Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY

Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY
03.06.2026 12:18

2026-cı ilin fevral–may aylarında keçirilmiş sorğular (IRI)  Ermənistan cəmiyyətində xarici siyasət prioritetlərinin və təhlükəsizlik qavrayışının dəyişməkdə olduğunu göstərir. 

May  sorğusuna görə respondentlərin 73%-i Azərbaycanı, 58%-i Türkiyəni, 32%-i isə Rusiyanı ölkə üçün əsas siyasi təhlükə hesab edir. Diqqət yetirsək, fevral ayı ilə müqayisədə Azərbaycanla bağlı göstərici 80%-dən 73%-ə, Türkiyə ilə bağlı göstərici isə 69%-dan 58%-ə düşüb. Bunun əksinə olaraq, Rusiyanı təhlükə kimi görənlərin payı 29%-dən 32%-ə yüksəlib.  

Ən vacib siyasi tərəfdaşlarla bağlı suala cavab olaraq respondentlərin 73%-i Avropa İttifaqını (o cümlədən Fransanı), 35%-i Rusiyanı, 29%-i İranı, 27%-i isə ABŞ-ni qeyd edib. Bu nəticələr Ermənistan cəmiyyətində Avropa istiqamətinə marağın və dəstəyin əhəmiyyətli dərəcədə artdığını göstərir. Eyni tendensiya Avropa İttifaqına üzvlüklə bağlı suala verilən cavablarda da özünü göstərir. Sorğu iştirakçılarının 75%-i Aİ üzvlüyünü dəstəklədiyini bildirib; onların 38%-i bunu tam dəstəklədiyini, 37%-i isə qismən dəstəklədiyini qeyd edib.


Ermənistan cəmiyyətində Azərbaycan və Türkiyə hələ də əsas təhlükə mənbələri kimi qəbul olunsa da, bu istiqamətdə müəyyən yumşalma müşahidə edilir. Eyni zamanda, Rusiya həm mühüm tərəfdaş, həm də artan dərəcədə risk mənbəyi kimi qiymətləndirilir. Bu, son illərdə regionda baş verən hadisələrdən sonra Ermənistan cəmiyyətində Rusiyanın roluna dair baxışların dəyişdiyini göstərir. Avropa İttifaqı isə həm ən etibarlı tərəfdaş, həm də ölkənin gələcək inkişaf istiqaməti kimi ön plana çıxır.

Bununla yanaşı, İran və Gürcüstan ümumilikdə müsbət və ya neytral qiymətləndirilsə də, onların Ermənistanın strateji seçimlərində rolu daha məhdud görünür. Sorğular həmçinin göstərir ki, ölkə daxilində siyasi institutlara və siyasətçilərə etibar səviyyəsi aşağı olaraq qalır və vətəndaşların əhəmiyyətli hissəsi müxtəlif siyasi qüvvələrə qarşı skeptik münasibət nümayiş etdirir. 

Ümumilikdə çoxşaxəli xarici siyasət yanaşmasının formalaşdığını görürük. Qərbə yaxınlaşma meyli  güclənsə də, iqtisadi və təhlükəsizlik amilləri səbəbindən Rusiya ilə əlaqələrin tam şəkildə zəifləməsini hələ müşahidə etmirik.  Eyni zamanda, cəmiyyətdə sülhə maraq artsa da, regional təhlükəsizlik məsələləri ilə bağlı ehtiyatlı yanaşma davam edir.   

Jalə Rövşən

XƏBƏR LENTİ
31 IYUL 2026
İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Bütün Xəbərlər