Gənclər arasında bağırsaq xərçəngi halları artır - SƏBƏB

Gənclər arasında bağırsaq xərçəngi halları artır - SƏBƏB
13.10.2025 02:23 Sağlamlıq

Dünyada gənclər arasında bağırsaq xərçəngi hallarında sürətli artım qeydə alınır. Mütəxəssislər erkən yaşda başlayan bu xərçəng formasının yaşlılardakı bağırsaq xərçəngindən bioloji cəhətdən fərqli olduğunu bildirirlər.

TodayPress TV xəbər verir ki, bu fərqlərin əsas səbəblərindən biri kimi isə müasir qidalanma vərdişləri göstərilir.

Aparılan araşdırmalara görə, ABŞ, Hindistan və Avropanın bəzi bölgələrində bağırsaq xərçəngi artıq gənclər arasında ölümə səbəb olan əsas onkoloji xəstəliklərdən birinə çevrilib. Tədqiqatlar göstərir ki, 50 yaşdan aşağı xəstələrin maddələr mübadiləsi yaşlılarla müqayisədə fərqli işləyir. Gənc xəstələrdə karbohidrat mübadiləsi pozulmuş, sitrat səviyyəsi azalmış və zülal parçalanmasında dəyişikliklər müşahidə olunmuşdur ki, bu da orqanizmdə metabolik stressin artdığını göstərir.

Ən böyük risk faktorları arasında qırmızı və emal olunmuş ətlərin (kolbasa, sosis və s.) yüksək miqdarda qəbulu, şəkərli içkilərin tez-tez istehlakı qeyd olunur. Dünya Səhiyyə Təşkilatı emal olunmuş ətləri “1-ci qrup kanserogen”, qırmızı əti isə “2A qrup – ehtimal olunan kanserogen” kimi qiymətləndirir. Xüsusilə yüksək temperaturda bişirilmiş ətlərdə yaranan zərərli maddələr və emal olunmuş ətlərdəki nitrat-nitrit tərkibli birləşmələr bağırsaqda kanserogen təsir göstərən maddələrə çevrilə bilər.

Şəkərli qidalar və içkilər isə yalnız artıq çəkiyə deyil, eyni zamanda insulin dirənci, xroniki iltihab və bağırsaq mikroflorasının pozulmasına səbəb olaraq xərçəng riskini artırır. 2024-cü ildə yayımlanan bir araşdırmada, şəkərli içkilərin yüksək istehlakının bədən çəkisindən asılı olmayaraq bağırsaq xərçəngi riskini artırdığı sübut edilib.

Bağırsaq xərçənginin yaranmasında yalnız genetik meyllik deyil, həm də həyat tərzi mühüm rol oynayır. Oturaq həyat tərzi, qarın piylənməsi, lifsiz qidalanma, alkoqol və siqaret istifadəsi, qeyri-müntəzəm yemək rejimi xəstəliyin erkən və daha aqressiv inkişafına səbəb ola bilər. Mütəxəssislərin fikrincə, gənclərdə xərçəng daha tez irəliləyir və çox vaxt sol kolon və ya düz bağırsaqda yerləşir. Ailə anamnezində xəstəlik olmasa belə, DNT təmir mexanizmlərindəki pozuntular daha çox rast gəlinir.

Bundan əlavə, 45 yaşdan aşağı şəxslərdə bağırsaq xərçənginə qarşı rutin skrininqlərin aparılmaması diaqnozun gec qoyulmasına və xəstəliyin gecikmiş mərhələdə aşkarlanmasına səbəb olur. Bu da müalicə imkanlarını məhdudlaşdırır və sağ qalma ehtimalını azaldır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
"Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Bütün Xəbərlər