Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq?

Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq?
22.04.2026 14:20

Azərbaycanda maliyyə icarəsi fəaliyyəti üzrə tənzimləmə və nəzarəti Mərkəzi Bank (AMB) həyata keçirəcək.

TodayPress TV xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış "Maliyyə icarəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, dövlət qeydiyyatına alınmış hüquqi şəxs və yaxud xarici hüquqi şəxsin yerli filialı maliyyə icarəsi fəaliyyətini AMB-nin apardığı maliyyə icarəsi verənlərin reyestrinə daxil edildikdən sonra həyata keçirə bilər. Reyestrə daxil edilmə üçün "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmayan şəxslərin adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri və ya bu sözlərdən ibarət söz birləşməsinin istifadə edilməsi qadağandır.

İcarəyə verənin (xarici hüquqi şəxsin yerli filialı istisna olmaqla) filialı tərəfindən maliyyə icarəsi fəaliyyəti bu Qanuna uyğun olaraq, AMB-yə məlumat verilməklə həyata keçirilə bilər.

Maliyyə icarəsi fəaliyyətini həyata keçirən hüquqi şəxs minimum nizamnamə kapitalına və öz vəsaitlərinə (xarici hüquqi şəxsin yerli filialı həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərə) malik olmalıdır. Maliyyə icarəsi fəaliyyətini həyata keçirən hüquqi şəxsin nizamnamə kapitalının (xarici hüquqi şəxsin yerli filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin) minimum məbləği və formalaşdırılması, habelə öz vəsaitlərinin (xarici hüquqi şəxsin yerli filialının həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərinin) hesablanması qaydasını, strukturunu və tərkibini AMB müəyyən edir.

İcarəyə verənlə aidiyyəti olan şəxslər arasında əqdlərin bağlanılması Mülki Məcəllə ilə tənzimlənir. Bir və bütün aidiyyəti şəxslərlə bağlanılan maliyyə icarəsi müqavilələrinin maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələbləri AMB müəyyən edir.

İcarəyə verən bir icarəçi və ya bir-biri ilə əlaqədar icarəçilər qrupu üçün AMB-nin müəyyən etdiyi kredit risklərinin maksimum miqdarına dair tələblərə əməl etməlidir.

İcarəyə verən maliyyə icarəsi fəaliyyəti ilə bağlı həyata keçirdiyi əməliyyatlar, risklərin idarə olunması və maliyyə icarəsi fəaliyyəti üzərində nəzarətə dair daxili qaydalara malik olmalıdır.

İcarəyə verənlər hər bir icarəçi haqqında məlumatı AMB-nin müəyyən etdiyi qaydada qurumda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə, habelə "Kredit büroları haqqında" qanuna əsasən fəaliyyətdə olan azı bir kredit bürosuna təqdim etməli və həmin qanundan irəli gələn tələblərə əməl etməlidirlər.

İcarəyə verən maliyyə icarəsi fəaliyyətinin həyata keçirilməsi zamanı öhdəlik daşıyan şəxs qismində "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunların tələblərinə riayət etməlidir.

İcarəyə verən maliyyə icarəsi fəaliyyətindən başqa qanunla qadağan edilməyən digər fəaliyyətlə də məşğul ola bilər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Раскрыт секрет эпатажного имиджа Ламина Ямаля 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Все новости