Xərçəngin yayılmasını “real vaxtda” izləməyin yolu tapıldı

Xərçəngin yayılmasını “real vaxtda” izləməyin yolu tapıldı
05.05.2026 19:45

Rusiyanın Moskva Fizika və Texnologiya İnstitutunun (MIPT) alimləri sarkoma adlı təhlükəli xərçəng növünün necə böyüdüyünü və yayıldığını daha asan izləməyə imkan verən yeni bir laboratoriya modeli hazırlayıblar.

TodayPress TV xəbər verir ki, bu model toyuq embrionundan götürülən xüsusi membran üzərində qurulub və alimlərə şişin canlı toxuma kimi necə davrandığını qısa müddətdə müşahidə etməyə şərait yaradır.

Tədqiqat zamanı xərçəng hüceyrələri xüsusi işarələrlə “parladılıb”, bu da onların real vaxtda izlənməsini mümkün edib. Alimlər beləliklə şişin böyüməsi və metastaz yayılmasını addım-addım görə biliblər.

Ən maraqlı nəticə isə odur ki, şişlərin böyüməsində əsas rol oynayan VEGFA adlı faktor bloklananda, xərçəngin inkişafı xeyli yavaşlayıb və yayılma azalıb.

Alimlərin sözlərinə görə, bu üsul gələcəkdə təkcə sarkomaların deyil, ağciyər və döş xərçəngi kimi digər xəstəliklərin dərmanlarının daha tez və effektiv yoxlanmasına kömək edə bilər.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Все новости