Azərbaycanın neytral manevri: Bakı BMT-də niyə səs vermədi?

Azərbaycanın neytral manevri: Bakı BMT-də niyə səs vermədi?
26.02.2026 19:50

İsrail BMT-də Rusiya ilə Ukrayna arasında atəşkəsin dərhal elan olunmasını tələb edən qətnamənin lehinə səs verib. İran isə sənədin əleyhinə çıxıb.

Müşahidəçilərin fikrincə, İranın mövqeyi Moskva ilə siyasi və hərbi əməkdaşlıq kontekstində qiymətləndirilir. Ehtimallara görə, bu addım Rusiyanın siyasi dəstəyi və silah tədarükü ilə əlaqəli ola bilər. Azərbaycan isə səsvermədə iştirak etməyib.

Politoloq Natiq Miri bu barədə TodayPress TV-yə danışıb.


O, bildirib ki, bütün dünyadakı yəhudilərin mövqeyi Ukraynadan yanadır. Üstəlik, Ukraynanın Prezidenti Volodimir Zelenski də yəhudi əsillidir. Bundan əlavə, işğala məruz qalan tərəflərdən biri də İsraildir. Digər tərəfdən, İsrail İranın müdafiə etdiyi bir dövləti müdafiə edə bilməz. Məhz buna görə də İsrail BMT Baş Assambleyasındakı qətnamənin lehinə səs verib.


"İranın mövqeyi isə bəllidir. İran, Rusiya və Çin kimi avtoritar və totalitar rejimlərlə birlikdə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu müharibədə İran ilk gündən Rusiyanın yanında olub, onu müdafiə edir və Rusiyaya “Şahid” dronlarını məhz İran verib. Hazırda həmin “Şahid” dronları müxtəlif modifikasiyalarla Rusiyada istehsal olunur. Bu isə Ukrayna dövləti, onun vətəndaşları və hərbçiləri üçün ciddi problemə çevrilib. Bundan əlavə, Rusiyaya digər ballistik raketlərin verilməsi ilə bağlı da məlumatlar mövcuddur. Nəhayət, Rusiya ilə İran arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb ki, bu faktın özü də belə məsələlərdə həlledici əhəmiyyət daşıyır", - ekspert vurğulayıb.


Analitik eyni məqamın Rusiyaya da aid olduğunu diqqətə çatdırıb. Onun fikrincə, Rusiya, hazırkı vəziyyətdə, Suriya və Venesueladakı məğlubiyyətlərdən sonra yaxın müttəfiqi hesab etdiyi İranda da yeni bir məğlubiyyətlə üzləşmək istəmir. Bu baxımdan İranı hər vəchlə müdafiə edir. Ona görə də İranın İsraildən fərqli mövqeyi başadüşüləndir.

Politoloq vurğulayıb ki, Azərbaycan düzgün addım atıb:

"Çünki səsvermədə iştirak etmək lehinə, əleyhinə və ya bitərəf qalmaq kimi konkret mövqe bildirmək demək idi. Otuz ildən artıq müddətdə işğala məruz qalmış bir dövlət kimi Azərbaycan belə bir səsvermədə işğala məruz qalan Ukraynanın xeyrinə olan sənədi dəstəkləməyə bilməzdi. Digər tərəfdən, sənədin lehinə səs vermək Rusiyanı Azərbaycana qarşı daha da sərtləşdirə və əlavə problemlər yarada bilərdi.


Çünki məlumdur ki, Azərbaycan-Rusiya münasibətləri onsuz da gərgin müstəvidə davam edir. Eyni zamanda, bitərəf qalmaq da müəyyən mənada mövqe bildirmək deməkdir. Azərbaycan belə həssas məsələdə tam bitərəf qala bilməzdi. Buna görə də ən uyğun qərar hər iki tərəfə bərabər məsafə saxlayaraq səsvermədə iştirak etməmək olub. Mövcud şəraitdə bu addımın doğru olduğu qənaətindəyəm. Çünki Azərbaycan dövlətinin təhlükəsizlik maraqları var və hesab edirəm ki, bu maraqlar hər şeydən üstündür".

Jalə Rövşən


XƏBƏR LENTİ
16 IYUN 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 Bütün Xəbərlər