Moskvadan müharibə siqnalı! — Polşa "şahmat taxtası"na gətirilir?

Moskvadan müharibə siqnalı! — Polşa  "şahmat taxtası"na gətirilir?
19.11.2025 15:12

Polşa Baş Qərargah rəisi, general Vislav Kukula Rusiyanın son aylarda Polşa ərazisinə yönəlmiş kiberhücumları və təxribat aktlarını şərh edərək Avropanın təhlükəsizlik arxitekturasını silkələyən açıqlama verib. 


O bildirib ki, Moskva qitədə müharibəyə hazırlıq prosesinə başlayıb və bunun əsas məqsədi Polşa ərazisində mümkün təcavüz üçün əlverişli zəmin yaratmaqdır.

Generalın sözlərinə görə, qarşıdakı mərhələdə hadisələrin inkişaf trayektoriyası birbaşa NATO-nun sərgiləyəcəyi qəti mövqedən asılı olacaq:

“Suala cavab verməliyik: düşməni çəkindirə biləcəyikmi, yoxsa yanlış siqnallar onu təcavüzə həvəsləndirəcək?”

Maraqlıdır, Rusiya Polşaya hücuma hazırlaşır?

Əgər belədirsə, NATO bu ssenarinin qarşısını ala biləcəkmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Bakir Həsənbəyli bildirib ki, Rusiyanın Ukraynada 4 ilə yaxın davam edən müharibə səbəbilə yaşadığı hərbi və iqtisadi aşınma onun başqa ölkələrə hücum ehtimalını minimuma endirib:


“Hazırkı vəziyyətdə Rusiya nəinki NATO üzvü olan Polşaya, ümumiyyətlə hər hansı digər dövlətə hücum edə biləcək potensiala malik deyil. Bunun obyektiv səbəbləri var. Britaniya kəşfiyyatının yayımladığı son məlumatlara görə, Rusiyanın tank, artilleriya və zirehli texnika ehtiyatları 14–19 faiz arasında dəyişir”.

Ekspertin sözlərinə görə, Moskvanın ehtiyat fondlarının 65 faizini xərcləməsi və enerji satışından gəlirin kəskin azalması ikinci cəbhənin açılmasını mümkünsüz edir:


“Rusiya neftini minimum qiymətə – təxminən 36 dollara satır. Hasilat xərcləri çıxıldıqda dövlət büdcəsində yeni müharibə üçün vəsait qalmır. Əksinə, xərclər artır: Rusiya hər gün döyüşlərə 372 milyon dollar sərf edir. Müharibənin əvvəlində bu rəqəm 330 milyon idi. Rəqəmlər artır, amma gəlirlər azalır”.

Bakir Həsənbəyli qeyd edib ki, Moskvanın manevr imkanları Qərbin sanksiyaları fonunda daha da zəifləyib:

“Avropa İttifaqının 19 sanksiya paketi, ABŞ-nin Rusiya ilə ticarət əlaqələrinə dair xəbərdarlıqları, eləcə də bir çox ölkələrin enerji ticarətində alternativ axtarışlara başlaması Kreml üçün əlavə təzyiq mexanizmləridir”.

Ekspert əlavə edib ki, Rusiyanın “məğlubedilməz ordu” imici artıq tamamilə dağılıb:

“Şimali Koreyadan əsgər cəlb olunması, miqrantların aldadılaraq cəbhəyə göndərilməsi, məhbusların və psixi xəstələrin döyüşlərə cəlb edilməsi Rusiyanın hərbi resurslarının tükəndiyini göstərir. Bu, ordunun nə qədər ağır vəziyyətdə olduğunu açıq şəkildə nümayiş etdirir”.


Onun sözlərinə görə, Rusiyanın NATO hava məkanını dronlarla pozması güc nümayişi deyil, sadəcə zəif həlqələri test etmək cəhdidir:

“Bunun əzələ nümayişi ilə heç bir əlaqəsi yoxdur. NATO ölkələrinin zaman-zaman “Rusiyanın hücumu” barədə xəbərdarlıq etməsi isə qorxu deyil, hər zaman xarici müdaxiləyə hazır olmaq prinsipidir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər