Yaddaşı yaxşılaşdırdığı düşünülən omeqa-3 haqqında yeni faktlar üzə çıxdı

Yaddaşı yaxşılaşdırdığı düşünülən omeqa-3 haqqında yeni faktlar üzə çıxdı
22.06.2026 05:00

Omeqa-3 əlavələri yaddaşa və koqnitiv funksiyalara nəzərəçarpacaq müsbət təsir göstərmir, həmçinin Altsheymer xəstəliyinin qarşısını almağa kömək etmir.

TodayPress TV xəbər verir ki, bu barədə CNN omeqa-3 əlavələri ilə bağlı yeni klinik araşdırmaya istinadən məlumat yayıb.

"Əlavə şəklində qəbul edilən omeqa-3 gözlənilən effekti vermir. Hətta omeqa-3 qəbul edən iştirakçıların orqanizmində bu maddənin səviyyəsi yüksəlsə də, onların koqnitiv funksiyalarında hər hansı yaxşılaşma müşahidə olunmayıb", - deyə Kek Tibb Məktəbinin Beyin Sağlamlığı üzrə Fərdiləşdirilmiş Mərkəzinin direktoru Hüseyn Yassin bildirib.

Araşdırmada yaşı 55-80 arasında olan, orqanizmində omeqa-3 səviyyəsi aşağı və demensiya riski daşıyan 365 nəfər iştirak edib. Onlar iki qrupa bölünüblər: birinci qrup yüksək dozada omeqa-3, ikinci qrup isə plasebo qəbul edib. Tədqiqat iki il davam edib.

Nəticələr göstərib ki, hər iki qrupda nə koqnitiv funksiyalarda, nə də beynin yaddaşla əlaqəli hissəsi olan hipokampda hər hansı yaxşılaşma qeydə alınmayıb.

Alimin sözlərinə görə, demensiyanın qarşısının alınması üçün fiziki aktivlik, keyfiyyətli yuxu, stressin azaldılması və qida rasionuna yağlı balıqların daxil edilməsi daha böyük əhəmiyyət daşıyır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı 11:05 Сильное землетрясение в Колумбии: число погибших превысило 100 человек 08:36 "Avtomobilləri arxadan çəkən radar"la bağlı NİİM-dən AÇIQLAMA 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 Bu günə olan valyuta məzənnələri 10:28 Цена азербайджанской нефти превысила 95 долларов 10:22 Bakıda avtomobil salonunda yanğın olub - VİDEO 10:18 Yeni radar avtomobilləri arxadan da çəkəcək ? - VİDEO 10:10 Золото и серебро подорожали еще больше 10:03 “Sabah” Çempionlar Liqasında tarix yazmaq üçün meydana çıxır! 09:56 Voronejdə PUA hücumu: ölən və yaralananlar var - VİDEO 09:53 Dünya ulduzu “Fənərbağça”ya gəlir! Lukaku üçün son detallar 09:28 Текущая картина мировых фондовых рынков 09:25 Фанаты Роналду по ошибке пришли на чужую свадьбу и устроили хаос 09:41 Украина нанесла удар по комплексу, защищающему дворец Путина 09:38 В Бузовнах из моря было извлечено тело 09:19 Sariyevadan böyük uğur! Azərbaycan rekordu yeniləndi 09:09 Yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq 08:55 Azərbaycanlı velosipedçi Çində rəqiblərini geridə qoydu! 09:07 Uzaq şərqin ən böyük neft emalı zavodu partladı - VİDEO 08:45 В Киеве баллистическая ракета упала на детскую больницу-фото 08:32 Bir stəkan limonlu su nəyi dəyişir? Alimlərdən diqqətçəkən açıqlama 00:14 Yağış suyu şəhərləri istidən xilas edə bilər 22:07 Titanla aramızdakı məsafə niyə dəyişir? Alimlər izah etdi 22:26 “Kəsilməz internet” hər gün təxminən 33 dəqiqə kəsilir 22:41 Все новости