“Başkənddən imtina” təklifi: Ermənistan siyasi səhnəsində "çatlar genişlənir"

“Başkənddən imtina” təklifi: Ermənistan siyasi səhnəsində "çatlar  genişlənir"
14.11.2025 17:03

Ermənistan parlamentində deputat Ovik Ağazaryan mübahisəli təklif irəli sürüb: əgər Kərki Ermənistanda, Başkənd isə Azərbaycanda saxlanılmırsa, Ermənistan etiraz olaraq Başkənddən könüllü imtina etməlidir. O, bunun İrəvana “20–30 illik zaman qazanacağı”nı iddia edib. Paşinyan çıxışa narazılıq edib. Hakim partiyadan Arman Eqoyan isə bunun deputatın əvvəlki mövqeyi ilə tam ziddiyyət təşkil etdiyini bildirib.

Bəs Ermənistan daxilində Başkənddən könüllü imtina kimi təkliflərin səslənməsi İrəvanın real delimitasiya strategiyasına təsir göstərə bilərmi, yoxsa bu, sadəcə daxili siyasi gərginliyin növbəti simptomudur?  


Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Ramiz Alıyev bildirib ki, Ağazaryanın təklifi İrəvanda delimitasiya ilə bağlı daxili siyasi gərginliyin artdığını göstərir:

"Ermənistan parlamentində deputat Ovik Ağazaryanın səsləndirdiyi “Başkənddən könüllü imtina” təklifi ilk baxışda qeyri-ciddi təsir bağışlasa da, onun gündəmə gətirilməsi son aylarda İrəvanda formalaşan siyasi psixologiyanı və hakimiyyət–müxalifət münasibətlərində artan ziddiyyətləri əks etdirən mühüm siqnaldır. Ermənistan cəmiyyəti və siyasi elitası sərhədlərin delimitasiyası prosesinə getdikcə daha çox daxili siyasi mübarizənin prizmasından yanaşır. Ağazaryanın fikirləri də məhz bu gərginliyin növbəti məntiqi təzahürü kimi görünür".

Onun fikrincə, bu, Ermənistanın delimitasiya üzrə vahid və rasional xətt formalaşdıra bilmədiyinin göstəricisidir:

"Təklifin irəli sürülməsi Ermənistan daxilində real və rasional delimitasiya strategiyasının formalaşmadığını göstərir. Paşinyan hökuməti aylardır Azərbaycanla sərhədin müəyyənləşdirilməsi üzrə razılıqlar tapmağa çalışır və xüsusən uzunmüddətli təhlükəsizlik risklərini anlayan siyasi çevrələrin təzyiqi ilə praqmatik mövqe göstərməyə cəhd edir. Lakin bu yanaşma nə parlamentdə, nə də cəmiyyətdə geniş konsensus yaradıb. Çünki İrəvanda sərhədlərin hüquqi təsbitini ərazi güzəştləri və birtərəfli imtinalarla eyniləşdirən radikal düşüncə tərzi hələ də güclüdür. Ağazaryanın təklifi də həmin düşüncə tərzinin bir ifadəsidir".

Ekspert eyni zamanda bildirib ki, bu tənqidlər Ermənistanın siyasi elitasında dərin parçalanmanın və qeyri-sabit strategiya axtarışının təzahürüdür:

"Bundan başqa, təklifin Paşinyan və hakim fraksiyanın nümayəndələri tərəfindən sərt şəkildə tənqid olunması Ermənistan daxilində strateji xəttin institusional müdafiəyə ciddi ehtiyacı olduğunu göstərir. Arman Eqoyanın deputatın əvvəlki mövqelərini xatırladaraq onu ziddiyyətli davranışda günahlandırması təsadüfi deyil. Bu, hakim partiyanın daxili intizam çağırışından daha çox, erməni siyasi elitasında dərin parçalanmanın mövcudluğunu nümayiş etdirir. Parlamentdə dialoq və sistemli təkliflər əvəzinə emosional, populist və situativ çıxışların üstünlük təşkil etməsi də bunu təsdiqləyir".

R.Alıyev hesab edir ki, bu fikir ən çox Ermənistanın strateji düşüncə çatışmazlığını göstərir və belə təkliflər onun mövqeyini zəiflədir:

"Ən mühüm məqam isə  Ağazaryanın “20–30 il zaman qazanmaq” fikri Ermənistan siyasi düşüncəsində strateji planlaşdırma mədəniyyətinin formalaşmadığını açıq şəkildə göstərir. Halbuki real zaman qazanmaq yalnız hüquqi sərhədlərin müəyyənləşdirilməsi, regional kommunikasiyaların açılması və təhlükəsizlik şəraitinin yaxşılaşdırılması ilə mümkündür. Başkənddən könüllü imtina kimi siyasi cəhətdən qeyri-real və diplomatik baxımdan mənasız təkliflər isə yalnız daxili auditoriyaya hesablanan ritorikadır. Bu tip narrativlər həm cəmiyyətdə çaşqınlıq yaradır, həm də Ermənistanın danışıqlardakı mövqeyini psixoloji və reputasiya baxımından zəiflədir".

Politoloq vurğulayıb ki, təklifin təsiri yoxdur:

"Bununla belə, bu cür radikal təkliflərin real delimitasiya prosesinə birbaşa təsir göstərəcəyi ehtimalı çox aşağıdır. Ermənistan hakimiyyətinin mövqeyi hələlik aydındır: sərhədlərin beynəlxalq hüquqa uyğun şəkildə müəyyənləşdirilməsi, eskalasiyadan yayınmaq və uzunmüddətli təhlükəsizlik təminatları əldə etmək. Ağazaryanın açıqlaması isə daha çox ölkə daxilində artan siyasi narazılığın, hakim komandaya etimadsızlığın və yaxın aylarda kəskinləşəcəyi gözlənilən siyasi mübarizənin simptomudur".

Şərhçi sonda əlavə edib ki, nəticə etibarilə, Başkənddən imtina kimi avantürist təkliflər Ermənistanın real siyasətinə təsir etməkdən çox, bu ölkədəki ideoloji, psixoloji və siyasi parçalanmanı üzə çıxarır. İrəvanda ziddiyyətli ritorika davam etdiyi halda, delimitasiya prosesi dayandırılmasa belə, Ermənistanın danışıqlardakı mövqeyi daha da zəifləyə, daxili siyasi qeyri-müəyyənlik isə dərinləşə bilər. Bu isə regionda dayanıqlı sülhün qurulması üçün lazım olan siyasi iradənin daha da zəifləməsi deməkdir.  

Jalə Rövşən

 TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 Bütün Xəbərlər