Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir?

Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla  niyə görüşməlidir?
01.06.2026 14:59 Təhlil

Cəmiyyət olaraq ən böyük bəlamız, təəssüf ki, unutqanlığımızdır. Biz elə bir sürətlə keçmişi rəflərə qaldırıb toz basmasına göz yumuruq ki, sanki dünən baş verən faciələri, şəhid qanlarını, siyasi cinayətlər və ya milli ləyaqətimizə toxunan məsələləri heç olmamış kimi yaddan çıxarırıq. 

Millilikdən, vətəndən, dövlətçilikdən və xalqın ali mənafeyindən dəm vuranların, yeri gələndə kürsülərdən pafoslu çıxışlar edənlərin, ən kritik məqamlarda nəyinsə naminə öz ideyalarını necə ayaqlar altına aldıqlarını görmək, təəssüf ki, artıq adi bir hala çevrilib.

Müğənni Roza Zərgərli Çeçenistan lideri  Ramzan Kadırovla görüşüb.  Hansı Kadırov? O Ramzan Kadırov ki, Çeçenistanda repressiyaları, qəddarlığı ilə hökm sürür, adı dünya mediasının qara siyahılarından düşmür, öz xalqına belə qorxu salan, Putinə ən sadiq “dəmir əl” kimi tanınan adamdır bu. Cəmi bir il yarım əvvəl, 2024-cü ilin dekabrında məhz onun idarə etdiyi ərazidə Azərbaycan təyyarəsi vuruldu.


Onlarla həmyerlimiz həlak oldu.  Bu adamın onlarla günahsız azərbaycanlının qanına əli batıb.  Müğəninin bu rahatlığı cəmiyyətin mənəvi aşınmasının və dözümlülük limitinin göstəricisidir.

Lap digər məqamı kənara qoysaq, bu fiqurla "dostluq" etmək, onunla eyni süfrəyə oturub səmimi şəkillər çəkdirmək, nəticə etibarilə onun təmsil etdiyi və yaratdığı o qaranlıq sistemə bir növ haqq qazandırmaq deməkdir. 

Vətəndən, millətdən danışan kəs, öz şəxsi reytinqini, pulu milli maraqlardan üstün tutmamalıdır. Əgər bir şəxs sənətçidirsə, bu, onun vətəndaşlıq məsuliyyətindən azad olması demək deyil. Sənətçi cəmiyyətin vicdanı olmalıdır. 

Dünən pislədiyimiz, qınadığımız və ya xalqın düşməni elan etdiyimiz bir şəxslə bu gün "hə, nə olsun?" deyib dostluq ediriksə, deməli, bizim heç bir prinsipimiz və milli dəyərimiz  yoxdur. 

Vətən və millət kimi müqəddəs anlayışlar hər kəsin dilində bir şüara çevrildikdə, onların dəyəri də aşınır. İnsanlar artıq kimin səmimi, kimin "rol oynadığını" ayırd edə bilmir.

Roza Zərgərli bir çoxları kimi Vətən Müharibəsi dövründə, 44 günlük müharibədə cəhbə xəttinə yardımları ilə ən "gözə girən" adamlardan biri idi. Bir çoxları kimi o da, bu vəziyyətdən istifadə edib reytinq qazandı. 


Biz unuduruq ki, bu gün bağışladığımız və ya göz yumduğumuz hər bir hərəkət, gələcəkdə daha böyük haqsızlıqların bünövrəsini qoyur.

Roza Zərgərli və ya bir başqası öz şəxsi həyatında, dostluq dairəsində istədiyi şəxslə görüşməkdə azaddır. Lakin bir ictimai fiqur kimi, sizin hər bir addımınız xalqın gözü önündədir. Əgər siz daim "vətən" deyə qışqırırsınızsa, o zaman vətənin düşməni olan, onun dəyərləri ilə ziddiyyət təşkil edən qüvvələrlə "qardaşlıq" etmək, onunla əl sıxmaqdan şərəf duymaq hansı dəyərə sığır? 

Əgər biz Kadırov kimi bir qatillə qucaqlaşıb, sonra da televiziyada "Vətən sağ olsun" deyə biləcək qədər   ruhsuz olacağıqsa, o zaman  cəmiyyət qarşısında milli-mənəvi dəyərlərdən dəm vurmağın heç bir mənası qalmır.   

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır -VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər