Azərbaycan-Türkiyə-Pakistan: Qardaşlığın mesajı!

Azərbaycan-Türkiyə-Pakistan: Qardaşlığın mesajı!
29.05.2025 17:45

“Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illər keyfiyyətcə yeni səviyyəyə yüksələrək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”. 

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən deyib.

O, diqqətə çatdırıb ki, bu münasibətlər həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib:

“Üç dövlət arasında dərin tarixi, dini və mənəvi köklərə söykənən əlaqələr son zamanlar intensiv siyasi dialoq, iqtisadi təşəbbüslər və təhlükəsizlik sahəsində əməkdaşlıq vasitəsilə daha da möhkəmlənib. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif arasında yüksək səviyyəli görüşlərin təşkili əməkdaşlığın strateji xarakter daşıdığını təsdiqləyir. Bu əməkdaşlıq təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, həm də humanitar, mədəni və hərbi sahələri əhatə edir. Bu gün Azərbaycan, Türkiyə və Pakistan beynəlxalq münasibətlər tarixində yaxın dost, qardaş ölkələr kimi xüsusi yer tutur. Bu baxımdan üç ölkə liderinin son Laçın səfərini ilk olaraq dünyaya Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı mesajının verilməsi kimi qəbul etmək olar. Digər tərəfdən isə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin işğaldan azad olunmuş ərazilərimizə birgə səfəri, xüsusilə də bu tarixi səfərin Azərbaycanın Müstəqillik Gününə təsadüf etməsi və üç ölkə liderinin görüş üçün işğaldan azad olunmuş Qarabağı, Laçını seçməsi də özündə olduqca mühüm mesajları ehtiva edir”. 

Siyasətçi xatırladıb ki, Türkiyə və Pakistan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdir:

“Müstəqillik Günündə hər iki ölkənin liderinin Azərbaycanda olması ölkəmizin müstəqilliyinə və suverenliyinə daim dəstək verəcəklərinə dair mesaj kimi qəbul oluna bilər. Digər tərəfdən həm Türkiyə, həm də Pakistan işğal dövründə də Azərbaycana verdikləri dəstək və eləcə də 44 günlük Vətən savaşında bütün platformalarda Azərbaycanın haqq savaşını müdafiə etmələri ilə ölkəmizə qarşı olan hücumlarda yanımızda olduqlarını sübut ediblər. Bu baxımdan indi Türkiyə və Pakistan liderlərinin işğaldan azad olunmuş Laçına birgə səfərləri özündə bütün dünyaya “Qarabağ Azərbaycandır!” mesajının verilməsini ehtiva edir. Üç ölkə liderləri arasında keçirilən son sammit ölkəmiz üçün Türkiyə və Pakistanla əlaqələrin prioritet olduğunu bir daha nümayiş etdirmiş oldu. Bu əməkdaşlıq və dostluq ölkələrin yeni geosiyasi reallıqlar fonunda güc mərkəzinə çevrilmək potensialını ortaya qoymaqla yanaşı, həm də regionda sabitliyə, beynəlxalq səviyyədə qarşılıqlı faydalı və balanslaşdırılmış münasibətlərin formalaşmasına töhfə verir”.

Qeyd edək ki, mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə Zirvə görüşü keçirilib.

Qiymət Mahir

FOTOLAR

Azərbaycan-Türkiyə-Pakistan: Qardaşlığın mesajı! — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Bütün Xəbərlər