5 saatlıq Putin-Uitkoff Görüşü: NƏTİCƏLƏR

5 saatlıq Putin-Uitkoff Görüşü: NƏTİCƏLƏR
03.12.2025 16:45

Dekabrın 2-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş baş tutub. Qapalı formatda təxminən 5 saat davam edən görüşdən sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ–Rusiya danışıqlarının bəzi məsələlərində yaxınlaşma olsa da, hələ əsas kompromislərin tapılmadığını bildirib. Onun sözlərinə görə, görüşdə ərazi məsələləri də müzakirə edilib, lakin liderlərin görüşü hələ planlaşdırılmır. Uşakov prosesin “faydalı” olduğunu və tərəflərin əməkdaşlıq perspektivlərini gördüyünü vurğulayıb.


Maraqlıdır, Yuri Uşakovun açıqlamaları fonunda prosesin gedişatı necə inkişaf edəcək?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, yaxın zamanda böyük irəliləyiş gözlənilmir:


"Əsas məsələ odur ki, bu görüş baş tutdu. Dərhal böyük nəticələr gözləmək isə sadəlövhlük olardı, çünki tərəflərin yanaşmalarında ciddi fərqlər və boşluqlar mövcuddur. Hazırda Rusiya həm hərbi, həm də psixoloji üstünlüyə malik olduğundan onu razı salmaq asan olmayacaq. Ukrayna üçün ən ağrılı məsələ ərazi məsələsidir. Çünki Rusiya Krım istisna olmaqla təxminən 20 min kvadrat kilometr ərazini nəzarətdə saxlayır və bu torpaqları geri qaytarmaq istəməyəcəyi aydındır. Tarix göstərir ki, “qanla alınan torpaq” asanlıqla verilməz".


Onun sözlərinə görə, Rusiya NATO genişlənməsini təhlükə saydığı üçün Qərblə gərginliyi artıb: 

"Rusiya uzun müddətdir Ukraynadan potensial təhlükə görürdü. Qərbin Ukraynanı NATO-ya üzv etmək cəhdləri Moskvanın əsas narahatlıqlarından biridir. Rusiya isə NATO-nun öz sərhədlərinə yaxınlaşmamasını və Avropa ölkələrindən təhlükəsizlik zəmanətləri almağı tələb edir. Bunun fonunda Moskva nümayəndələri dəfələrlə qeyd ediblər ki, lazım gəlsə, taktiki nüvə silahından istifadə edilə bilər. Onların fikrincə, Qərb Rusiyanı sıxışdırır və açıq şəkildə düşmən mövqeyi sərgiləyir".


O, vurğulayıb ki, Putinin Münhen Təhlükəsizlik Konfransından sonra münasibətlərin mahiyyəti dəyişdi: artıq tərəfdaşlıqdan yox, birbaşa rəqabət və qarşıdurmadan danışılır. Rusiya və Qərb bu gün bir-birini ekzistensial rəqib və hətta düşmən kimi görür. Bu səbəbdən tərəflərin bir-birinə ciddi güzəştlər etməsi real görünmür.

Politoloq qeyd edib ki, ABŞ-Rusiya dialoqu qeyri-müəyyəndir:

"Donald Tramp Avropadan məsafələşməklə yanaşı, Rusiya ilə daha etibarlı dialoqa meylli olduğunu bildirir. Lakin bu dialoqun necə inkişaf edəcəyi hələ məlum deyil. Rusiya hərbi üstünlüyünü diplomatik masada da təzyiq aləti kimi görür. Son günlər döyüşlərin gedişatı göstərir ki, Ukrayna ordusu bir çox istiqamətdə çətin vəziyyətdədir və geri çəkilir. Bu informasiya təkcə Rusiya yox, Qərb mənbələri tərəfindən də təsdiqlənir. Onlarla istiqamətdə Rusiya hücum mövqeyindədir və Ukrayna ordusu ciddi resurs çatışmazlığı yaşayır".


Analitik hesab edir ki, görüş vacib idi, amma əsas razılaşmaların təməli artıq Alyaskada Tramp və Putin arasında keçirilmiş görüşdə qoyulub. Hazırkı danışıqlar isə daha çox taktiki məsələlərin razılaşdırılmasıdır və bu prosesdə iki tərəfin nümayəndələri – Uşakov, Kirillov, Stiv Uitkoff, Cared Kuşner – fəal iştirak edir.

Tofiq Abbasov onu da vurğulayıb ki, Ukraynanın atəşkəs qərarı prosesin taleyini müəyyən edəcək:

"Prosesin necə inkişaf edəcəyi Ukraynanın qərarından asılı olacaq. Əgər Ukrayna atəşi dayandırmasa və qoşunlarını təmas xəttindən geri çəkməsə, vəziyyəti daha da ağırlaşacaq. Rusiya hərbi yolla təzyiqi artıracaq. Rusiyanın təminat, sənaye potensialı və müttəfiq dəstəyi Ukraynadan daha üstündür və Moskva hərbi-sənaye kompleksini maksimal gücdə işlədir".


Ekspert sonda əlavə edib ki, əgər Qərb, xüsusilə Avropa, Ukraynaya real və kafi yardım göstərməsə, Kiyev daha ağır şərtlərlə sülhə məcbur ediləcək. Zelenski gec olmadan manevr edərək atəşkəsə nail olmağa çalışmalıdır ki, mövcud təmas xətti dondurulsun. Rusiya isə Ukrayna qoşunlarının təmas xəttindən geri çəkilməsini tələb edir. Onun sözlərinə görə, hazırda əsas məsələ Rusiya ordusunun irəliləməsinin qarşısını almaqdır.  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Bütün Xəbərlər