Ağıl dişləri ilə bağlı xəbərdarlıq

Ağıl dişləri ilə bağlı xəbərdarlıq
21.04.2026 19:45

Diş cərrahları və implantoloqların bildirdiyinə görə, ağıl dişləri (üçüncü azı dişləri) bir çox hallarda diş əti iltihabı, çürük və hətta kista kimi ağırlaşmalara səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, mütəxəssislərin açıqlamasına əsasən, insanların təxminən 30-40%-də çənədə kifayət qədər yer olmadığı üçün bu dişlər düzgün şəkildə çıxmır və qeyri-normal vəziyyətdə inkişaf edir.

Bu da qonşu dişlərə təzyiq göstərərək onların yerini dəyişə və zədələnməsinə gətirib çıxara bilər.

Bəzi hallarda ağıl dişləri uzun müddət heç bir ağrı və ya əlamət vermədən belə problemlərə səbəb olur. Bu səbəbdən onların profilaktik olaraq çıxarılması məsələsi tez-tez müzakirə edilir.

Həkimlər qeyd edirlər ki, çıxarılma üçün ən uyğun yaş adətən 16-25 arası hesab olunur. Bu dövrdə diş kökləri tam formalaşmadığı üçün əməliyyat daha asan keçir və sağalma prosesi daha sürətli olur.

Qərarın isə hər pasiyent üçün fərdi şəkildə verildiyi bildirilir. Bunun üçün əvvəlcə rentgen və ya 3D müayinə vasitəsilə dişlərin vəziyyəti, mümkün iltihab və kista riski qiymətləndirilir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
“Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Задержан гражданин Азербайджана, подозреваемый в шпионаже в пользу КСИР 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Все новости