"Diplomatik korpus hərəkətə keçməsə..." — Əsir düşən azərbaycanlılar ARTIR

"Diplomatik korpus hərəkətə keçməsə..." —  Əsir düşən azərbaycanlılar ARTIR
15.12.2025 15:58

Məlumatlara görə, son günlərdə Ukrayna ordusunun əsir götürdüyü azərbaycanlılar barədə məlumatların sayı artıb. Hətta bildirilir ki, Rusiyada miqrant həyatı yaşayan azərbaycanlılar işğalçı müharibədə iştirak edirlər.


Maraqlıdır, Azərbaycanın müvafiq dövlət strukturları bu halların qarşısını almaq barədə hansı addımları atmalıdır?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Bakir Həsənbəyli bildirib ki, on illər ərzində formalaşdırılan “məğlubedilməz rus ordusu” imici Ukrayna–Rusiya müharibəsinin elə ilk aylarında tam şəkildə fiaskoya uğrayıb:


“Bu müharibə Rusiya hakimiyyətinin və dövlətinin real mahiyyətini açıq şəkildə ortaya çıxardı. Ümumiyyətlə, 2020-ci ildə COVID-19 adlı süni pandemiya ajiotajı ilə dünya dövlətlərinin əvvəlcə iqtisadi, 2022-ci ildən etibarən isə hərbi imkanları test olunur. Bu resurslar yeni dünya düzənində həmin dövlətlərin tutacağı yeri müəyyən edən əsas amillərdir”.

Ekspert qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi Moskvanın bütün iddialarına baxmayaraq, hərbi potensialının real imkanlarla uzlaşmadığını nümayiş etdirdi:

“Müharibədən əvvəl müxtəlif ölkələrə silah satışı ilə bağlı 60 milyard dollarlıq portfelə malik olduğunu iddia edən Rusiya, nəticə etibarı ilə, 50 ilə yaxın sanksiyalar altında yaşayan İrandan, hətta Şimali Koreyadan silah almaq məcburiyyətində qaldı. Bu fakt Rusiyanın uzunmüddətli və genişmiqyaslı müharibəyə hazır olmadığını açıq şəkildə göstərir”.

B.Həsənbəyli vurğulayıb ki, oxşar problemlər insan resursları sahəsində də müşahidə olunur:

“Rusiyanın özünün etiraf etdiyi rəqəmlərə görə, hazırda ön cəbhədə 18 min nəfər muzdlu döyüşçü vuruşur. Bu yalnız Rusiya Müdafiə Nazirliyi ilə rəsmi müqaviləsi olan xarici döyüşçülərdir. Bundan əlavə, Rusiya polisi tərəfindən küçələrdən məcburi şəkildə, müxtəlif təzyiqlərlə döyüşə göndərilən şəxslər də var. Bu amil real rəqəmlərin daha da böyük olduğunu göstərir”.


Politoloqun sözlərinə görə, həmin şəxslər arasında miqrant kimi Rusiyada yaşayan azərbaycanlılar da mövcuddur:

“Azərbaycan ictimaiyyəti ölən, yaralanan və ya əsir düşən həmyerlilərimizlə bağlı kifayət qədər məhdud məlumata malikdir. Rusiya tərəfi də bu məlumatların açıqlanmasında maraqlı deyil. Bir tərəfdən bu, dövlətin imici ilə, digər tərəfdən isə yaralı və ölən döyüşçülərə kompensasiyaların ödənilməsi ilə bağlıdır”.

Ekspert əlavə edib ki, hazırda Rusiyada bu problemlə sistemli şəkildə məşğul olan diaspor təşkilatları faktiki olaraq fəaliyyət göstərmir:

“Bu təşkilatların bir çox rəhbərləri müxtəlif uydurma ittihamlarla ya həbs olunub, ya da vətəndaşlıqdan çıxarılaraq deportasiya edilib. Rusiyanın özü tərəfindən formalaşdırılan və xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən “diaspor rəhbərlərindən” isə obyektiv və vicdanlı mövqe gözləmək absurddur”.

Bakir Həsənbəylinin fikrincə, mövcud vəziyyətdə təşəbbüs Azərbaycanın Rusiyadakı diplomatik korpusundan gəlməlidir:


“Bu missiyanı Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəlikləri öz üzərinə götürməlidir. Eyni zamanda, Azərbaycan XİN-lə Rusiya XİN arasında bu istiqamətdə davamlı və sistemli məlumat mübadiləsi aparılmalıdır. Əks halda, iş dalınca Rusiyaya üz tutmuş hələ çox sayda soydaşımızla bağlı ölüm, yaralanma və ya əsir düşmə xəbərləri ilə üzləşəcəyik. Ən optimal variant isə onların ölkəyə qaytarılması və Qarabağın quruculuq prosesinə cəlb olunmasıdır”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Bütün Xəbərlər