İran ABŞ-nin boğazında qaldı — Daha böyük rüsvayçılıq üçün bir düyməsinə basdı

İran ABŞ-nin boğazında qaldı — Daha böyük rüsvayçılıq üçün bir düyməsinə basdı
23.06.2026 17:34

İranla müharibənin kövrək bir atəşkəslə bitməsi ABŞ-də yeni müzakirələrə yol açıb.

Münaqişə niyə gözlənilən nəticəni vermədi?

İllərlə sanksiyalar altında boğulan, iqtisadi böhranlar yaşayan və daxili etirazlarla boğuşan İranın ABŞ kimi bir supergüc qarşısında geri çəkilməməsinin əsas səbəbi bəllidir: Vaşinqtonun bu döyüşdə təkbaşına hərəkət etməsi.

Prezident Donald Tramp yalnız İsrailə arxalanaraq və ABŞ ordusunun hərbi üstünlüyündən istifadə edərək İranı asanlıqla təslim edəcəyini düşünürdü. Lakin müharibəyə başlamazdan əvvəl BMT Təhlükəsizlik Şurasının razılığını almadı və regiondakı müttəfiqlərlə məsləhətləşmədi. Nəticədə ABŞ ənənəvi tərəfdaşlarının dəstəyindən məhrum oldu. İran isə buna cavab olaraq Hörmüz boğazını bağlamaqla hədə qorxu gəldi, bölgə ölkələrinə pilotsuz uçuş aparatları (PUA) və raketlər göndərdi. Tramp administrasiyası geniş beynəlxalq koalisiya qurmaq istəyəndə isə artıq gec idi. Hətta NATO müttəfiqləri bilə müharibəyə qoşulmaqdan imtina etdilər.

Üstəlik, ABŞ-nin uzunmüddətli müttəfiqləri təkcə hərbi dəstəkdən imtina etməklə qalmadılar, həm də öz hava məkanlarını və hərbi bazalarını ABŞ qüvvələrinin üzünə bağladılar. Məsələn, İspaniya öz hava sahəsindən və birgə bazalardan istifadəyə icazə vermədi. Fransa İsrailə hərbi yük daşıyan ABŞ təyyarələrinin uçuşuna razılıq vermədi. İtaliya və İsveçrə də oxşar məhdudiyyətlər qoydu. Böyük Britaniya isə öz bazalarından yalnız müdafiə xarakterli əməliyyatlar üçün istifadə olunmasına yaşıl işıq yandırdı.

Bu müharibə göstərdi ki, dünyanın ən güclü dövləti belə təkbaşına hərəkət etdikdə imkanları məhdudlaşır. Çünki ABŞ-nin əsas üstünlüyü təkcə onun hərbi gücü deyil, həm də uzun illər ərzində qurduğu beynəlxalq institutlar və müttəfiqlik sistemidir.

BMT buna ən yaxşı nümunədir. Vaxtilə BMT Nizamnaməsinin ilk layihəsi məhz ABŞ Dövlət Departamentində hazırlanmışdı və məqsəd İkinci Dünya müharibəsindən sonra dünyada sülhü qorumaq idi. Lakin mütəxəssislər iddia edirlər ki, Tramp administrasiyasının son illərdə həm İran, həm də digər ölkələrlə bağlı addımları məhz bu nizamnamənin prinsiplərini pozub.

Eyni zamanda Trampın birtərəfli iqtisadi siyasəti, müharibədən sonrakı dövrdə ABŞ-nin qlobal iqtisadi liderliyini təmin edən Bretton-Vuds sisteminə də ciddi zərbə vurdu. Halbuki bu sistem dolların dünya ehtiyat valyutası statusunu möhkəmləndirmiş və Vaşinqtona sanksiyalardan güclü bir silah kimi istifadə etmək imkanı vermişdi.

