İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi

İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi
02.08.2026 04:25

"Günəş altında qaldıqdan dərhal sonra qəfil soyuq suya girmək əzələlərdə spazmalara səbəb ola bilər".

TodayPress TV xəbər verir ki, bunu rusiyalı həkim-nevroloq Anastasiya Korolyova deyib.

Həkimin sözlərinə görə, suda üzərkən yaranan qıcolmalar əsasən əzələ yorğunluğu ilə əlaqədardır, mikroelement çatışmazlığı isə burada ikinci dərəcəli amildir. Soyuq su qan damarlarını daraldaraq qan dövranını zəiflədir ki, bu da əzələlərin daha tez yorulmasına gətirib çıxarır.

"Spazma baş verdikdə təşvişə düşmək olmaz, çünki tənəffüsün pozulması boğulma ehtimalını artırır. Kürəyiüstə çevrilmək, qıcolma baş verən əzələni dartmağa çalışmaq və əllərin köməyi ilə yavaş-yavaş sahilə doğru hərəkət etmək lazımdır.

Baldır əzələsi gərilərsə, dərhal dizi düzəltmək və ayaq ucunu özünüzə doğru çəkmək tövsiyə olunur. Sahil uzaqdadırsa, mütləq ətrafdakıları köməyə çağırmaq lazımdır.

Sudan çıxdıqdan sonra zədələnmiş əzələni masaj etmək və isitmək tövsiyə olunur. Təkrar qıcolma riskinə görə həmin gün yenidən çimmək məsləhət görülmür", - deyə mütəxəssis bildirib.

Həkim üzməyə başlamazdan əvvəl isinmə hərəkətləri etməyi, suya yavaş-yavaş girməyi, həmçinin təkbaşına, alkoqol qəbulundan sonra, acqarına və ya həddindən artıq yorğun halda suya girməməyi tövsiyə edir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 августа 2026
KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Все новости