İranın "Qırmızı Xətti" TAPDALANDI: Masada ŞOK TƏLƏB

İranın "Qırmızı Xətti" TAPDALANDI: Masada ŞOK TƏLƏB
27.02.2026 12:30

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə aparılan danışıqların üçüncü raundunun uğurlu nəticələr verdiyini bəyan edib. 

Eyni zamanda ABŞ-nin "USS Gerald R. Ford" aviadaşıyıcısı 48 qırıcı ilə yüklənmiş vəziyyətdə İsrail sahillərinə doğru istiqamət alıb. 

Sual yaranır: əgər danışıqlar həqiqətən uğurlu olubsa, onda ABŞ bölgədə hərbi güc nümayişi xarakterli addım niyə atır?   

Sözügedən mövzunu siyasi şərhçi Taleh Əliyev TodayPress TV-yə şərh edib.  


O bildirib ki, hazırda Birləşmiş Ştatların İranla apardığı danışıqlar sülh gündəliyi çərçivəsində aparılan müzakirələr deyil, daha çox mümkün kapitulyasiya aktının şərtləri ətrafında qurulan proses kimi qiymətləndirilir.

"Bu fikir əvvəllər fərziyyə kimi səslənsə də, son Cenevrə danışıqlarından sonra amerikalı rəsmilərin açıqlamalarında da oxşar məqamlar yer alıb. Belə ki, bəzi bəyanatlarda İran tərəfinin niyə təslim olmadığı sualı qabardılır. Bu isə danışıqların məqsədinin qarşılıqlı razılaşma deyil, sərt şərtlərin qəbul etdirilməsi olduğu barədə iddiaları gücləndirir", - ekspert deyib. 

Analitik diqqətə çatdırıb ki, ilkin mərhələdə irəli sürülən dörd əsas tələb – nüvə enerjisi proqramından imtina, uranın zənginləşdirilməsinin dayandırılması, zənginləşdirilmiş uranın ölkədən çıxarılması və raket proqramının dayandırılması idi. Son Cenevrə danışıqlarında isə daha ağır və İran üçün qəbuledilməz sayılan bir tələb – SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) tərksilah edilməsi məsələsinin gündəmə gətirildiyi bildirilir. 

“Bu tələblərin xarakteri klassik sülh danışıqlarından daha çox ultimatum formatını xatırladır”.

Politoloq eyni zamanda ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu artırmasına diqqət çəkib: 

"Bölgəyə əlavə dəniz qüvvələrinin, hərbi hava vasitələrinin və şəxsi heyətin cəlb olunması təkcə diplomatik təzyiq aləti deyil, mümkün genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq kimi də şərh olunur". 

Onun qənaətincə, paralel şəkildə danışıqların davam etməsi isə ABŞ-nin mümkün kompleks əməliyyatlara tam hazır olmaması ilə izah edilir. Son dövrlərdə Yaxın Şərqə, xüsusilə İran ətrafı regiona yeni hərbi gəmilərin göndərilməsi və ABŞ hərbi hava qüvvələrinin bölgədəki bazalara əlavə qüvvələr yerləşdirməsi bu kontekstdə qiymətləndirilir.

O, qeyd edib ki, digər tərəfdən, İran daxilində də mümkün hərbi zərbələrdən sonra daxili etiraz dalğasının formalaşdırılması ehtimalı barədə iddialar səslənir. Tehranda və Məşhəddə baş verən tələbə aksiyaları, həmçinin bəzi kürd siyasi və yarımhərbi qruplarının mövcud hakimiyyətə qarşı mübarizə aparacaqları ilə bağlı bəyanatları bu çərçivədə şərh olunur.

T.Əliyev yekun olaraq əlavə edib ki,  İran tərəfinin danışıqların üçüncü raundunu “uğurlu” adlandırması daha çox daxili auditoriyaya ünvanlanmış mesajdır. Eyni zamanda Tehran mümkün eskalasiya risklərini nəzərə alaraq Rusiya və Çinlə hərbi-texniki əməkdaşlığını davam etdirir.

"Ümumilikdə belə qənaət irəli sürülür ki, tərəflər danışıqların formal xarakter daşıdığını anlayır və paralel şəkildə mümkün qarşıdurma ssenarisinə hazırlaşırlar",- analitik fikrini tamamlayıb. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 Bütün Xəbərlər