korrupsiyadan uzaq dayanmağı tələb edib. Dövlət başçısı bəzi məmurların təkəbbürlülük və qanunsuz hərəkətlərinin dövlət siyasətinə ləkə vurduğunu bildirib.

O, heç bir qanunsuz əməlin cəzasız qalmayacağını vurğulayıb və sosial ədalətin bütün bölgələrdə təmin edilməsinin vacibliyini qeyd edib. Prezident həmçinin mərkəzi və yerli icra orqanlarında aparılan kadr islahatlarının nəticəsində vəziyyətin sağlamlaşdırıldığını söyləyib.  

Bu barədə TodayPress TV-yə danışan politoloq Elşad Paşasoy bildirib ki, ölkə başçısı  Konstitusiya Günündə keçirdiyi görüşdə Azərbaycanın Zəfərdən sonrakı yeni inkişaf mərhələsinə daxil olduğunu xüsusi vurğulayıb:


"Prezident İlham Əliyev 13 noyabrda Naxçıvana təyin etdiyi səlahiyyətli nümayəndə və bir sıra rayonların icra başçıları ilə görüşdə mühüm məsələlərə toxunub. Görüşün məhz Konstitusiya Günündə, həm də Konstitusiya və Suverenlik ilində keçirilməsi və verilən mesajların təsadüfi olmadığı diqqət çəkir. 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatından sonra Azərbaycan yeni mərhələyə qədəm qoyub. Bu mərhələ ölkənin bütün istiqamətlərdə qazandığı tarixi qələbəyə – Zəfərə uyğun şəkildə yenidən formalaşmasını tələb edir".

Onun sözlərinə görə, islahatlar idarəetmədə peşəkar kadrların formalaşdırılmasına xidmət edir:

"Son beş ildə aparılan islahatlar da məhz bu tarixi nailiyyətin davamı kimi qiymətləndirilir. Bu baxımdan, yerli idarəetmə orqanlarında mərhələli şəkildə aparılan islahatlar, kadr ehtiyatının formalaşdırılması və dövlət strukturlarına peşəkar şəxslərin təyin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir".

Ekspert Prezidentin qanunsuzluq edən məmurların  məsuliyyət daşıyacağı fikrinə diqqət çəkib:

"Prezident görüşdə açıq və birbaşa mesajlar verib, həm də ciddi xəbərdarlıqlar səsləndirib. Dövlət başçısı bir daha vurğulayıb ki, məmurların fəaliyyəti daim nəzarətdədir və neqativ hallara yol verənlər məsuliyyətdən qaça bilməyəcəklər. Bu, həm mərkəzi, həm də yerli səviyyədə çalışan bütün səlahiyyətli şəxslərə aydın siqnaldır".

E.Paşasoy ölkə başçısının  əsas tələbinin məmurların onlara  göstərilən etimadı doğrultması olduğunu vurğulayıb: 

"O, dəfələrlə qeyd edib ki, məmur xalqın xidmətçisidir. Bu baxımdan, vətəndaş məmnuniyyətinin təmin olunması birinci növbədə məmurun öz səlahiyyətlərini düzgün icra etməsindən, korrupsiya və rüşvətxorluq kimi neqativ hallara qarşı mübarizədən asılıdır. Dövlət başçısının dediyi kimi, artıq bu istiqamətdə konkret “yol xəritəsi” mövcuddur və ona zidd davranan hər bir məmur qanun qarşısında cavab verəcək. Son illərdə bir sıra icra başçılarının və digər vəzifəlilərin həbs olunması, barələrində cinayət işlərinin açılması da bu prinsipin təzahürüdür".

Ekspert, həmçinin bildirib ki, ölkədə aparılan genişmiqyaslı islahatlar sosial rifahın yaxşılaşdırılmasına, regionların inkişafına və vətəndaşlara qayğının gücləndirilməsinə yönəlib. Lakin Prezident bildirib ki, bütün görülən işlərə baxmayaraq, bəzi problemlər qalmaqdadır. Xüsusilə işsizlik və regionlardan paytaxta axının artması məsələləri diqqət mərkəzindədir. Dövlət başçısı icra başçılarını bu problemlərin həlli üçün konkret təkliflərlə çıxış etməyə və təşəbbüskar olmağa çağırıb.

Politoloq əlavə edib ki, məmurlara vətəndaşlarla birbaşa təmasda olub problemlərin həlli üçün fəal işləmək tapşırılıb:

"Eyni zamanda, o, sahibkarlığın inkişafına dəstək, yerlərdə vətəndaşlarla birbaşa təmasın gücləndirilməsi və kəndbəkənd problemlərin öyrənilməsinin vacibliyini vurğulayıb. Prezident bildirib ki, hər bir məmur sakinlərin problemlərini şəxsən bilməli, onların həlli istiqamətində həm səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməli, həm də əlavə dəstəyə ehtiyac yaranarsa, mərkəzi orqanlara məlumat verməlidir.

Prezident həmçinin qeyd edib ki, əvvəllər bəzi yerli məmurları qanunsuzluqlara sövq edən şəxslər mərkəzi idarələrdə də mövcud idi, lakin artıq həmin şəxslər məsuliyyətə cəlb olunublar. O, xəbərdarlıq edib ki, bu cür hallara qarşı sıfır tolerantlıq prinsipi tətbiq olunacaq və qanunsuz göstərişlər verən şəxslər barədə dərhal məlumat verilməlidir".

O, sonda əlavə edib ki, kadr islahatları davam edir və hər bir məmur qarşısında məsuliyyətli fəaliyyət tələbi qoyulub:

"Ümumilikdə, görüşdə səslənən tezislərdən aydın olur ki, Prezident İlham Əliyev mərkəzi və yerli idarəetmədə aparılan kadr islahatlarının davamlı olacağını və bu prosesin məqsədinin ölkə üzrə vəziyyətin sağlamlaşdırılması olduğunu açıq şəkildə ifadə edib. Artıq məmurlar üçün seçim sadədir: ya dövlət başçısının müəyyən etdiyi prinsiplərə uyğun fəaliyyət göstərmək, ya da məsuliyyətlə üzləşmək.

Hazırkı mərhələdə əsas məqsəd vətəndaş rifahının təmin olunması, sosial sabitliyin qorunması və xalqla dövlət arasında etimad mühitinin möhkəmləndirilməsidir. Prezidentin vurğuladığı kimi, bu məqsədlərə çatmaq hər bir məmurun borcudur və bu borcun icrasının alternativi yoxdur".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Bütün Xəbərlər