Fransadan dəstək bəyanatı: Geosiyasi hesablamalarla şərtlənmiş addım

Fransadan dəstək bəyanatı: Geosiyasi hesablamalarla şərtlənmiş addım
17.11.2025 17:06

Fransa Azərbaycanın Ukraynadakı səfirliyinin Rusiya tərəfindən raket və pilotsuz uçuş aparatları ilə hədəfə alınmasını qətiyyətlə pisləyən bəyanat yayıb. 

Fransanın Avropa və Xarici İşlər Nazirliyi açıqlamasında ölkəmizin diplomatik korpusu ilə həmrəylik nümayiş etdirərək Azərbaycana dəstəyini ifadə edib.

Bu fonda iki ölkə arasında uzun müddətdir müşahidə olunan soyuq münasibətlərin tədricən yumşaldığı görünür. Bəs Fransanın bu addımını səmimi hesab etmək və prosesin davamlı olacağına inanmaq olarmı?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Anar İsayev bildirib ki, Fransanın son bəyanatı ilk baxışda prinsipial diplomatik mövqe kimi görünsə də, əslində həm beynəlxalq hüquqa bağlılıq mesajı, həm də geosiyasi hesablamalarla şərtlənmiş addımdır:


“Diplomatlara və səfirliklərə hücum beynəlxalq hüququn ən fundamental qaydalarından birinə ziddir və bütün dövlətlər tərəfindən qəti şəkildə pislənilir. Fransa da bu qaydanı pozan hər hansı aktora eyni reaksiyanı verərdi — xüsusilə müharibə şəraitində. Bu, Paris üçün həm hüquqi, həm də siyasi zərurətdir”.

Ekspertin sözlərinə görə, Fransanın bəyanatı eyni zamanda Ukraynaya dəstək çərçivəsində verilmiş bir həmrəylik mesajıdır:

“Hadisə Ukrayna ərazisində baş verdiyi üçün Paris bu reaksiyanı həm Kiyevə siyasi dəstək kimi, həm də Qərb koalisiyasının birliyini nümayiş etdirmək məqsədilə göstərir. Çünki Fransa Ukraynanın əsas siyasi və hərbi tərəfdaşlarından biridir”.

Anar İsayev bildirib ki, bu addımın başqa bir mühüm tərəfi Azərbaycanla münasibətlərin tədricən stabilləşdirilməsi cəhdi ilə bağlıdır:

“Son iki ildə Parisin açıq şəkildə Ermənistanı silahlandırması və siyasi dəstəyi Bakının Fransaya qarşı sərt mövqe ortaya qoymasına səbəb olmuşdu. Makron administrasiyası artıq anlayır ki, bu gərginlik Cənubi Qafqazda onların maraqlarına zərbə vurur və regiondakı mövqelərini zəiflədir”.

Politoloqun fikrincə, Fransa uzun müddət Cənubi Qafqaz strategiyasını Ermənistan üzərində qurub, lakin bu xətt gözlənilən nəticəni vermir:

“Paris regionda təsirini artırmaq üçün illərlə İrəvana arxalanıb, lakin bu siyasətin real nəticələri məhdud olub. Ermənistanın həm hərbi, həm də diplomatik potensialı Fransanın gözlədiyi regional effektləri yaratmır. Buna görə də Paris indi müəyyən balans axtarışındadır”.

Anar İsayev qeyd edib ki, Fransa yeni strategiya formalaşdırmağa çalışsa da, bu, tam dönüş kimi qiymətləndirilməməlidir:

“Fransanın bəyanatını səmimi strateji dəyişiklik kimi yox, münasibətləri “tam düşmənçilik” mərhələsindən “soyuq neytrallıq” səviyyəsinə gətirmək cəhdi kimi dəyərləndirmək daha doğrudur. Paris hələlik münasibətləri bərpa etmək deyil, gərginliyi idarə olunacaq səviyyəyə endirmək istəyir”.

Qeyd edək ki, noyabrın 14-də təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində "İsgəndər" tipli raketlərdən biri Azərbaycan səfirliyinin ərazisinə düşüb. Hadisə ilə bağlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı səfirə kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 IYUL 2026
Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 Bütün Xəbərlər