Pezeşkianın İrəvan səfəri: Cənubi Qafqazda dəyişən geosiyasi balanslar fonunda verilən mesajlar

Pezeşkianın İrəvan səfəri: Cənubi Qafqazda dəyişən geosiyasi balanslar fonunda verilən mesajlar
21.08.2025 17:22

“İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri, əsasən mehriban qonşuluq siyasətinin nümayişi kimi təqdim edilsə də, arxa planda daha ciddi geosiyasi mesajlar gizlənir”. 

Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, Pezeşkian İrəvandan öncə Bakıya da səfər edib və bu, İran prezidentlərinin seçkilərdən sonra region dövlətlərinə yönəlik balanslı diplomatiyasının bir parçası hesab edilə bilər:

“Hər bir halda, Pezeşkian azərbaycanlı olsa da, o, artıq İran dövlət başçısıdır və bu tipli səfərlər dövlət protokoluna uyğun şəkildə həyata keçirilir”. 

Analitik bildirib ki, Pezeşkianın səfəri ABŞ-Ermənistan arasında hərbi əməkdaşlığın intensivləşdiyi bir dövrə təsadüf edir. Bu isə Cənubi Qafqazda İran-Ermənistan münasibətlərinin yeni təhlükəsizlik və geosiyasi çərçivədə yenidən qiymətləndirilməsini zəruri edir. Onun fikrincə, Ermənistan artıq Zəngəzur dəhlizi ilə bağlı razılıq verib və bu kontekstdə İranın İrəvana təsir imkanları xeyli zəifləyib.

“Müxtəlif vasitələrlə Ermənistanı öz təsir orbitində saxlamağa çalışan İran artıq bu istiqamətdə istədiyinə nail ola bilmir. Ermənistan Qərblə inteqrasiyanı açıq şəkildə prioritetə çevirib və Tehran da bu reallığı qəbul etmək məcburiyyətində qalır. Sadəcə, bunu açıq formada etiraf etmirlər”.

Ekspertin fikrincə, səfər çərçivəsində iki ölkə arasında müxtəlif mövzularda, o cümlədən “3+3” formatı, "Şimal-Cənub" nəqliyyat dəhlizi və Araz çayı üzərindəki bəndin birgə istifadəsi kimi texniki xarakterli məsələlər müzakirə olunsa da, bu görüşdən strateji baxımdan ciddi irəliləyiş gözlənilmir:

“İranla Ermənistan arasında nəzərəçarpacaq bir ticarət dövriyyəsi yoxdur. Tarixən Tehran İrəvanı daha çox Azərbaycana qarşı alət kimi istifadə etməyə çalışıb. Lakin hazırkı reallıqlar tamamilə dəyişib. Ermənistan artıq bu siyasətə sadiq deyil və daha çox Qərbə yönəlmiş strategiya yürüdür. Buna görə də səfərin məqsədi hər hansısa təhdid və ya “göz dağı vermək” yox, məhz protokol əsaslıdır”, - deyə M.Əsədullazadə fikrini tamamlayıb.

Qeyd edək ki, avqustun 18-də İran Prezidenti Məsud Pezeşkian Ermənistana rəsmi səfər edib. Avqustun 19-da onun iştirakı ilə Ermənistan-İran biznes forumu keçirilib. Səfər zamanı Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyan və prezidenti Vaaqn Xaçatryan ilə danışıqlar aparıb. 

Töhfə Səməd

FOTOLAR

Pezeşkianın İrəvan səfəri: Cənubi Qafqazda dəyişən geosiyasi balanslar fonunda verilən mesajlar — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər