Paşinyan yenidən qalib ola bilər: “Revanşistlərin şansı çox aşağıdır"

Paşinyan yenidən qalib ola bilər: “Revanşistlərin şansı çox aşağıdır"
04.11.2025 12:41

Ermənistan parlamentinin sədri Alen Simonyan 2026-cı il parlament seçkilərində “Vətəndaş müqaviləsi” partiyasından namizədliyini irəli sürüb.

Bundan başqa, Baş nazir Nikol Paşinyan, keçmiş prezident Robert Köçəryan, keçmiş Ombudsman Arman Tatoyan və həbsdə olan oliqarx Samvel Karapetyan da seçkilərdə iştirak edəcəklərini açıqlayıblar.

Beləliklə, 2026-cı il seçkiləri Ermənistan siyasətində ciddi rəqabət və yeni qüvvələr nisbəti ilə müşayiət olunacaq.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Paşinyan rəqiblərini zəiflədir, öz mövqeyi isə güclənir:

“Əvvəlcə qeyd edim ki, Ermənistanda hazırda hakim partiya daha çox şanslı görünür və digər alternativ qüvvələrin, xüsusilə revanşistlərin təmsilçilərinin hakimiyyətə gəlmə ehtimalı kifayət qədər aşağıdır. Hazırda Baş nazir Paşinyanın "Real Ermənistan" konsepsiyası çərçivəsində apardığı prinsipial siyasətin daha effektiv olması üçün daha radikal addımlar atılır. Xüsusilə bu konsepsiyaya qarşı çıxan və "Böyük Ermənistan" ideologiyasının daşıyıcıları — kilsə və digər revanşist qrupların sıradan çıxarılması prosesi gedir”.

Siyasi şərhçi bildirib ki, kilsəyə qarşı atılan addımlar Paşinyanın seçkiyə qədər hakim partiya üçün olan maneələri aradan qaldırmaq məqsədi daşıyır və növbəti mərhələdə erməni kilsəsi və lobbisinə verilmiş konstitusion hüquqlar da böyük ehtimalla ləğv ediləcək:

“Təbii ki, bu, ənənəvi erməni ideologiyasının davamında maraqlı olan qrupları narahat edir və onlar müxtəlif yollarla alternativlər yaratmağa, hökumətə təzyiq etməyə cəhd göstərirlər. İndiyə qədər xüsusilə kilsə tərəfindən hökumətin devrilməsi istiqamətində atılan addımlar hər kəs tərəfindən müşahidə olundu və fiasko ilə nəticələndi”.

Ə.Zülfüqaroğlunun sözlərinə görə, hazırda hökumətin əlində daha ciddi rıçaqlar mövcuddur ki, erməni kilsəsi tam olaraq siyasi səhnədən sıxışdırılıb çıxarılsın. Yaxın perspektivdə bununla bağlı real addımlar müşahidə olunacaq.

Ekspert hesab edir ki, Ermənistan hökumətinin həyata keçirdiyi siyasət, xüsusilə sülh prosesi ilə bağlı pozitiv meyillər cəmiyyətdə də müsbət qarşılanır:

“Təbii ki, birmənalı fikir yoxdur, amma bütövlükdə hökumətə kifayət qədər dəstək göstərilməsi Paşinyanın siyasətinin cəmiyyət tərəfindən qəbul edildiyini göstərir. Ona görə də növbəti mərhələdə düşünürəm ki, Paşinyan hökuməti yenidən qalib gələcək”.

Onun fikrincə, əgər Ermənistanı fəlakətə aparan düşüncə yenidən hakimiyyətə gələrsə, bu, dövlətçiliyin mövcudluğunu sual altına sala bilər:

“Mövcud reallığa uyğun olmayan və indiyə qədər Ermənistanı fəlakətə sürükləyən siyasi qüvvələrin hakimiyyətə gəlməsi Ermənistan üçün yenidən faciəyə səbəb ola bilər. Hazırkı hökumətin kifayət qədər güclü olduğu və ictimai dəstəyə malik olduğu görünür. Bu baxımdan Paşinyan hökumətinin 2026-cı il seçkilərində qalib gəlmək şansı yüksəkdir”.

Jalə Rövşən


FOTOLAR

Paşinyan yenidən qalib ola bilər: “Revanşistlərin şansı çox aşağıdır" — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bütün Xəbərlər