İtaliyadan HƏYƏCAN: Aİ dağılır? - Ağırlıq mərkəzi kim olacaq?

İtaliyadan HƏYƏCAN: Aİ dağılır?  - Ağırlıq mərkəzi kim olacaq?
05.02.2026 15:13 Təhlil

İtaliyanın sabiq Baş naziri Mario Draqi Avropanın gələcəyi ilə bağlı səsləndirdiyi fikirlərlə yenidən ciddi müzakirələrə yol açıb. 


O, Avropa İttifaqının (Aİ) konfederativ modeldən federativ quruluşa keçməsinin zəruriliyi ilə bağlı tezisi irəli sürüb:

"Avropa sağ qalmaq istəyirsə, konfederasiyadan federasiyaya keçid etməlidir. Avropanın xilas yolu vahid Avropa Federasiyasının yaradılmasıdır".

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib ki, Aİ-nin konfederasiyadan federasiyaya keçidi ilə bağlı səsləndirilən fikirlər hazırda yalnız təklif xarakteri daşıyır və bundan konkret nəticələr çıxarmaq doğru deyil:


“Bu, sadəcə təklifdir və konkret nəticələr çıxarmaq ciddi olmaz. Doğrudur, Aİ-nin vahid siyasi məkan kimi fəaliyyət göstərməsində ciddi problemlər var. Bəzən çevik qərarlar qəbul edilə bilmir. Bundan başqa, Aİ-yə üzv olan dövlətlərdə müxtəlif siyasi qruplaşmaların Aİ-yə rəqib olan ölkələrlə əməkdaşlıq məsələlərində fərqli yanaşmaları müşahidə olunur”.

Onun sözlərinə görə, bəzi ölkələrdə hakimiyyətə gələn yeni siyasi qüvvələr Aİ-nin qərar qəbul edən strukturlarında əlavə çətinliklər yaradır:

“Məsələn, Macarıstan, Slovakiya, o cümlədən Çexiyanın yeni hökuməti kimi siyasi güc mərkəzləri var ki, onlar hakimiyyətə gəldikdən sonra Aİ-nin qərar qəbul edən strukturlarında müəyyən problemlər yaradırlar. Bu baxımdan belə təklif ortaya atılıb, amma bu, çox ağrılı məsələdir”.

“Federasiya müstəqilliyin itirilməsi deməkdir”

Politoloq qeyd edib ki, konfederasiyadan fərqli olaraq federativ model üzv dövlətlərin müstəqilliyinin itirilməsi ilə nəticələnə bilər:


“Əvvəla ona görə ki, konfederasiyadan fərqli olaraq federasiya bu dövlətlərin müstəqilliyini əlindən alacaq. Burada vahid dövlətdən söhbət gedir. Ancaq Avropa İttifaqı dövlətlərüstü qurumdur və vahid strukturlar yaradılmaqla hər kəs üçün keçərli olacaq qərarlar qəbul oluna bilir. O cümlədən bu strukturun parlamenti də mövcuddur, lakin çevik qərar qəbuletmə mexanizmi hələ də Aİ-də mümkün olmayıb və bu da Aİ-nin fəaliyyətində çox ciddi problemlər yaradır”.

Natiq Miri hesab edir ki, bu kontekstdə italiyalı siyasətçinin belə bir təkliflə çıxış etməsi müəyyən mənada əsaslandırıla bilər. Lakin əsas sual üzv dövlətlərin buna razı olub-olmayacağıdır:  

“Avropa İttifaqına üzv olan müstəqil dövlətlər öz müstəqilliklərini bir dövlət ətrafında birləşdirmək ideyasını qəbul edəcəklərmi? Müstəqilliklərini itirməyə razı olacaqlarmı? Bu, məsələnin bir tərəfidir”. 

“Ağırlıq mərkəzi kim olacaq?”

Ekspertin fikrincə, federativ dövlət ideyasında əsas həlledici məqam onun hansı ağırlıq mərkəzi üzərində formalaşacağıdır:


“Bu müstəqil vahid federativ dövlətin yaradılması hər kəsin bərabər hüquqlu şəkildə birləşməsi formasında baş verəcəkmi? Bu sual həlledicidir. Çünki Aİ-də nə qədər bərabər hüquqlardan danışılsa da, İttifaqın siyasi, hərbi və iqtisadi cəhətdən inkişaf etmiş aparıcı Almaniya, Fransa kimi dövlətləri var. Bu dövlətlər arasında rəqabətin mövcudluğu heç kimə sirr deyil”.  

Onun sözlərinə görə, yeni bir dövlət ətrafında birləşmə baş verərsə, bunun hansı ölkənin dominantlığı əsasında formalaşacağı əsas sualdır:

“Bu Fransa ağırlıqlı dövlət olacaq, yoxsa Almaniya ağırlıqlı? Bu məsələ açıq qalır”.

“Rusiya nümunəsi riskləri göstərir”

Natiq Miri bu kontekstdə Rusiyanın federativ modelini nümunə göstərib:


“Nə qədər bərabər hüquqlu respublikalardan danışılmış olsa da, bu federativ respublikanın nüvəsi Rusiyadır, ruslardır. Dominant toplum onlardır, dominant ideologiya da onlara məxsusdur. Digər respublikaların Rusiyaya daxil olması daha çox simvolik xarakter daşıyır”.

O qeyd edib ki, əvvəl mövcud olan formal səlahiyyətlər zamanla tamamilə mərkəzləşdirilib və Avropa İttifaqında da oxşar proseslərin baş verməsi istisna deyil.

“Aİ ikili standartlarla fəaliyyət göstərir”

Politoloq Avropa İttifaqının insan hüquqları və demokratiya məsələsində də ciddi problemlərlə üzləşdiyini vurğulayıb:

“Avropa məkanında nə qədər insan hüquqları və demokratiyadan danışılmış olsa da, bu günkü reallıq ondan ibarətdir ki, Avropa İttifaqı ikili standartlarla fəaliyyət göstərən bir struktura çevrilib”.

Onun fikrincə, hüquq və demokratiya selektiv şəkildə tətbiq oluna bilməz:

“Hüquq hüquqdur və hər şeyin üstündə dayanmalıdır. Bu, kasıb ölkəyə də, varlı ölkəyə də, güclüyə də, gücsüzə də eyni şəkildə tətbiq olunmalıdır. Amma Aİ-də belə deyil”.

“Aİ hələ də xristian klubudur”

Natiq Miri hesab edir ki, Avropa İttifaqının real mahiyyəti hələ də dəyişməyib:


“Avropa İttifaqı hələ də xristian klubudur. Məhz bu səbəbdən yarım əsrdən çoxdur ki, qardaş Türkiyəni Aİ-nin qapısı arxasında saxlayırlar”.

Sonda politoloq qeyd edib ki, səmimi mühit, vahid yanaşma və ortaq təfəkkür formalaşmadığı müddətdə federativ model real çıxış yolu sayıla bilməz:

“Bu, xilas yolu kimi görünə bilər, lakin əsas məsələ federasiyanın necə formalaşdırılacağıdır. Məhz bundan sonra ciddi problemlərin üzə çıxacağını hər kəs görəcək. Ona görə də mən yaxın perspektivdə bunu real hesab etmirəm”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Geyci Topuriyanı məğlub etdi -VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 Bütün Xəbərlər