Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri

Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri
04.06.2026 08:00

Arıqlamaq üçün pəhriz saxlayanlar arasında populyar olan bəzi salatlar və xüsusilə çiy tərəvəzlərdən hazırlanan "Fırça" (Metelka) salatı sağlamlığa ciddi ziyan vura bilər.

TodayPress TV xəbər verir ki, rusiyalı qastroenteroloq, tibb elmləri namizədi Yevgeni Belousov Lenta.ru nəşrinə müsahibəsində bu növ pəhriz yeməklərinin gizli təhlükələri barədə xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, tərkibində çuğundur, yerkökü, kələm və limon şirəsi olan, qaba liflərlə zəngin "Fırça" salatı bağırsaqların fəaliyyətini stimullaşdırsa da, hər kəs üçün faydalı deyil:

"Bu yemək universal deyil. Məsələn, o, qastrit, xora və kolit kimi xəstəlikləri kəskinləşdirə bilər. Qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanlarda isə kəskin ishala yol aça bilər".

Mütəxəssis əlavə edib ki, kələm və çiy çuğundur qarında şişkinliyə meylli şəxslərdə ağırlıq hissi yaradır. Salatın tərkibindəki limon şirəsi isə həssas mədəsi olanlarda qıcıqlanmanı daha da artırır.

Y.Belousov sağlam həyat tərzi tərəfdarlarının sevdiyi digər bir pəhriz salatının da mədə-bağırsaq sistemində problem yarada biləcəyini vurğulayıb. Pekin kələmi, xiyar, yaşıl alma, şüyüd, keşniş və laym şirəsindən hazırlanan bu salatın tərkibində heç bir yağ yoxdur. Yağın olmaması isə orqanizmdə yağda həll olunan vitaminlərin mənimsənilməsinə mane olur. Bundan əlavə, həkim bu növ salatların uzunmüddətli toxluq hissi vermədiyini də diqqətə çatdırıb.

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır - VİDEO 11:49 Новый этап напряженности между США и Ираном: адмирал предложил Трампу провести масштабную воздушную операцию против Ирана 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 Ночной удар США: обстреляны следующие города Ирана 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ночной удар по Украине: в Киеве, Львове и Полтаве есть жертвы 08:59 США нанесли удары по военным объектам КСИР 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Все новости