MEDİA Prezidentə inamı açıqladı - SORĞU - VİDEO

MEDİA Prezidentə inamı açıqladı - SORĞU - VİDEO
01.07.2026 16:14 Daxili siyasət

Azərbaycanda respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir.

TodayPress TV Medianın İnkişafı Agentliyinə (MEDİA) istinadən xəbər verir ki, bu, 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə Agentliyin ictimai rəy sorğusunun nəticəsində qeyd edilib.

Sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.

Sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87,7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiq edir.

Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir.

Bildirilib ki, etimad və dəstəyin yüksək olduğunu təsdiq edən ən güclü indikatorlardan biri vətəndaşların seçki davranışlarıdır.

Belə ki, Prezident seçkiləri növbəti bazar günü keçirilsə, rəyi soruşulanların böyük əksəriyyəti – 91,5 faizi seçkilərdə Prezident İlham Əliyevə səs verərdi:

"Sorğu nəticələrinin təhlili Prezidentə olan yüksək inam və etimadın dövlət başçısının reputasiyası ilə bərabər, həm də dövlətin daxili sabitliyinin qorunması fonunda formalaşdığını göstərir. Bu mənada, Prezident ictimai rəydə ümummilli maraqlar çərçivəsində birləşdirici, sabitlik baxımından isə alternativsiz hesab edilir – respondentlərin 81,9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur və ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb".

Qeyd edək ki, ictimai rəy sorğusu 20 may – 30 may 2026-cı il tarixlərində üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1210 respondent iştirak edib. Respondentlərin cins, yaş qrupları, təhsil səviyyəsi və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə proporsional şəkildə müəyyənləşdirilib, əhali üzrə reprezentativlik təmin edilib.

Xəta əmsalı +- 3 faizdir.

TodayPress TV

FOTOLAR

MEDİA Prezidentə inamı açıqladı - SORĞU - VİDEO — 1
MEDİA Prezidentə inamı açıqladı - SORĞU - VİDEO — 2
MEDİA Prezidentə inamı açıqladı - SORĞU - VİDEO — 3
MEDİA Prezidentə inamı açıqladı - SORĞU - VİDEO — 4
MEDİA Prezidentə inamı açıqladı - SORĞU - VİDEO — 5
MEDİA Prezidentə inamı açıqladı - SORĞU - VİDEO — 6
XƏBƏR LENTİ
18 AVQUST 2026
Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Bütün Xəbərlər