Qarğıdalı və taxıl sahələrinə dəymiş zərərə görə sığorta ödənişləri edildi

Qarğıdalı və taxıl sahələrinə dəymiş zərərə görə sığorta ödənişləri edildi
13.06.2025 14:01

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı artmaqdadır. 

TodayPress TV xəbər verir ki, Aqrar Sığorta Fondu tərəfindən Balakən və Qax rayonlarında fəaliyyət göstərən fermerlərə sığorta ödənişləri həyata keçirilib. 

Bununla əlaqədar olaraq Balakən rayonunun Hənifə kəndi və Qax rayonunun Qaşqaçay kəndlərində fermerlərlə görüşlər keçirilib. 

Görüşlərdə yerli fermerlərə aqrar sığorta mexanizmi, onun işləmə prinsipi, sığorta haqlarının hesbalanması, qarğıdalı və taxıl sahələrində zərər hadisəsi baş verdikdə zərərin hesablanması prosesi və sair barədə məlumat verilib. 

Bildirilib ki, aqrar sığorta vasitəsilə əkin sahələri, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Aqrar Sığorta Fondu ümumilikdə 41 bitkini sığorta edir, buraya taxıl, qarğıdalı, günəbaxan, qoz-fındıq, demək olar ki, bütün əsas meyvələr, meyvə bağları, bostan və tərəvəz bitkiləri, qarpız-yemiş və sair bitkilər aiddir. Bitkiçilik sahəsində sahədən gözlənilən məhsulla yanaşı, ayrıca olaraq ağacları və kolları, eləcə də tingləri də çoxsaylı hadisələrdən sığorta etmək olar. 

Qeyd olunub ki, Şəki-Zaqatala regionuna daxil olan Balakən və Qax rayonları təbiət hadisələrinin tez-tez baş verdiyi, qeyri-sabit hava şəraiti olan ərazilər sayılır. Burada baş verən təbiət hadisələri, xüsusilə dolu və sel-subasma halları əkin sahələrinə böyük zərər vurur. 

Təsadüfi deyil ki, Aqrar Sığorta Fondunun bu bölgədə həyata keçirdiyi sığorta ödənişlərinin əksəriyyəti də dolu, fırtına və subasma hadisələri üzrədir. 

Tədbirdə ödəniş alan fermer Musa Şeyixov aqrar sığorta mexanizminin faydalarını xüsusi qeyd edib. Qarğıdalı sahəsini dolu vurması nəticəsində 10 min manatdan artıq ödəniş alan fermer Aqrar Sığorta Fondunun fəaliyyətini xüsusi qeyd edərək bütün fermerləri təsərrüfatlarını sığortalamağa çağırıb. 

Fermer Əkrəm Eminov əkin sahəsinin sığortalanması zamanı fermerin ödəməli olduğu sığorta haqqının məbləğinin həmin sahədən gözlənilən məhsulun dəyəri ilə müqayisədə qat-qat aşağı olduğunu qeyd edərək sığortanın sərfəli olduğunu bildirib. 

Tədbirin sonunda fermerlərə sığorta ödənişləri təqdim olunub. Balakən rayonundan fermer Əkrəm Eminova qarğıdalı sahəsində dolu nəticəsində dəyən zərər üzrə 6340 manat, fermer Musa Şeyixova qarğıdalı sahəsində fırtına səbəbindən dəmiş zərərə görə 10 352 manat, Qax rayonundan olan fermerlər Novruz Mənəfov və Ruslan Nəcəfova isə müvafiq olaraq 7 589 manat və 13 181 manat sığorta ödənişi edilib. 

Qeyd edək ki, aqrar sığortada fermerlərə 50%-lik dövlət dəstəyi mövcuddur, sığorta haqqının yarısını fermerin əvəzinə dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödənişlə təsərrüfatlarını sığorta edə bilərlər. 

Şəki-Zaqatala bölgəsində 1000 manatlıq məhsul gözlənilən buğda sahəsinin sığortalanması 19 manata, 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçi) sığortalanması isə illik 7 manata başa gəlir. 

Fermerlər öz təsərrüfatlarını AsanPay ödəniş sistemi vasitəsilə, evdən və iş yerindən ayrılmadan sığorta edə bilərlər.  

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

FOTOLAR

Qarğıdalı və taxıl sahələrinə dəymiş zərərə görə sığorta ödənişləri edildi — 1
Qarğıdalı və taxıl sahələrinə dəymiş zərərə görə sığorta ödənişləri edildi — 2
Qarğıdalı və taxıl sahələrinə dəymiş zərərə görə sığorta ödənişləri edildi — 3
Qarğıdalı və taxıl sahələrinə dəymiş zərərə görə sığorta ödənişləri edildi — 4
Qarğıdalı və taxıl sahələrinə dəymiş zərərə görə sığorta ödənişləri edildi — 5
XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 Bütün Xəbərlər