Afrikada yeni İsrail qurulur - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin

Afrikada yeni İsrail qurulur  - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin
22.06.2026 19:50

İsrail özünü müstəqil elan etmiş Somalilend regionunu tanıdıqdan qısa müddət sonra bölgəyə təxminən 50 hərbi qulluqçu göndərib.

TodayPress TV xəbər verir ki, bu barədə Somalinin "Hiiraan Online" portalı ölkə rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, bu məlumatlar Somalinin kəşfiyyat hesabatlarında yer alıb. Mənbə iddia edir ki, Somalilendə göndərilmək üçün əsasən Afrika mənşəli, xüsusən də efiopiyalı hərbçilər seçilib ki, onlar diqqət cəlb etməsinlər və yerli sakinlər arasında seçilməsinlər.

Bundan əvvəl, "Reuters" agentliyi Somalilendin müdafiə naziri Məhəmməd Yusif Əliyə istinadən məlumat yaymışdı ki, İsrailin regionda hərbi bazaları yoxdur, lakin yerli polis əməkdaşlarının və hərbi qulluqçuların hazırlanmasında köməklik göstərir. Nazir həmin vaxt İsrail hərbi bazasının yaradılması ilə bağlı danışıqlar aparılması barədə xəbərləri şayiə adlandırmışdı.

Qeyd edək ki, Ədən körfəzi sahilində yerləşən Somalilend 1991-ci ildə birtərəfli qaydada Somalidən müstəqilliyini elan edib. BMT və ölkələrin mütləq əksəriyyəti bu ərazini Somalinin tərkib hissəsi kimi nəzərdən keçirməkdə davam edir.

2025-ci il dekabrın 26-da İsrailin Baş naziri Benyamin Netanyahu Somalilendin müstəqil və suveren dövlət kimi tanındığını elan edib.

Hazırda İsrail Somalilendin dövlət müstəqilliyini tanıyan yeganə BMT üzvü olan ölkədir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
"Neftçi" mövsümə parlaq qələbə ilə başladı! 21:17 Misir Prezidenti Trampın elçisi ilə Qəzzadakı vəziyyəti müzakirə etdi 21:11 Ronaldu futbola vida etməyə hazırlaşır: "Son ilim ola bilər" 20:55 Bədii gimnastika üzrə Dünya çempionatının növbəti ünvanı Bakı olacaq! 20:19 Cared Kuşner İsrailə gedəcək? - RƏSMİ 20:03 Fransada yanğınlar gücləndi, 2 min hərbçi səfərbər edildi 19:47 "Sabah" və "Qarabağ"ın oyunları təxirə salındı 19:24 Tehranla Vaşinqton arasında gizli əlaqə üzə çıxdı - DETALLAR 19:00 Almaniyada miqrantların deportasiyası gözlənilənin əksinə AZALDI 18:39 "Neftçi SOCAR" Dünya Qadın Seriyasının "Sea Breeze" mərhələsində mübarizəni başa vurdu 18:14 İran ABŞ-ni Fars körfəzindən birdəfəlik çıxarır? - Rəsmi AÇIQLADI 17:59 ABŞ-İran arasında gizli mesajlaşma davam edir, lakin... 17:09 Şirvan kanalında kişi meyiti TAPILDI 17:20 "Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı! 17:16 Ekvador sahillərində "kabus gəmi": Balıqçılar silahlı şəxslərin əlinə keçdi! 16:44 Türkiyədə DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var 16:36 Dunay bu həddə qədər qurudu: AES-i işlək saxlamaq üçün qeyri-adi addım atdılar 15:57 Ukraynanın keçmiş prezidenti Bakıya gəldi 15:50 Cəlilabad sakinlərinin DİQQƏTİNƏ! Sabah saat 10:00-dan… 15:37 Husilərə qarşı böyük hücum başladı: 24 saata 181 əməliyyat 15:28 Goranboyda yük maşını qəza törətdi: Yola 1 tona yaxın yanacaq töküldü 15:10 KTMT Ermənistanı sıxışdırır: “Qərar verin!” 14:50 Gənc əsgərlər Vətənə sədaqət andı içdi - VİDEO 14:09 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:04 Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib 13:57 Bütün Xəbərlər