Prezident ona yüksək vəzifə verdi - FOTO

Prezident ona yüksək vəzifə verdi - FOTO
23.06.2026 12:43

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Hüseyn Əliyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

TodayPress TV xəbər verir ki, Qaynarinfo-nun verdiyi xəbərə görə, Hüseyn Əliyev dövlət sektorunda 13 ildən artıq idarəetmə təcrübəsinə malikdir.

O, 2013-2026-cı illərdə Təhsil Nazirliyində şöbə müdiri və nazirin müşaviri, Vergilər və İqtisadiyyat nazirliklərində nazirin müşaviri, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətində rəisin müşaviri vəzifələrində çalışıb.

Bu müddətdə strateji planlaşdırma, layihələrin idarə olunması, daxili və xarici kommunikasiyaların qurulması, insan resurslarının inkişafı və digər istiqamətlərdə fəaliyyət göstərib.

Hüseyn Əliyev 2019-cu ildən "Yüksəliş" müsabiqəsinin işçi qrupunun üzvü, 2022-ci ildən "CBC Sport" televiziya kanalının Müşahidə Şurasının üzvüdür. O, 2026-cı ilin may ayından etibarən Azərbaycan Güləş Federasiyasının Etika və İntizam Komitəsinin sədri vəzifəsini də icra edir.

Əmək fəaliyyətinə özəl sektorda başlayan Hüseyn Əliyev beynəlxalq və yerli şirkətlərdə 15 ildən çox rəhbər vəzifələrdə çalışıb.

Ailəlidir, iki övladı var.


TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
23 июня 2026
PA Vətəndaş Qəbulu Mərkəzinin iyul ayı üçün cədvəli açıqlandı 18:24 Azərbaycan nümayəndə heyəti Özbəkistanda 18:08 Türkiyədə silah-sursat anbarı partladı - Ölənlər var 17:51 Anevrizma barədə əsas məlumatlar: Risklər, simptomlar və müalicə 16:34 Ariete: Avropa tankçılığının klassik nümunəsi 17:48 Zelenski ilə danışmaq üçün heç bir əsas yoxdur - Putin 17:43 İran ABŞ-nin boğazında qaldı — Daha böyük rüsvayçılıq üçün bir düyməsinə basdı 17:34 İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI 17:32 Özbəkistanın iki kəndi Qırğızıstanın oldu 17:22 İtaliyanın baş naziri kim olacaq? - Meloni erkən seçkiyə gedir 17:13 Prezident Şuşada uşaqlarla görüş barədə paylaşım edildi - VİDEO 17:13 Cennaro Qattuzo "Latsio"nun baş məşqçisi təyin edildi 16:51 Bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ 16:37 Ukrayna Krımda vacib körpünü belə partlatdı - VİDEO 16:36 Alzheimer xəstəliyinə ümumi baxış: İlkin əlamətlər və müalicə imkanları 16:29 Təhsil eksperti: “Süni intellekt ən çox elə İT mütəxəssislərinin özlərinə təsir edəcək” 16:28 Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO 16:22 Qadınların pensiya yaşı 65-ə qalxır, tək yaşayanlar isə… ŞAD XƏBƏR 16:22 Azərbaycandan Ermənistana 10 vaqon buğda göndəriləcək? 16:12 DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar 16:10 AYNA 30 milyonu nəyə xərcləyəcək? 16:06 Binəqədidə sakinlər pis vəziyyətdə: “Su xətti partlayıb, evimiz bataqlığa çevrilib” 15:59 Dünyanın ən böyük sevgi himni Nigarın sözündən Rəsulun ölümünə yazıldı — Ayrılıqdan betər dünyada nə var? 15:55 Qlobal laylar titrədi: baş nazirlərin, prezidentlərin istefaları, həbsləri başladı 15:49 5 milyon qərbi azərbaycanlının 2 milyonluq Ermənistana qayıdışı niyə narahatlıq doğurdu? 15:39 Все новости