İsrail Livanı tərk etmir - Netanyahu orduya tam sərbəstlik verdi

İsrail Livanı tərk etmir - Netanyahu orduya tam sərbəstlik verdi
22.06.2026 18:10

İsrail ordusu ölkə rəhbərliyindən "təhdidlərin qarşısını almaq üçün" Livanda sərbəst hərəkət etmək icazəsi alıb.

TodayPress TV xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İran arasında Livanda hərbi əməliyyatların dayandırılmasını və İsrail qoşunlarının oradan çıxarılmasını tələb edən danışıqlar fonunda bəyan edib.

"Mənim və müdafiə nazirinin (İsrail Katz – red.) İsrail Müdafiə Ordusuna göstərişi aydındır və dəyişməz olaraq qalır: Livanın cənubundakı döyüşçülərimiz özlərinə və ya İsrailin şimal sakininə qarşı hər hansı birbaşa və ya yaranmaqda olan təhdidin qarşısını almaq üçün tam hərəkət azadlığına malikdirlər. İsrail Müdafiə Ordusunun bu baxımdan heç bir məhdudiyyəti yoxdur. Mən onları dəstəkləyirəm, bütün xalq onları dəstəkləyir", – deyə o, qısa videomüraciətində bildirib.

Netanyahu, həmçinin növbəti dəfə bəyan edib ki, İsrail hələlik öz qoşunlarını Livan ərazisindən çıxarmaq niyyətində deyil:

"Mən qətiyyətlə inanıram ki, biz Livanın cənubundakı təhlükəsizlik zonasında şimalın sakinlərini və ölkənin bütün vətəndaşlarını qorumaq üçün lazım olduğu qədər qalacağıq".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 Bütün Xəbərlər