5 BƏNDLİK PLAN: "Bu, İranın təslim olması deməkdir" – ŞƏRH

5 BƏNDLİK PLAN: "Bu, İranın təslim olması deməkdir" – ŞƏRH
01.04.2026 17:12 Təhlil

Çin və Pakistan Yaxın Şərqdə sülh və sabitliyin bərpası üçün beş bəndlik təşəbbüs irəli sürüb. 

Təşəbbüs Çinin xarici işlər naziri Van İ və Pakistanın baş nazirinin müavini, XİN rəhbəri İshaq Darın Pekindəki görüşündən sonra açıqlanıb.


Tərəflər bütün zərərçəkmiş ərazilərə humanitar yardımın çatdırılmasının təmin edilməsi zərurətini vurğulayaraq, hərbi əməliyyatların dərhal dayandırılmasına və münaqişənin gələcək eskalasiyasının qarşısının alınmasına çağırıblar. 

Həmçinin Çin və Pakistan sülh danışıqlarının tezliklə başlanmasına çağırıb, İran da daxil olmaqla, region dövlətlərinin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə riayət olunmasının vacibliyini qeyd ediblər. 

Dialoq və diplomatiyanın münaqişələrin həllinin yeganə səmərəli yolu olduğu vurğulanıb.   

Təşəbbüsdə mülki əhalinin və qeyri-hərbi obyektlərin qorunmasına xüsusi diqqət yetirilib.  

Bundan əlavə, Çin və Pakistan gəmiçiliyin, xüsusilə Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayaraq, gəmilərin və onların heyətlərinin qorunmasına və normal hərəkətin tezliklə bərpa edilməsinə çağırıblar.


Sonda tərəflər BMT-nin rolunun gücləndirilməsinin və təşkilatın Nizamnaməsinin prinsiplərinə riayət olunmasının tərəfdarı olduqlarını bildirərək, beynəlxalq hüquq əsasında hərtərəfli sülh sazişinin işlənib hazırlanmasının zəruriliyini qeyd ediblər.

Sual yaranır, bu təşəbbüs münaqişəyə real təsir göstərə bilərmi?

Mövzunu siyasi analitik Asif Nərimanlı Todaypress TV-yə şərh edib. 


O bildirib ki, bu təşəbbüsün həyata keçməsi real görünmür:

“Çünki İran və Amerika arasındakı proses, müharibənin gedişatı göstərir ki, tərəflərin tezliklə razılaşması mümkün deyil. Bu yalnız tərəflərdən birinin tamamilə zəifləməsi və ya sıradan çıxması halında baş verə bilər. Bu isə daha çox İran hakimiyyətinin zəifləməsi ilə mümkündür”.  

Onun fikrincə, radikal tələblər sülhü mümkünsüz edir:    

“İran göstərdi ki, bütün imkanlarından sonuna qədər istifadə edəcək. ABŞ-nin mediada yayılan tələbləri İran hakimiyyətinin təslim olması, İranın açıqladığı şərtlər isə ABŞ və İsrailin təslim olması deməkdir. Bu qədər ziddiyyətli mövqelərlə masada razılıq əldə etmək çətindir”.        

Analitik əlavə edib ki, tərəflərdən birinin geri çəkilməsi ehtimalı da zəifdir:

“Bu yalnız İranda hakimiyyətin tamamilə sıradan çıxması halında mümkün ola bilər. Hələlik isə İran bütün imkanlarını səfərbər edir və təslim olmaq niyyətində deyil. Hörmüz boğazının bağlanması və region ölkələrinə hücumlar da bunu göstərir”. 


O, bir sıra diplomatik aspektlərə də toxunub:

“Müharibələrdə adətən vasitəçilər ortaya çıxır və tərəflər sülhdən imtina etmədiklərini göstərmək üçün danışıqlara açıq olduqlarını bəyan edirlər. Əgər ABŞ və İsrail sülhdən tam imtina etsə, beynəlxalq müstəvidə İran daha haqlı görünə bilər. Həm də müharibə enerji bazarında qiymətləri artırdığı üçün ABŞ zaman-zaman sülh mesajları verməklə bazarları sakitləşdirməyə çalışır”. 

Analitik hesab edir ki, həm ABŞ daxilində, həm də beynəlxalq aləmdə İran müharibəsinin əleyhinə qüvvələr mövcuddur:

“Tramp da öz tələblərini irəli sürərək göstərir ki, razılığa hazırdır, lakin İran tərəfi sülhdən yana deyil. İran da eyni məqsədlə diplomatik manevrlər edir və "razılaşmaya hazır olduğunu" göstərməyə çalışır.”

Asif Nərimanlının fikrincə, ümumi sülh razılaşması çətin olsa da, lokal mövzular üzrə razılaşma mümkündür:


“Humanitar məsələlər — mülki obyektlərin hədəf alınmaması, Hörmüz boğazının açılması — müzakirə edilə bilər. ABŞ də bu məsələlərdə maraqlıdır. İran diplomatik mövqeyini gücləndirmək üçün müəyyən razılaşmalara gedə bilər. Lakin ümumilikdə sülhün əldə olunması ehtimalı hələ də zəifdir”. 

Jalə Rövşən

Todaypress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Bütün Xəbərlər