İranın Suriyaya zərbələrinin arxasında nə dayanır?

İranın Suriyaya zərbələrinin arxasında nə dayanır?
17.07.2026 12:12

"İranın Suriya ərazisinə endirdiyi zərbələr Yaxın Şərqdə yeni və daha genişmiqyaslı qarşıdurmalar üçün zəmin yarada bilər".

TodayPress TV xəbər verir ki, bunu ekspert Tural İrfan deyib.


O bildirib ki, İran ordusunda, xüsusilə SEPAH daxilində İsrailin təsir imkanları barədə uzun müddətdir müxtəlif iddialar səsləndirilir və son hadisələr də onun fikrincə həmin ehtimalları gücləndirir.

"İran ordusunda, xüsusilə SEPAH-ın tərkibində İsrail agentlərinin çoxluq təşkil etdiyi ilə bağlı iddialar var. Mən hesab edirəm ki, ötən müharibədə Türkiyə ərazisinə endirilən zərbənin də məqsədi Ankaranı təxribat yolu ilə münaqişəyə cəlb etmək idi. İndi isə uzun müddətdir Suriya ilə Hizbullah arasında qarşıdurma yaratmağa yönəlmiş cəhdlərin İranın Suriyaya zərbələri fonunda yeni mərhələyə keçdiyini görürük".

Siyasətçinin sözlərinə görə, müharibə başlayandan bəri İranın ilk dəfə Suriyaya zərbə endirməsi Dəməşqin Hizbullaha qarşı hərbi əməliyyatlara qoşulması üçün əsas kimi təqdim oluna bilər.

"Bu, Suriya hökumətinə Hizbullaha qarşı əməliyyatlara qatılmaq üçün əsas verə biləcək addım kimi qiymətləndirilə bilər. Halbuki mahiyyət etibarilə bu proses İranın özünə qarşı cəbhələrin sayını artırır, Suriyada sabitliyi pozur və gələcək işğallar üçün zəmin formalaşdırır. Mən bunu İsrail kəşfiyyatının bölgədə əldə etdiyi strateji üstünlüklərdən biri hesab edirəm. Suriya ordusu ötən gün ölkə ərazisindən tranzit keçərək Hizbullaha göndərildiyi bildirilən silah-sursatın bir hissəsini ələ keçirmişdi. İranın endirdiyi zərbələr zahirən buna cavab təsiri bağışlasa da, nəticə etibarilə regionda qarşıdurmanı daha da dərinləşdirə bilər. Bu isə həm Suriyanın daxilində sabitliyi sarsıdır, həm də yeni münaqişə ocaqları yaradır".

Tural İrfanın fikrincə, Suriya ordusu hərbi baxımdan Hizbullaha ciddi zərbə vura bilər, lakin bunun uzunmüddətli və ağır nəticələri olacaq.

"Suriya ordusu Hizbullahı tamamilə tükədə bilər. Ancaq bu, uzun zaman aparacaq və bölgəni yeni xaosa sürükləyəcək. Bu ssenari Türkiyə üçün də arzuolunan deyil. Mümkün genişmiqyaslı qarşıdurma fonunda İŞİD hüceyrələrinin yenidən fəallaşması riski də nəzərə alınmalıdır. Əgər bu proses ABŞ-ın İrana qarşı genişmiqyaslı hava əməliyyatları ilə müşayiət olunmasa, region yenidən İŞİD dövründəki vəziyyətə qayıda bilər. Çünki həmin ərazilərdə İŞİD-in müəyyən ocaqları hələ də qalır və əlverişli şərait gözləyir. Bu hüceyrələrin yenidən aktivləşməsi Livan və Suriyanı ağır humanitar böhran və qanlı qarşıdurmalarla üz-üzə qoya bilər".

Ekspert iddia edib ki, İsrailin əsas məqsədi Suriyanı Hizbullahla müharibəyə cəlb etməklə bölgədə xaosu dərinləşdirməkdir.

"İsrailin məqsədi Suriyanı Hizbullahla savaşdırmaq, daha sonra isə İŞİD faktorunun yenidən ortaya çıxacağı xaotik vəziyyətdən istifadə edərək həm Livanda, həm də Suriyada mövqelərini genişləndirməkdir. Mən hesab edirəm ki, İran bu addımları ilə yenə də İsrailin maraqlarına xidmət edən proseslərin formalaşmasına şərait yaradır. Əgər gələcəkdə İran rejimi çöksə, o zaman ali dini lider də daxil olmaqla rejimin əsas simalarının İsraillə əlaqələri barədə həqiqətlərin üzə çıxacağı istisna deyil. Bu, mənim şəxsi qənaətimdir”, – deyə Tural İrfan fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

İranın Suriyaya zərbələrinin arxasında nə dayanır? — 1
XƏBƏR LENTİ
17 IYUL 2026
Rusiya son bir ayda Ukraynada cəmi 31 kvadrat km ərazi işğal edib və yarım milyon əsgər itirib 13:18 Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş başladı 13:08 A milli yoldaşlıq oyunu keçirəcək 13:00 Dünyanın boğulacağı üç boğaz - Yeni müharibələr bu üç nöqtədə olacaq 12:45 Rusiya Odessaya zərbə endirdi: Liman infrastrukturu hədəfə alındı 12:33 Müharibənin amansız siması: İranda son bir həftənin bilançosu açıqlandı 12:26 İranın Suriyaya zərbələrinin arxasında nə dayanır? 12:12 Putinlə Tramp bir-birinə qarşı savaşa çıxdı: İranı məğlub edə bilmirsən deyə... 12:01 Prezident bu səfirlərin etibarnaməsini qəbul etdi - YENİLƏNDİ 3 - FOTOLAR 11:39 Rusiya sabahdan Türkiyəyə qadağa tətbiq edəcək 11:51 Azərbaycan səfirliyi İrəvanın harasında olacaq? 11:36 Xəzər dənizinin səviyyəsi ildə 10 sm azalır – ARAŞDIRMA 11:22 "Mercedes" almanlara xəyanət etdi - Ürəyi "kitayski" olacaq 11:14 Hakan Fidan İranı silkələdi - VİDEO 11:05 Ali Tsokayev Macarıstanda da çempion oldu 10:58 Gizli Xidmət iş başında: Putinin qara qutusunu zəhərlədilər 10:53 14 yaşında Azərbaycanın ən böyük imperiyasını qurdu - Şah İsmayıl Xətai 10:51 Ali Məhkəmə: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz 10:34 Tokiodan tarixi qərar: İmperator sülaləsi ilə bağlı 79 illik qanun dəyişdi 10:27 Mehriban Əliyeva məşhur jurnalistin müalicəsinə dəstək oldu - FOTO 10:09 Yaxın Şərqdə müharibə nəzarətdən çıxır: Suriyadakı xüsusi əməliyyat mərkəzi vuruldu 09:57 Oğuzxan Uğur saxlanıldı 09:49 ABŞ Ermənistana nümayəndə heyəti göndərir 09:43 DÇ-2026-nın İspaniya – Argentina finalı təxirə salına bilər: SƏBƏB 09:34 Neft birjalarında bahalaşma davam edir 09:29 Bütün Xəbərlər