İranla müharibə Trampı “bitirir”… – ŞOK HESABAT!

İranla müharibə Trampı “bitirir”… – ŞOK HESABAT!
04.05.2026 13:16

ABŞ Prezidenti Donald Trampın reytinqi aprel ayında minimuma enib. 

“Washington Post/ABC News/Ipsos” sorğularına görə, amerikalıların yalnız 37%-i onun fəaliyyətini təsdiqləyir, 62% isə bəyənmir. Bu, Trampın hər iki prezidentlik dövründə ən minumum göstəricisidir.

Sorğu 24-28 aprel 2026-cı il tarixlərində keçirilib. Respublikaçılar arasında dəstək hələ də güclüdür (85% təsdiq), lakin güclü təsdiq faizi azalıb. Müstəqillər arasında isə təsdiq yalnız 25% səviyyəsindədir – bu, rekord aşağı göstəricidir. Ümumilikdə amerikalıların təxminən 2/3 hissəsi ölkənin səhv istiqamətdə getdiyini düşünür.

İqtisadi və xarici siyasət məsələlərində narazılıq daha kəskindir:

İqtisadiyyat: 65% bəyənmir

İnflyasiya: 72% bəyənmir

Yaşayış xərcləri: 76% bəyənmir (yalnız 23% təsdiq)

İranla bağlı vəziyyət: 66% bəyənmir

Müttəfiqlərlə münasibətlər: 65% bəyənmir


Amerikalıların 61%-i ABŞ-nin İrana hərbi əməliyyatını səhv qərar hesab edir, yalnız 36% bunu “düzgün addım” adlandırır.

Nəzərə almaq lazımdır ki, İran müharibəsi üçüncü ayına daxil olub. Hörmüz boğazının bağlanması qlobal neft tədarükünü pozub və yanacaq qiymətlərini kəskin artıraraq bütün dünyada iqtisadi təzyiq yaradıb. “Ipsos”un 31 ölkədə apardığı sorğuya görə, bu vəziyyət qlobal istehlakçı inamını ciddi şəkildə zədələyib.

“Ipsos” Qlobal İstehlakçı İnamı İndeksi son 6 ildə ən böyük ikinci düşüşünü yaşayıb (yalnız 2020-ci il aprelindəki COVID-19 şoku ilə müqayisə oluna bilər). Avropa və Asiya-Sakit okean regionunda əhval-ruhiyyə xüsusilə aşağıdır.

Həmçinin, hərbi münaqişələrə dair narahatlıq 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb, inflyasiya qorxusu da yenidən artıb. 31 ölkədən 30-da əhalinin ən azı 70%-i öz ölkəsinin münaqişəyə qarışmamasını istəyir. ABŞ-də bu göstərici 71% təşkil edir.

30% respondent münaqişə səbəbindən yanacaq və qaz üçün daha çox ödəməyin “dəyərli” olduğunu düşünür, yəni, bu qiymət artımı qəbul oluna bilər. Bəzi NATO ölkələrində bu rəqəm 20%-dən aşağı düşür.

31 ölkədə ABŞ-nin dünya işlərinə müsbət təsir edəcəyinə inananların payı son bir ildə 20 faiz düşüb:

2024 oktyabrından 2025 aprelinə qədər — 13 faiz

2025 aprelindən 2026 aprelinə qədər — daha 7 faiz

Nəticədə ABŞ-nin qlobal təsiri imici Çininkindən geridə qalıb.

Noyabr 2026-da keçiriləcək aralıq seçkiləri ərəfəsində vəziyyət Respublikaçılar üçün çətin görünür. Qeydiyyatdan keçmiş seçicilər arasında Demokratlar 49%, Respublikaçılar 44% dəstəyə malikdir. Müstəqillər arasında isə Demokratlar 20 xal öndədir və onların motivasiyası daha yüksəkdir.

Qeyd edək ki, sorğular 2560 ABŞ vətəndaşı və 31 ölkədə on minlərlə respondent üzərində aparılıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUN 2026
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Bütün Xəbərlər