Nəyi gözləyirik? - Delimitasiyanın vaxtı keçir...

Nəyi gözləyirik? - Delimitasiyanın vaxtı keçir...
03.07.2026 17:18

Sərhədlərin müəyyənləşməsi prosesində ən çətin mərhələyə yaxınlaşırıq. Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsi uğurla tamamlansa da, hələ də taleyüklü məsələlər var.

Bəs düyünün açılması üçün masada hansı variantlar var?                       

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışıb.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi üçün iki mühüm məsələnin müsbət məzmunda həlli vacibdir:

"Bunlardan birincisi, təbii ki, iki ölkə arasında yekun sülh sazişinin imzalanmasıdır. Bu isə rəsmi İrəvanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları əks olunan müddəaların ləğvinə hansı sürətlə başlayacağından asılıdır. Bu məsələ həll edildikdən sonra yekun sülh sazişi imzalana bilər".

O, Münasibətlərin normallaşmasında ikinci mühüm faktorun isə  dövlət sərhədlərinin delimitasiya və demarkasiya prosesi olduğunu diqqətə çatdırıb:

"İndiyə qədər bu proses, hələlik, birbaşa təmaslar vasitəsilə iki ölkə arasında müsbət məzmunda inkişaf etməkdədir və bu məsələnin növbəti mərhələlərinin də eyni prinsiplər əsasında davam etdirilməsi vacibdir. Çünki dövlət sərhədləri üzərində dəqiqləşdirmələr ədalətli şəkildə yekunlaşdırılmazsa, o zaman iki ölkə arasında narazılıqların və ziddiyyətlərin yenidən ön plana çıxması qaçılmaz ola bilər". 

Analitik vurğulayıb ki,  tarixi sənədlərə, tarixi xəritələrə və beynəlxalq səviyyədə hüquqi əsası olan bütün kartoqrafik materiallara ciddi şəkildə riayət olunmalıdır:

"Bütün bunlar ədalətli şəkildə reallaşdırılarsa, o zaman Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması, eyni zamanda iki ölkə arasında normal münasibətlərin qurulması və iqtisadi-ticari əlaqələrin genişləndirilməsi mümkün ola bilər. Bu da yekun nəticədə bütövlükdə Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün əsas amillərdən biridir".

Jalə Rövşən

FOTOLAR

Nəyi gözləyirik? - Delimitasiyanın vaxtı keçir... — 1
XƏBƏR LENTİ
03 IYUL 2026
Xaricdə yaşayan ermənilər üçün PİS XƏBƏR 18:15 Tuskdan Zelenskiyə: “Gərginliyi sən yaratdın” 18:07 Azərbaycan insanı ən çox hansı səbəbdən ölür? 17:42 Rayonlarda leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 17:29 Nəyi gözləyirik? - Delimitasiyanın vaxtı keçir... 17:18 Zelenskinin portreti: Ukrayna nə qədər tab gətirə biləcək? 16:59 Yastıq altında yatan milyardlar: Azərbaycan əhalisinin evdə nə qədər nağd pulu var? 16:50 Ter Ştegen “Barselona”dan ayrılır: “Ayaks”la razılıq əldə olundu 16:41 Xameneinin övladları niyə dəfn mərasimində görünmədi? 16:20 Zəngəzurdan keçən dəmiryolu Azərbaycanın mülkiyyətində – Proses necə reallaşa bilər? 16:24 Ermənistanın bu kəndləri xəritədən silinir - Əhali sürətlə əraziləri boşaldır 16:19 Masallıda ağır yol qəzası: İki nəfər öldü - VİDEO 16:09 DÇ-2026: 1/16 final mərhələsinin son oyunları keçiriləcək 16:05 Milli Məclisin növbəti iclasında müzakirə olunacaq məsələlər AÇIQLANDI 15:38 Azərbaycan nümayəndə heyəti vida mərasimində - VİDEO 15:26 Kədərin gülən üzü — Kamal Sunalın unudulmaz yaşam hekayəsi 15:09 Allah keşişləri qorumadı - 8 dindar öldü 14:54 Rusiyaya ağır itki - Ukrayna "bir daşla 7 quş vurdu" 14:54 Azərbaycan nümayəndə heyəti Tehrandadır - GÖRÜNTÜLƏR 14:39 Hərbi qulluqçu infarkt nəticəsində vəfat etdi 14:33 Bakının memarlıq möcüzələri hansılardır? - SİYAHI 14:32 İran nə təslim olub, nə də rejim devrilib – hansı qələbədən söhbət gedir? 14:29 Putin Polşanı "təcrübə siçanı" edəcək - Rusiya NATO-ya qarşı ilk qarmağı atmağı planlaşdırır 14:25 Sabah Azərbaycanda neçə dərəcə isti gözlənilir? 14:22 Ermənistan parlamentinin yeni spikeri ortalığı qatdı - "TÜRK" imiş 14:06 Bütün Xəbərlər