ABŞ beynəlxalq təşkilatlardakı rolunu azaltdıqca, Çin yaranan bu boşluğu sürətlə doldurmağa çalışır. Məsələn, Tramp ABŞ-ni Ümumdünya Səhiyyə Təşkilatından çıxaran kimi, Pekin bu təşkilata beş il ərzində 500 milyon dollar ayıracağını bəyan etdi. Çin hazırda BMT-nin ikinci ən böyük maliyyə dəstəkçisidir və gələcəkdə birinci yerə yüksələ bilər.

Trampın İranla imzaladığı yeni razılaşma da bu birtərəfli yanaşmanın davamıdır. Vaxtilə Barak Obama administrasiyasının əldə etdiyi nüvə sazişi İran, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın iştirakı ilə ortaq hazırlanmışdı. Yeni razılaşma isə yalnız ABŞ və İran arasında bağlanıb. Əgər bu saziş icra olunmasa, Vaşinqton yenidən təkbaşına hərbi əməliyyatlara başlaya bilər.

Trampın "təkbaşına hərəkət" strategiyasının acı nəticələri hələ tam hiss olunmasa da, proses artıq başlayıb. ABŞ-nin bir çox müttəfiqi artıq Vaşinqtondan asılılığı azaltmaq yollarını arayır. Onlar yeni ticarət sazişləri bağlayır, öz hərbi imkanlarını gücləndirir və ABŞ-nin daxil olmadığı yeni koalisiyalar formalaşdırırlar. Çünki ABŞ-nin beynəlxalq nüfuzu yalnız onun hərbi gücündən deyil, həm də digər dövlətlərin onun liderliyinə və müdafiə etdiyi dəyərlərə olan inamından asılıdır.

Qiymət Mahir

XƏBƏR LENTİ
23 IYUN 2026
Tehranda 3 günlük tətil: Xameneinin dəfn proqramı açıqlandı 18:45 İran ölkə daxilində hava nəqliyyatını bərpa edir 18:17 PA Vətəndaş Qəbulu Mərkəzinin iyul ayı üçün cədvəli açıqlandı 18:24 Azərbaycan nümayəndə heyəti Özbəkistanda 18:08 Türkiyədə silah-sursat anbarı partladı - Ölənlər var 17:51 Anevrizma barədə əsas məlumatlar: Risklər, simptomlar və müalicə 16:34 Ariete: Avropa tankçılığının klassik nümunəsi 17:48 Zelenski ilə danışmaq üçün heç bir əsas yoxdur - Putin 17:43 İran ABŞ-nin boğazında qaldı — Daha böyük rüsvayçılıq üçün bir düyməsinə basdı 17:34 İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI 17:32 Özbəkistanın iki kəndi Qırğızıstanın oldu 17:22 İtaliyanın baş naziri kim olacaq? - Meloni erkən seçkiyə gedir 17:13 Prezident Şuşada uşaqlarla görüş barədə paylaşım edildi - VİDEO 17:13 Cennaro Qattuzo "Latsio"nun baş məşqçisi təyin edildi 16:51 Bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ 16:37 Ukrayna Krımda vacib körpünü belə partlatdı - VİDEO 16:36 Alzheimer xəstəliyinə ümumi baxış: İlkin əlamətlər və müalicə imkanları 16:29 Təhsil eksperti: “Süni intellekt ən çox elə İT mütəxəssislərinin özlərinə təsir edəcək” 16:28 Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO 16:22 Qadınların pensiya yaşı 65-ə qalxır, tək yaşayanlar isə… ŞAD XƏBƏR 16:22 Azərbaycandan Ermənistana 10 vaqon buğda göndəriləcək? 16:12 DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar 16:10 AYNA 30 milyonu nəyə xərcləyəcək? 16:06 Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib” 15:59 Dünyanın ən böyük sevgi himni Nigarın sözündən Rəsulun ölümünə yazıldı — Ayrılıqdan betər dünyada nə var? 15:55 Bütün Xəbərlər