Ankaranın nüvə xəbərdarlığı: Bakı üçün nə dəyişə bilər?

Ankaranın nüvə xəbərdarlığı: Bakı üçün nə dəyişə bilər?
10.02.2026 17:47 Təhlil

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, bölgədə kimsə nüvə silahı əldə edərsə, Türkiyə də nüvə silahlanması yarışına qoşulmaq məcburiyyətində qalacaq. 

Əgər Türkiyə həqiqətən nüvə silahlanması yarışına qoşularsa, bu proses Azərbaycana necə təsir edə bilər? 

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov TodayPress TV-yə danışarkən vurğulayıb ki, Türkiyənin nüvə silahına sahib olması Azərbaycanın təhlükəsizliyinə müəyyən əlavə təminatlar versə də, bu üstünlüklər həlledici xarakter daşımır.

 

Analitik qeyd edib ki, hazırda bölgədə nüvə silahı istehsalına ən yaxın ölkə İrandır. Onun sözlərinə görə, İran artıq 400 kiloqramdan çox, 60% zənginləşdirilmiş uran ehtiyatına malikdir və nüvə silahı istehsalı üçün tələb olunan 90%-lik zənginləşməyə çatması təxminən iki ay çəkə bilər. 

“Əgər İran nüvə silahı əldə edərsə, bu, regionda zəncirvari reaksiyaya səbəb ola bilər. Bu halda Türkiyənin də nüvə silahı istiqamətində işlərə başlaması ehtimalı yüksəlir və qısa müddətdə nüvə silahına malik olan ölkələrdən biri də Türkiyə ola bilər”, - deyə siyasi şərhçi izah edib. 


Politoloqun fikrincə, Türkiyənin nüvə silahına sahib olması Azərbaycanın təhlükəsizliyinə müəyyən əlavə təminatlar versə də, bu üstünlüklər həlledici xarakter daşımır: 

“Mən güman etmirəm ki, bu, Azərbaycana çox böyük üstünlüklər verir. Çünki nüvə silahı artıq əvvəlki kimi güclü təhdid potensialına malik deyil. Əvvəllər nüvə silahının təsiri daha yüksək qiymətləndirilirdi. Ukrayna müharibəsi ərəfəsində və ya Pakistan-Hindistan qarşıdurması zamanı bu amilin rolu indikindən daha güclü idi”. 

Siyasi analitik xatırladıb ki, hazırda əsas məhdudlaşdırıcı güc dövlətlərin konvensional hərbi potensialıdır. Onun sözlərinə görə, bu gün həlledici amillər hərbçilərin sayı, konvensional silahların səviyyəsi və ümumi hərbi gücdür və Türkiyə bu baxımdan dünyanın ən güclü dövlətlərindən biridir. 


A. Səmədov bildirib ki, Azərbaycanın Türkiyə kimi güclü müttəfiqə malik olması ölkənin müstəqilliyi və suverenliyinin qorunması baxımından böyük əhəmiyyət daşıyır:  

“Nüvə silahının mövcudluğu bu təminatları müəyyən qədər artıra bilər, lakin bu gün əsas söz konvensional silahlara məxsusdur və həm Türkiyə, həm də Azərbaycan ordusunun bu sahədə potensialı çox yüksəkdir”. 

Aysel Mətləb

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUN 2026
Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Bütün Xəbərlər