Bakıda gizli Almaniya-Rusiya görüşü ilə bağlı ilginc suallar ortaya çıxdı

Bakıda gizli Almaniya-Rusiya görüşü ilə bağlı ilginc suallar ortaya çıxdı
22.07.2026 13:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Kansleri Fridrix Merts ilə keçirdiyi birgə mətbuat konfransında verdiyi bəyanat beynəlxalq diplomatiyada diqqət çəkən vacib məqamları üzə çıxardı. 

“The Times” qəzetinin Almaniya və Rusiya nümayəndələrinin Bakıda keçirdiyi iddia olunan gizli görüşü barədə xəbərinə münasibət bildirən dövlət başçısı, ölkənin sərhəd keçid statistikasına əsaslanaraq məsələyə rəsmi aydınlıq gətirdi.

Prezident Əliyevin bu açıqlaması Azərbaycanın suveren ərazisindən xəbərsiz istifadə olunması faktını qeydə almaqla yanaşı, Bakının Rusiya-Ukrayna müharibəsinin dayandırılması və regional sülhün bərqərar olması istiqamətindəki prinsipial mövqeyini bir daha nümayiş etdirir.

TodayPress TV xəbər verir ki, məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu bildirib ki, Bakıda Almaniya və Rusiya təmsilçilərinin gizli görüşü ilə bağlı bir neçə sual aktualdır.


"Birinci sual: Almaniya və Rusiya tərəfi Bakıdakı görüş barədə Azərbaycan Prezidentini niyə əvvəlcədən məlumatlandırmayıblar?

Nədən ehtiyat ediblər? Tərəflər bilməli idilər ki, görüş barədə məlumat gizli qalmayacaq və nə vaxtsa mətbuata sızacaq. Bu halda Azərbaycan tərəfinin məlumatsız olması ev sahibinə hörmətsizlik kimi qəbul ediləcək. Görüş barədə əvvəlcədən rəsmi Bakı məlumatlandırılsaydı, bunun müzakirələrə mənfi təsiri olmayacaqdı.

Əksinə, Azərbaycan Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında maraqlıdır və bunu Prezident İlham Əliyev bir neçə dəfə vurğulayıb. Bakıda Türkiyə və İsrail təmsilçiləri də vaxtilə qapalı görüş keçiriblər və bundan Azərbaycan tərəfinin məlumatı olub".

O qeyd edib ki, ikinci sual isə Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəsə razı deyilsə, tərəflərin Bakıda hansı mövzunu və ya mövzuları müzakirə etmələridir.

Analitik, həmçinin "Almaniya tərəfindən görüşdə niyə hazırkı kanslerin təmsilçiləri deyil, keçmiş kanslerin təmsilçiləri iştirak ediblər?" sualını qoyub:

"Məlumdur ki, Vladimir Putinin ən yaxın xarici dostlarından biri Almaniyanın keçmiş kansleri Gerhard Şröderdir. O, vəzifəsindən ayrıldıqdan sonra Putin dostunu Rusiyanın nəhəng "Qazprom" şirkətinin Direktorlar Şurasına təyin edib.

Şröder bu vəzifədə kansler vəzifəsindən daha çox maaş alır. Putin son açıqlamalarının birində Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlarda Avropanı məhz Şröderin təmsil etməsini istədiyini bildirib.

Brüssel və Berlin bu təklifi rədd ediblər. Onlar Putinin dostunu, o cümlədən "Qazprom"dan maaş alan bir şəxsi Avropanın təmsilçisi təyin edə bilməzdilər. Bunun əvəzinə Putinin təmsilçiləri ilə görüşə Şröderdən sonrakı kansler Angela Merkelin təmsilçilərini göndəriblər. Böyük ehtimalla, bunu da Putin istəyib. Çünki Merkel Putinlə dialoqun tərəfdarı kimi çıxış edir".

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Bakıda gizli Almaniya-Rusiya görüşü ilə bağlı ilginc suallar ortaya çıxdı — 1
XƏBƏR LENTİ
22 IYUL 2026
Hitlerin evi polis bölməsinə çevrildi - FOTO 14:09 Bakıda gizli Almaniya-Rusiya görüşü ilə bağlı ilginc suallar ortaya çıxdı 13:40 VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdi 13:35 Lavrov və Rubionun gözlənilən görüşünün tarixi bəlli oldu 13:24 İsrail gün sayır: İlk dəvətdə İrana soxulacaq 13:12 Arzum hansı şərtlərlə azadlığa buraxıldı? 13:01 Sabah neçə dərəcə isti olacaq? 12:58 Azərbaycanda ən çox və ən az qazananlar kimlərdir? - SİYAHI 12:54 Göyçə balığının üstündə Rusiya Ermənistanın "su"yunu çıxartdı 12:50 "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxıldı 12:42 Qlobal güclər Azərbaycanda nə axtarır? Analitik şifrələri açdı 12:35 Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi 12:24 Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir 12:18 İran çox mühüm xəbər açıqladı: ABŞ qırıcılarını vurduq 12:12 Ankarada təlim helikopteri qəzaya uğradı - Yaralılar var 11:49 Azərbaycan neftinin qiyməti yeni rekorda yaxınlaşır? - AÇIQLANDI 11:42 Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi 11:26 Kutaisi turniri üzgüçülərimiz üçün uğurlu oldu 11:18 Arzumun cəzasının ağırlaşdırılması istənildi 11:13 Azərbaycanda görünməmiş kibertəhlükəsizlik tədbirlərinin artmasının SƏBƏBİ NƏDİR ? - TƏHLİL 11:06 Təbrizdə güclü partlayışlar: Hərbi obyektlər vurulub? 11:06 Bir saatda 387.000 üzv CHP-dən istefa verdi 10:56 Rusiya öldü - Almaniyadan dedilər 10:44 Belçika millisində yeni dövr – Post Van Bommelə tapşırılır 10:40 İşə istədiyimiz vaxt gəlib-gedə biləcəyik - Maaşlara təsiri necə olacaq? 10:27 Bütün Xəbərlər