60 həkim "Mentor Klinika" layihəsi ilə Şamaxıya təhkim olunacaq

60 həkim "Mentor Klinika" layihəsi ilə Şamaxıya təhkim olunacaq
05.12.2025 21:50

Şamaxı rayonunda Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Şamaxı Rayon Mərkəzi Xəstəxanası arasında TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində birgə əməkdaşlığa dair “Əməkdaşlıq Memorandumu” imzalanıb.

TodayPress TV xəbər verir ki, bu sənədin imzalanması ilə Respublika Klinik Xəstəxanasının 60 həkimi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında növbəlilik əsasında 1 il ərzində fəaliyyət göstərəcək.

Təhkim olunan həkimlər kadr çatışmazlığı müşahidə olunan travmatoloq, cərrah, neonatoloq, anestezioloq-reanimatoloq, şüa-diaqnostika üzrə həkim, ailə həkimi, terapevt və mama-ginekoloq ixtisaslarını əhatə edəcək.

Pilot layihə çərçivəsində ezam olunan həkimlərin sosial rifahının və yaşayış yerinin təmin olunması nəzərdə tutulur.

Mənzil təminatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən həyata keçiriləcək.

Tədbirdən öncə nümayəndə heyəti Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb. Görüş zamanı Şamaxı rayonunda səhiyyə sahəsində görülən işlər, perspektivlər və mövcud çətinliklər müzakirə olunub. Həmçinin “Mentor Klinika” layihəsinin əhəmiyyəti barədə İcra Hakimiyyəti başçısına ətraflı məlumat verilib və göstərilən dəstəyə görə təşəkkür edilib.

Daha sonra baş tutan tədbirdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov, Milli Məclisin deputatı Tamam Cəfərova, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova, TƏBİB-in Hüquq departamentinin rəhbəri Aynur Hüseynova, İnsan resursları departamentinin İşə qəbul şöbəsinin müdiri Nəzrin Bayramova, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov çıxış ediblər.

Tədbirin məqsədi regionlarda həkim çatışmazlığının aradan qaldırılmasına dəstək vermək və ölkə səhiyyəsində balanslı inkişafa nail olmaqdır.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov “Mentor Klinika” layihəsinin önəmini vurğulayaraq bildirib:

“Bu gün ölkəmizdə səhiyyə sahəsində olduqca böyük inkişaf var. Lakin qeyd etmək lazımdır ki, xüsusilə regionlarda ixtisaslı həkim çatışmazlığının qarşısının alınmasına ehtiyac var. Bu istiqamətdə “Mentor Klinika” layihəsinin önəmi böyükdür. İxtisaslı kadrların əksəriyyəti Bakı, Sumqayıt və Abşeronda cəmləşib. Layihə nəticəsində bölgələrdə tibbi xidmətlərin çeşidi genişləndiriləcək, həmçinin pasiyentlərin Bakıya göndərişləri və axını əhəmiyyətli dərəcədə azalacaq. Çox sevindirici haldır ki, bu layihənin icrasında digər dövlət qurumları da böyük dəstək verirlər”.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov qeyd edib ki, bu, sadəcə bir layihə deyil, həmçinin iki xəstəxananın qardaşlaşma mərasimidir:

“Burada həm hüquqi, həm maddi, həm də təşkilati məsələlər vardı, lakin bütün proseslər uğurla icra edilib”.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı bildirib ki, imzalanan “Əməkdaşlıq Memorandumu” müxtəlif qurumların birgə əməkdaşlığına əsaslanır:

“Şamaxıda və ümumilikdə regionlarda uzun illər boyu ixtisaslı həkim çatışmazlığı və infrastruktur problemləri mövcud olub. Lakin bu layihə sayəsində artıq qeyd edilən problemlər aradan qaldırılacaq. Bu layihə birbaşa olaraq qurumlar arasında və səhiyyə sahəsində institusional irəliləyiş yaradacaq”.

Milli Məclisin deputatı Tamam Cəfərova layihənin əsas məqsədinin insanların sağlamlığının qorunması olduğunu vurğulayıb:

“Hər kəs bilir ki, Azərbaycanın dövlət siyasətinin mərkəzində vətəndaşlarımız dayanır. Onların rifahına xidmət etmək hər birimiz üçün müqəddəs vəzifədir. Xüsusi qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan səhiyyəsi artıq keyfiyyətcə yeni mərhələyə yüksəlib”.

Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Elnara Muradova ölkə başçısının diqqəti nəticəsində səhiyyə sahəsində kadr potensialının gücləndirilməsi, tibbi müəssisələrin ən son texnoloji avadanlıqlarla təchiz edilməsi və icbari tibbi sığortanın tətbiqi ilə tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev də çıxış edib:

“Mentor Klinika” layihəsinin məhz Şamaxı rayonunda icra olunması ilə ətraf rayonlardan olan sakinlərin ixtisaslı tibbi xidmətlərə əlçatanlığı tam təmin olunacaq. Bu istiqamətdə layihəyə dəstək verən hər kəsə təşəkkür edirik”.

Daha sonra TƏBİB-in Hüquq departamentinin rəhbəri Aynur Hüseynova, İnsan resursları Departamentinin İşə qəbul şöbəsinin müdiri Nəzrin Bayramova və Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov layihənin hüquqi aspektləri və kadr potensialına verəcəyi töhfələr barədə çıxış ediblər.

 Sonda Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Şamaxı Rayon Mərkəzi Xəstəxanası arasında “Mentor Klinika” layihəsi çərçivəsində birgə əməkdaşlığa dair “Əməkdaşlıq Memorandumu” imzalanıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bütün Xəbərlər