XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yaydı

XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yaydı
26.02.2026 00:14

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, bəyanatda soqyırımı Ermənistanın Azərbaycana qarşı aparılmış işğal siyasətinin ən qanlı faciəsi kimi dəyərləndirilib.

Bildirilib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 1991-ci ilin oktyabr ayından mühasirədə saxlanmış, avtomobil və enerji əlaqəsi kəsilmiş Xocalıya hücum edərək azərbaycanlı dinc sakinlərə qarşı kütləvi vəhşiliklər törədib.

"Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi ilə erməni dəstələri tərəfindən həyata keçirilmiş qırğın zamanı Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı xüsusi amansızlıqla qətlə yetirilib. 487 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 1275 nəfər əsir götürülüb və girovluqda işgəncələrə məruz qalıb. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Bir çox girovun taleyi hələ dəməlum deyil", - bəyanatda vurğulanıb.

Qeyd olunub ki, bu qırğınlar yalnız hərbi əməliyyat deyil, etnik nifrət və ayrı-seçkilik siyasətinin parçası olub. Ermənistanın Azərbaycanın Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Qaradağlı, Tuğ, Səlakətin və s. kimi digər yaşayış məntəqələrində də azərbaycanlılara qarşı məqsədyönlü qırğınlar həyata keçirməsi Xocalı soyqırımının sistemli və planlı xarakterini açıq şəkildə nümayiş etdirir.

"Xocalı soyqırımı beynəlxalq hüququn, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya və digər beynəlxalq humanitar norma və standartların kobud şəkildə pozulmasıdır. Bu faciə insanlıq əleyhinə cinayət olaraq dünya hüquq sistemində özünə layiqli qiymətini almalıdır", - XİN-in yaydığı bəyanatda bildirilib.

O da vurğulanıb ki, Xocalı soyqırımının məqsədyönlü xarakteri ilə bağlı mövcud faktlar, o cümlədən soyqırımının təşkilatçılarından biri olan Ermənistanın keçmiş müdafiə naziri və daha sonra dövlət başçısı olmuş Serj Sarkisyanın etirafları göstərir ki, bu faciə düşünülmüş siyasətin tərkib hissəsi olub.

"Bu gün, xalqımızın sağalmayan yaralarından biri olan Xocalıya digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi həyat qayıdır, dövlətimiz və xalqımız soyqırımı qurbanlarını unutmur, onların xatirəsini əbədiləşdirir. Xocalı soyqırımının 34-cü ildönümündə faciənin günahsız qurbanlarının əziz xatirəsini bir daha dərin ehtiramla yad edirik", - bəyanatda qeyd edilib.

TodayPress TV


ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Задержан гражданин Азербайджана, подозреваемый в шпионаже в пользу КСИР 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Все новости