Kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı təsdiqləndi

Kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı təsdiqləndi
25.05.2026 17:38

Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Nazirlər Kabineti üç ay müddətində Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi barədə; həmçinin altı ay müddətində Dövlət Proqramının icrası çərçivəsində buğda, pambıq və heyvandarlıq məhsullarının istehsalı təsərrüfatlarının yaradılması nəzərdə tutulan ərazi vahidlərində torpaqların kateqoriyasının, yaxud məqsədli təyinatının dəyişdirilməsi barədə, eləcə də tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməli olacaq.

Kənd Təsərrüfatı Nazirliyi buğda, pambıq və heyvandarlıq məhsullarının istehsalı təsərrüfatlarının yaradılması nəzərdə tutulan ərazi vahidlərinin siyahısını üç ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi təsərrüfatların kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə faiz subsidiyalarının verilməsi və investisiya layihələrinin dəyərinin subsidiyalaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Nazirlik eyni zamanda müasir texnologiyaların tətbiq edildiyi, yem bazasına malik olan və cins heyvanların və ya balıqların saxlanıldığı təsərrüfatların və tədarükçülərin rezident banklar və bank olmayan kredit təşkilatlarından 2027-ci ildən başlayaraq 5 il müddətində manatla aldıqları kreditlərə hesablanmış faizlərin, həmçinin icra edilmiş investisiya layihələrinin dəyərinin "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına subsidiyalaşdırılması üçün tədbirlər görməlidir.

Bundan başqa, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkə üzrə bütün heyvandarlıq təsərrüfatlarında mövcud olan iribuynuzlu və xırdabuynuzlu heyvanların birdəfəlik identifikasiyasının dövlət büdcəsinin vəsaiti hesabına aparılmasını, müvafiq məlumatların "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" informasiya sisteminə daxil edilməsini və "Elektron kənd təsərrüfatı" informasiya sisteminə ötürülməsini təmin etməlidir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzərdə tutulan təsərrüfatların su təminatının təkmilləşdirilməsi məqsədilə zəruri tədbirlər görməlidir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan dövlət büdcəsinin, dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Раскрыт секрет эпатажного имиджа Ламина Ямаля 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Атака беспилотников на Россию: поражены нефтезаводы и крупные логистические центры 08:52 Сообщение от Ираолы об Исаке: «Он станет одной из ключевых фигур сезона» 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Все новости