Kəlağayı əlvan, qıyqacı... - Qadınlarımızın xanımlıq ölçüsünə ictimai münasibət

Kəlağayı əlvan, qıyqacı... - Qadınlarımızın xanımlıq ölçüsünə ictimai münasibət
06.04.2026 22:28

Baş örtüklərindən istifadə ilə bağlı yayılan məlumatlar cəmiyyətdə geniş reaksiya doğurub və bir çox tanınmış simalar tərəfindən rəğbətlə qarşılanıb.  

Bu məsələyə münasibət bildirən ziyalı həkim və tanınmış sosial media istifadəçisi Müşfiq Hüseynov kəlağayının milli dəyər kimi əhəmiyyətini TodayPress TV-yə belə izah edib: 


“Kəlağayı bizim buta, xalça, İçərişəhər və Qız qalası kimi ən qiymətli, milli dəyərlərimizdən biridir. Məsələn, kişilərin başına qoyduğu papaq necə milli rəmz sayılırsa, kəlağayı da eyni dərəcədə əhəmiyyətlidir. Belə ki, o, hətta UNESCO-nun mədəni irs siyahısına bəşəriyyətin mədəni sərvəti kimi daxil edilib”. 

Ziyalı bildirib ki, kəlağayı əlvandır. Qara və ya boz deyil, rəngarəngdir. Regionlardan asılı olaraq onun rəngləri və naxışları dəyişir; mavi, qızılı, qırmızı, sarı, yaşıl... Bu rənglər daha çox Novruzun, baharın, fəsillərin dəyişən rəngləri ilə uyuşur və tarix boyu qadınlarımızın geyimləri ilə xüsusi ahəng təşkil edib. Azərbaycan qadını tarixən qara geyinməyib, həmişə al-əlvan rənglərə üstünlük verib və xoşbəxt görünüb. Onun sözlərinə görə, qara və tutqun rənglər Azərbaycana sonradan gəlib. 

“Digər tərəfdən, əgər məqsəd saçı örtməkdirsə, istər gigiyenik, istərsə də başqa səbəbdən kəlağayı da bu funksiyanı yerinə yetirə bilir. Mütləq bizə aid olmayan  vasitələrdən istifadə etmək şərt deyil”, - deyə M. Hüseynov fikrini yekunlaşdırıb. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Bütün Xəbərlər