Dilican görüşünün gizli kodları - Paşinyan təxribatın qarşısını aldı?

Dilican görüşünün gizli kodları  -  Paşinyan təxribatın qarşısını aldı?
18.06.2026 17:57

Ermənistanın Baş naziri Nikol Paşinyan gərginləşən vəziyyətin qarşısını Bakı ilə birgə aldıqlarını bildirib. O, Ermənistan Təhlükəsizlik Şurasının katibinə Hikmət Hacıyevlə təmas yaratmağı tapşırıb və üstüörtülü şəkildə təxribat və ya sui-qəsd planlarından danışaraq xəbərdarlıq edib.

Paşinyan Təhlükə dedikdə hansı qüvvələri nəzərdə tutur?

Paşinyanın əsas hədəfi daxili müxalifətdir. Robert Köçəryan və Serj Sarkisyan tərəfdarları, “Ermənistan Naminə” bloku, radikal millətçi qruplar və Rusiya yönümlü dairələr. O, bu qüvvələrin müharibə ritorikası ilə sülh prosesini pozmağa və seçki nəticələrindən istifadə edərək gərginliyi artırmağa çalışdıqlarını işarə edir.

Xarici planda isə Rusiyanın təsiri və regional oyunlar xüsusilə İran faktoru və Zəngəzur dəhlizi ətrafındakı gərginlik də nəzərdə tutulur, lakin əsas diqqət daxili radikal qüvvələrə yönəlib.

Bəs həqiqətən də təxribat planı varmı?

Bu, daxili siyasi manevrdir. Paşinyan eyni açıqlama ilə iki fərqli auditoriyaya mesaj göndərir:

Daxili auditoriyaya müxalifəti “müharibə istəyən təxribatçı” kimi təqdim edir.

Bakıya isə “Mən sülh tərəfdarıyam və gərginliyin qarşısını almaq üçün sizinlə əməkdaşlıq edirəm” mesajı verir.

Doğrudur müəyyən gərginlik mövcuddur və bu gərginlik nəzarət altındadır. Paşinyan bu vəziyyətdən özünü “sülhü qoruyan lider” kimi göstərmək üçün yararlanır. Nəticədə, onun bu açıqlaması həm daxili siyasətdə mövqelərini möhkəmləndirmək, həm də Azərbaycanla münasibətlərdə konstruktiv imic yaratmaq məqsədi daşıyır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
03 AVQUST 2026
Ərdoğan 2028-ci ildə yenidən namizəd olacaq? - RƏSMİ 18:28 Yardımlı Azərbaycan gimnastika çempionatına ev sahibliyi edəcək 18:23 "Hər dəfə yeni rəhbərə uyğunlaşırıq" - Fransada siyasi böhran işçiləri sarsıtdı 18:13 Rusiya hərbi təyyarələri Baltik səmasında - Litva detalları açıqladı 18:02 Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi 17:57 Kamran Əsədov ev dustaqlığına buraxılmadı 17:46 Bakı Qızlar Universitetinin işçilərinin gələcək taleyinə aydınlıq gətirildi 17:30 Bakı Qızlar Universitetinin tələbələri özəl ali məktəblərə köçürüləcək 17:29 Yenidən formalaşdırılan Ermənistan hökümətinin tərkibi - TƏCİLİ 17:19 Aİ təcili toplanır - İspaniya qanunsuz miqrantlardan təmizlənə bilmir 17:11 Xırdalanda ər və arvad arasında insident olub - KİŞİ ÖLÜB 17:02 Magistraturaya qəbul olunanlar üçün qeydiyyat elektronlaşdırılır 16:44 Zelenski, Paşinyan və Tokayevin qadın liderə verdiyi hədiyyə maraq doğurdu 16:42 Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum oldu 16:28 Taliban Moldova ilə öz təcrübəsini bölüşəcək 16:27 Bakıda BƏƏ-nin Hərbi Attaşeliyi açıldı 16:10 İran husilərdən imtina edir? - Tehrandan şok açıqlama 16:08 Ötən ay 8012,7 hektar ərazi minalardan təmizlənib 15:48 XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub 15:53 Ankaranın dənizdəki kozırı - Səssiz, amma ölümcül güc 15:48 SOCAR AÇG layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını aldı 15:41 "Sabah"ın UEFA Avropa Liqasında potensial rəqibləri müəyyənləşdi 15:22 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçildi 15:15 Zelenski Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etmək niyyətindədir 15:05 “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq 14:37 Bütün Xəbərlər