Ötən ay TƏBİB-in Çağrı Mərkəzinə 13 587 zəng daxil olub

Ötən ay TƏBİB-in Çağrı Mərkəzinə 13 587 zəng daxil olub
24.11.2025 11:22

2025-ci ilin oktyabr ayı ərzində TƏBİB-in "815" Çağrı Mərkəzinə ümumilikdə 13 587 zəng daxil olub.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müraciətlərdən 13 377 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 210 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 72 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 68 müraciətlə bağlı məsələ həll edilib, 70 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, TƏBİB-in "815" Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Все новости