İkili standartların AÇIQ DİAQNOZU: “Başımız bəlada olanda heç kim bizi müdafiə etmirdi”

İkili standartların AÇIQ DİAQNOZU: “Başımız bəlada olanda heç kim bizi müdafiə etmirdi”
07.01.2026 14:07

“Azərbaycanın ölkə sərhədlərindən kənarda hərbi əməliyyatlarda iştirakının mümkünsüzlüyü ilə bağlı Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər onun xarici siyasət fəlsəfəsinin, məsuliyyət anlayışının və realpolitika prinsiplərinə söykənən mövqeyinin son dərəcə aydın, birmənalı və strateji əsaslandırılmış ifadəsidir. Bu cavab təkcə Yaxın Şərq kontekstində deyil, bütövlükdə Azərbaycanın beynəlxalq təhlükəsizlik arxitekturasında öz yerini necə dərk etdiyini anlamaq baxımından mühüm analitik materialdır”.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.


Onun sözlərinə görə, Prezidentin müsahibədə ortaya qoyduğu mövqe ilk növbədə onu göstərir ki, Azərbaycanın beynəlxalq sülhməramlı fəaliyyətə münasibəti emosional və ya situativ deyil, hüquqi, siyasi və hərbi reallıqlara əsaslanır:

“Burada əsas xətt ondan ibarətdir ki, sülhməramlı missiya anlayışı özlüyündə neytral və vahid məfhum deyil. İlham Əliyev “peacekeeping” və “peace enforcement” anlayışlarını məqsədyönlü şəkildə ayırır və bununla beynəlxalq hüquqda tez-tez məqsədli şəkildə ziddiyyətli təqdim olunan, bəzən də sui-istifadə edilən bir fərqi qabardır. Sülhməramlı missiya tərəflərin razılığı, aydın mandat və məhdud hərbi funksiyalar çərçivəsində mümkündürsə, sülhü zorla qəbul etdirmə əməliyyatları faktiki olaraq müharibənin başqa formasıdır. Azərbaycan isə öz dövlət fəlsəfəsinə uyğun olaraq, heç bir halda öz əsgərini başqa ölkələrin ərazisində döyüş əməliyyatlarına cəlb etməyi qəbul etmir”.  

Parlamentari bildirib ki, bu yanaşma təsadüfi deyil və Prezident bunu Azərbaycanın əvvəlki beynəlxalq təcrübəsi ilə əsaslandırır: 

 

“İraq, Kosovo və Əfqanıstan missiyalarına istinad etməklə o, bir tərəfdən Azərbaycanın beynəlxalq məsuliyyətdən qaçan dövlət olmadığını nümayiş etdirir, digər tərəfdən isə bu iştirakın sərhədlərinin harada bitdiyini açıq şəkildə göstərir. Azərbaycanın sülhməramlı fəaliyyəti strateji obyektlərin mühafizəsi, logistika təhlükəsizliyi və stabilliyin qorunması ilə məhdudlaşıb. Əfqanıstanda itkisiz missiya faktı isə bu siyasətin nə qədər ölçülüb-biçilmiş olduğunu sübut edir. Burada əsas mesaj ondan ibarətdir ki, Azərbaycan insan həyatına geosiyasi avantüraların predmeti və ya qurbanı kimi yanaşmır”.

E.Mirzəbəylinin sözlərinə görə, Prezidentin cavabında xüsusilə diqqət çəkən məqamlardan biri Azərbaycanın yaxın tarixinə istinad edilməsidir. Birinci Qarabağ müharibəsində on minlərlə vətəndaşını itirmiş, uzun illər beynəlxalq ədalətsizliklə üz-üzə qalmış bir dövlətin rəhbəri kimi İlham Əliyev açıq şəkildə bildirir ki, Azərbaycan öz vətəndaşlarının həyatını başqa dövlətlərin maraqları naminə riskə atmayacaq. Bu mövqe dövlət məsuliyyətinin ən ali ifadəsidir. “Bizim başımız bəlada olanda heç kim bizi müdafiə etmirdi” fikri təkcə emosional yaddaşın ifadəsi deyil, beynəlxalq münasibətlərdə ikili standartların açıq diaqnozudur.

“Bu kontekstdə Fələstin məsələsinə münasibət də dəqiq şəkildə ifadə olunur. Prezident nə Fələstin xalqına laqeyd yanaşır, nə də Azərbaycanın bu məsələdə tutduğu balanslı mövqeni inkar edir. Azərbaycan Fələstin dövlətinin yaradılmasını bütün beynəlxalq platformalarda dəstəkləyib və bu gün də dəstəkləyir. Fələstin səfirliyinin Bakıda fəaliyyət göstərməsi və Azərbaycanın maliyyə yardımı faktı bu dəstəyin formal deyil, real və humanitar məzmun daşıdığını göstərir. Lakin İlham Əliyev burada çox mühüm prinsipial xətt çəkir: emosional və humanitar həmrəylik hərbi iştirak demək deyil. Beynəlxalq münasibətlərdə minnət və ya simvolik jestlər əsasında strateji qərarlar verilmir”, - deyə millət vəkili bildirib.

O əlavə edib ki, Prezidentin “ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir” fikri isə Yaxın Şərq siyasətinə yanaşmada nadir rast gəlinən rasional mövqedir. Bu yanaşma əslində qeyri-ərəb müsəlman ölkələrinin tez-tez düşdüyü strateji tələyə işarə edir. “Parovozun önündə qaçmaq” metaforası ilə İlham Əliyev açıq şəkildə bildirir ki, məsuliyyəti daşıyanlar məsuliyyətin mərkəzində olan aktorlar olmalıdır. Ərəb Liqası mövcuddur, onun mövqeyi var və bu mövqe regional legitimliyin əsas dayağıdır. Azərbaycan isə öz siyasətini məhz bu legitim mexanizmlərlə uzlaşdırır, fərdi təşəbbüslərlə riskli proseslərin lokomotivinə çevrilmir.

Deputat sonda vurğulayıb ki, Prezident İlham Əliyev müsahibəsində dövlətimizin Yaxın Şərqdəki mürəkkəb proseslərə münasibətinin mahiyyətini aydın şəkildə ortaya qoyur:


“Yəni Azərbaycan humanistdir, amma sadəlövh deyil; həmrəydir, amma alətə çevrilmir; beynəlxalq məsuliyyət daşıyır, amma öz vətəndaşının həyatını hər şeydən üstün tutur. Bu mövqe Azərbaycanın müstəqil xarici siyasət kursunun davamlılığını, prinsipiallığını və strateji yetkinliyini bir daha təsdiqləyir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Bütün Xəbərlər